Avropa Şurasının (AŞ) Bakı Ofisinin rəhbəri, səfir Petr Zix Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin tələbələri ilə görüşüb.
Hüquq fakültəsinin dekanı Zaur Əliyev AŞ-nın ölkəmizdəki nümayəndəliyinin rəhbərinin Hüquq fakültəsinin tələbələri qarşısında ilk dəfə mühazirə ilə çıxış etdiyini vurğulayıb. O, bunun Hüquq fakültəsi ilə AŞ arasında tədris sahəsində səmərəli əməkdaşlıq əlaqələrinin mövcudluğunun mühüm göstəricisi olduğunu qeyd edib.
Sonra səfir Petr Zix “Avropa Şurası hüququnun əsasları” mövzusunda mühazirə söyləyib. Səfir tələbələrə Avropa Şurasının tarixi, yaranmasını şərtləndirən tarixi-siyasi mühit və əsas fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. AŞ-ya üzvlüyün əhəmiyyətini diqqətə çatdıran səfir Azərbaycanın tərəfdaş olduğu konvensiyaların implementasiyasından danışıb. Həmçinin konvensiyaların hazırlanma və qəbul olunma prosedurunu izah edib.
Sonda Petr Zix tələbələrin suallarını cavablandırıb.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.