Masallıda rayon icra hakimiyyətinin təşkilatçılığı ilə 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbir iştirakçıları Masallı şəhər Heydər Əliyev Parkında ucalan Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edərək önünə tər gül dəstələri düzüb, Ulu Öndərin xatirəsini ehtiramla anıblar.
Masallı Gənclər Evində davam edən tədbir öncəsi ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva başda olmaqla bütün ölkə qadınlarını 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, onlara ən xoş arzularını çatdırıb.
YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, “Masallı Ziyalıları” İctimai Birliyinin sədri Qardaş Fətullayev, Masallı rayon Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Gülcahan Vəkilzadə, Qızılavar kənd tam orta məktəbinin direktoru Lətifə Qənbərzadə və başqaları qadınların cəmiyyətdəki rolundan, dövlətin qadınlara olan xüsusi diqqət və qayğısından, eləcə də müxtəlif sahələrdə çalışan qadınların əzmindən söhbət açıblar.Tədbirin sonunda müxtəlif sahələr üzrə fərqlənən xanımlara Masallı Rayon İcra Hakimiyyətinın başçısı tərəfindən Fəxri fərman və hədiyyələr təqdim edilib.
Akif AĞAYEV
( Sosial şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır )
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.