Mirzə Musayev: “Apardığımız tədqiqatlar nəticəsində Qafqaz və Qərbi Asiyanın üzüm bitkisin əsas ilkin mənşə və mədəniləşdirilmə mərkəzi olduğu sübut edilib”
Üzümçülük xalqımızın təsərrüfat həyatının tarixi etibarı ilə ən qədim və geniş yayılmış sahələrindən biri olmuşdur. Saysız-hesabsız arxeoloji qazıntılar, paleobotaniki, ampeloqrafiya məlumatları, dil və folklor nümunələri, yazılı mənbələr, toponimika və s. tədqiqatlar nəticəsində Azərbaycanın mədəni üzümçülüyün vətəni olan geniş bir əraziyə daxil olduğu müəyyənləşdirilmişdir.
Bu yaxınlarda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunun aparıcı elmi işçisi, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Mirzə Musayevin beynəlxalq tərəfdaşlarla birgə uzun illər ərzində üzüm bitkisinin təkamülü üzrə apardıqları tədqiqatların nəticələri dünyanın ən nüfuzlu beynəxlaq jurnalı - impakt faktoru 63.714-ə bərabər olan “Science”də dərc olunub.
M.Musayev açıqlamasında tədqiqatın elmi yeniliyi barədə məlumat verib. Azərbaycanın dünyanın əsas meyvəçilik və üzümçülük mərkəzlərindən olduğunu bildirın tədqiqatçı qeyd edib ki, ölkəmizdə üzüm bitkisinin çoxlu sayda xalq seleksiya sortları, formaları və onların yabanı əcdadları fermerlərin həyətyanı sahələrində becərilib və təbii halda yayılıb. Onun sözlərinə görə, xalqımızın əkinçilik mədəniyyətinin canlı tarixi olan üzüm sort və formaları məhsuldar, keyfiyyətli, xəstəlik və zərərvericilərə davamlı, quraqlığa və şaxtaya dözümlü olub, meyvələri uzun müddət saxlanmağa yararlıdır. Bu sort və formalardan əhalimiz təzə halda, həmçinin müxtəlif növ doşabların, mürəbbələrin, şirələrin və meyvə qurularının istehsalında istifadə edərək əlavə qazanc əldə edirlər.
“Üzüm bitkisinin genetik müxtəlifliyinin toplanması, artırılması, öyrənilməsi, pasportlaşdırılması, kolleksiyalarının genişləndirilməsi, məhv olmaqdan qorunması və seleksiyada istifadəsi müasir dövrümüzün ən aktual və vacib məsələlərindən biridir”, - deyə qeyd edən M.Musayev beynəlxalq əməkdaşlıq nəticəsində əldə olunan elmi yenilikdən bəhs edib. O, dünyanın 16 ölkəsinə aid 43 müxtəlif institutlarının iştirakı ilə 2019-2022-ci illər ərzində üzüm bitkisinin Vitis vinifera L. biomüxtəlifliklərinə aid olan 3525 ədəd mədəni - Vitis vinifera ssp. sativa DC. və yabanı - V.vinifera L. ssp. sylvestris (C. C. Gmel.) Hegi. nümunələrinin tam genomunun sekvenslənməsinin həyata keçirildiyini diqqətə çatdırıb.
Tədqiqatçının bildirdiyinə görə, molekulyar genetik tədqiqatlar, dərin bioinformatik və biostatistik analizlər nəticəsində üzüm bitkisinin ikili mədəniləşmə və mənşə mərkəzinə malik olduğu müəyyən edilmişdir. Əldə edilmiş nəticələrlə sübut olunmuşdur ki, üzüm bitkisi 11 min il əvvəl Qərbi Asiya və Qafqazda mədəniləşdirilmiş, süfrəlik və şərablıq üzüm sort və formaları yaradılmışdır. Alınmış elmi nəticələrdən məlum olmuşdur ki, Qafqaz və Qərbi Asiya üzüm bitkisin əsas ilkin mənşə və mədəniləşdirilmə mərkəzi olub və daha sonra bu təcrübə Avropaya keçib.
“İlkin mənşə və mədənişdirilmə mərkəzlərinin təyin edilməsi daha qədim və bir çox əhəmiyyətli xüsusiyyətləri olan genetik müxtəlifliyin aşkar edilməsinə və elmi qiymətləndirilməsinə şərait yaradır”, - deyən M.Musayev əlavə edib ki, Qafqaz və Qərbi Asiyada mövcud olan yabanı və mədəni üzümün rüşeym plazması çox qiymətli, o cümlədən xəstəlik və zərərvericilərə qarşı davamlılıq, həmçinin dəyişən ətraf mühitə uyğunlaşma kimi əhəmiyyətli bioloji və təsərrüfat xüsusiyyətlərinin daşıyıcısı olduğundan böyük elmi və praktik əhəmiyyətə malikdir.
Alim bildirib ki, genom boyu asossiativ xəritələşdirmə metodu ilə üzümün bir sıra əlamətlərini (dad, muskat ətri, giləmeyvənin rəngi, çiçəklərin hermofroditliyi və s.) idarə edən genlər və minlərlə tək nukleotid polimorfizmləri identifikasiya edilmiş, eləcə də əldə edilmiş mükəmməl elmi nəticələr üzüm bitkisi üzrə genom seleksiyası istiqamətində gələcək tədqiqatlar üçün geniş imkanlar açmış, seleksiya proseslərini sürətləndirmək üçün şərait yaratmışdır.
“İlkin mənşə və mədəniləşmə mərkəzlərinin dəqiq təyin edilməsi, bu ərazilərdə mövcud olan, müsbət bioloji və təsərrüfat göstəricilərinin donoru üzüm nümunələrinin aşkar edilməsinə, yeni, məhsuldar, meyvələri iri, yüksək dad keyfiyyətlərinə malik, müxtəlif vaxtlarda yetişən, ətraf mühitin biotik və abiotik stres amillərinə qarşı davamlı və müxtəlif təyinatlı mədəni üzüm sortlarının yaradılmasına və gələcəkdə üzümçülük-şərabçılıq sənayesinə mühüm töhfə verəcək.
Ona görə də, biz nəinki Qafqaz və Qərbi Asiya mənşəli yabanı və mədəni V. vinifera L. rüşeym plazmasını toplamaq, xarakterizə etmək və qorumaq üçün səylərimizi artırmalıyıq, eyni zamanda Avropa, Şimali Afrika və Asiyanın digər bölgələrindən olan nümunələrin də kolleksiyalara daxil edilməsi, qiymətləndirilməsi və qorunmasını təmin etməliyik, - deyə M.Musayev fikrini tamamlayıb.
( Sosial şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır )
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.