Kosmik hava durumu – Hesabat dövründə Günəşin fəallığı zəifləmişdir, maksimum alışma C 7.1 sinifli alışma olmuşdur. Hal-hazırda Günəşin səthində 11 aktiv ləkə qrupu müşahidə olunur, aktiv ləkələrin sayı 126-dır. Martın 12-də cənub-qərb hissədə (South 45 - West 73) protuberans alışması nəticəsində atılan CME-nin (Caronal Mass Ejections – Tac Kütlə Atılmaları) martın 15-də Yerə təsiri gözlənilir.
Enerjisi 2 MeV-dən çox olan elektron selinin pik həddi martın 10-u qeydə alınmışdır (1943 pfu). 10 MeV-dən çox enerjili proton seli isə fon səviyyəsində olmuşdur.
Günəş küləyinin sürəti normallaşaraq 432 km/san olmuşdur. Planetlərarası maqnit sahəsinin ümumi intensivliyi artaraq Yer orbitində 9 nT, radial istiqamətdə isə -7 nT olmuşdur.
Geomaqnit sahə son 3 sutka ərzində sakit-aktiv səviyyələr arasında olmuşdur. Hal-hazırda isə Kp indeksi 1-ə bərabərdir, geomaqnit sahə sakitdir.
Kosmik hava proqnozu – Proqnoz həftəsində (13-19 mart) Günəş fəallığının zəif olacağı gözlənilir. C sinif alışmanın baş verməsi ehtimalı 90%, M sinif 10%, X sinif isə 1% təşkil edir.
2 MeV-dən çox enerjili elektron selinin sakit və həyacanlaşmış səviyyədə olacağı, enerjisi 10 MeV-dən çox olan proton selinin isə fon səviyyəsində qalacağı gözlənilir.
Günəş küləyinin sürəti martın 14-də CH HSS (Coronal Hole High Speed Streams – Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər seli) səbəbilə artacağı gözlənilir.
Proqnoz dövrü ərzində geomaqnit sahənin sakit-aktiv səviyyələrdə olacağı, 14 martda isə digər müsbət qütblü CH HSS səbəbilə bir qədər aktivləşəcəyi proqnozlaşdırılır. Martın 15-də G1 səviyyəli geomaqnit qasırğası gözlənilir. Ayın 15-dən 19-dək isə geomaqnit sahənin sakit və stabil qalacağı proqnoz edilir.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.