Azərbaycan Memarlıq və İnşaat Universitetində tanınmış heykəltəraş, Əməkdar rəssam Albert Mustafayevə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə millət vəkilləri, rəssamlar, Universitetin tələbələri, Albert Musatafayevin ailə üzvləri iştirak edib.
Öncə çıxış edən AzMİU-nın rektoru, Prof. Gülçöhrə Məmmədova Albert Mustafayevin geniş yaradıcılığından söz açıb. Sənətkarın ömrünün çox hissəsinin AzMİU-da keçdiyini deyən professor, onun təkcə Azərbaycanda deyil, ölkədən kənarda da tanındığını vurğulayıb. Sənətkarın vəfatının bir ili olduğunu bildirən rektor, həmçinin onun çox yüksək mədəni keyfiyyətlərə malik olduğunu bildirib. Rektor, “hər müəllim öz sənətini başqasına öyrədə bilmir, amma Albert müəllimdə bu xüsusiyyət çox yüksək idi” deyə qeyd edib.
Ardınca millət vəkili Vüqar İsgəndərov çıxış edərək AzMİU-nun Azərbaycanın heykəltəraşlıq sənətində mühüm rola malik olduğundan söz açıb. Millət vəkili, son illərdə heykəltəraşlıq və rəssamlıq sənətində xanımların daha da çoxaldığının sevindirici hal olduğunu bildirib. O, həmçinin Albert müəllimin heykəltəraşlıq, rəssamlıq sənətində qoyduğu izlərin hər zaman davam edəcəyini qeyd edib.
Daha sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru, Xalq rəssamı Arif Əziz çıxışında Albert Mustafayevin böyük ziyalı olduğunu qeyd edərək onun müəllifi olduğu məşhur “Bəhram Gur əjdahanı öldürür” fəvvarə-kompozisiyasından danışıb. O, Əməkdar rəssamı böyük sənətkar adlandıraraq onun ərsəyə gətirdiyi sözügedən heykəlin dəyərli bir əsər olduğunu bildirib. Natiq, həmçinin, bu cür sənətkarların heç zaman ölmədiyini, hər zaman hər bir dövrdə yaşadığını vurğulayıb.
Tədbirdə Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, heykəltəraş, Prof. Natiq Əliyev çıxış edərək Albet Mustafayevi hələ kiçik yaşlardan tanıdığını bildirib. N.Əliyev, onun Azərbaycanın görkəmli heykəltəraşları arasında xüsusi bir rola malik olduğunu diqqətə çatdırıb.
Daha sonra Albert Mustafayevin 90 illik yubileyinə həsr olunmuş “Susan insanın heykəlləri” adlı sənədli film nümayiş olunub.
Sonra filmin baş prodüseri, heykəltəraş Namiq Hüseynov çıxışında Albert Mustafayev ilə bir yerdə çalışdığını deyib və onun gözəl insani keyfiyyətlərə malik olduğu haqqında məlumat verib.
Qeyd edək ki, sözügedən filmin baş prodüseri Namiq Hüseynov, ssenari müəllifi və rejissoru Yeganə Əbdülməmmədova, operatoru isə Habil Muğanlıdır.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.