8 Mart-Beynəlxalq Qadınlar Günü və Yel çərşənbəsi münasibətilə Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ regional ofisinin bir qrup əməkdaş və könüllüləri tərəfindən ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Gülalı Qəhrəmanov Aydın oğlu və Tariyel Atayev Fəxrəddin oğlunun ailələri ziyarət olunub.
AZpress.AZ- ın bölgə müxbiri xəbər verir ki, görüş zamanı mərkəzin əməkdaşı Elnur Qasımov şəhidlərin xanım ailə üzvlərini təbrik edib və qeyd edib ki, “Azərbaycan qadınları zərif çiyinlərinə götürdüyü missiyanı şərəflə daşıyır, sosial-iqtisadi və mədəni həyatda aparılan işin böyük hissəsi onların üzərinə düşür. Bu şərəfli missiyanın təmsilçiləri arasında şəhid anaları, xanımları və bacıları da var. Azərbaycan xalqı İkinci Qarabağ müharibəsində istər ön cəbhədə, istərsə də arxa cəbhədə canı-qanı ilə Vətənə xidmət edən xanımların da əziyyətini unutmayacaq, onları daim yad edəcək.”
Eyni zamanda onu da vurğulayıb ki, milli-mənəvi dəyərlərimizin qorunmasında və təbliğində, Azərbaycanın inkişafında qadınlarımızın misilsiz xidmətləri var. Azərbaycan qadınları Vətən müharibəsi zamanı da əsl fədakarlıq və vətənpərvərlik nümunələri göstəriblər.
Sonda şəhid ailələrinə Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ regional ofisi və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi filialının bayram hədiyyələri və Novruz xonçaları təqdim edilib.
Şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğı üçün minnətdarlıqlarını bildiriblər.
( Sosial şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır )
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.