AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunda 8 Mart Beynəlxalq Qadınlar Bayramı qeyd edilib.
İnstitutun baş direktoru, c.e.d. Zakir Eminov Həmkarlar Təşkilatı və Qadınlar Şurasının təşkil etdiyi tədbiri giriş sözü ilə açaraq rəhbəri olduğu müəssisənin qadın kollektivini, eləcə də bütün Azərbaycan qadınlarını bayram münasibətilə təbrik edib, onlara ailə səadəti, qadın xoşbəxtliyi arzulayıb.
Qadınlar Şurasının sədri, c.ü.f.d. Solmaz Rzayeva “Qadınlar həyatın mənası, bəzəyi və əbədi gözəlliyidir” mövzusunda məruzə ilə çıxış edib, Azərbaycan qadınlarının, eləcə də coğrafiyaçı qadınların uğurlarından bəhs edib.
Həmkar Təşkilatının sədri, c.ü.f.d. Habil Haqverdiyev, Kadrlar şöbəsinin müdiri Rəsul İsmayılov, böyük elmi işçi Luiza Salayeva Azərbaycan qadınına məxsus şəxsi keyfiyyətlərdən, onun cəmiyyətdə tutduğu mövqeyindən, ictimai-siyasi, iqtisadi, mədəni həyatda oynadığı rolundan bəhs edib.
Sonda S.Rzayeva Coğrafiya İnstitutunun fəal qadınlarını 8Mart bayramı münasibəti ilə təltif edib.
( Sosial şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır )
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.