Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı (MİHİ) Masallı rayon komitəsinin təşəbbüsü ilə rayonda mədəniyyət sahəsində fəaliyyət göstərən bir qrup qadın mədəniyyət işçiləri ilə görüş keçirilib.
Əvvəlcə Ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov, MİHİ Masallı rayon komitəsinin sədri Vəkil İsmailov, İdarənin rəis müavini vəzifəsini icra edən Dadaş Muxtarlı Birinci vitse-prezident Mehriban xanım Əliyevanın timsalında bütün Azərbaycan qadınlarını təbrik edərək, Prezident İlham Əliyev tərəfindən qadınların çalışdıqları hər sahədə uğur qazanmaları, şəxsi həyatla ictimai fəaliyyətlərini tam uyğunlaşdırmaları üçün ölkəmizdə hər bir şəraitin yaradıldığını bildiriblər. Natiqlər mədəniyyət sahəsində çalışan qadınların əmək hüquqlarının qorunması, onların sosial cəhətdən dəstəklənməsi sahəsində görülmüş işlərdən söz açaraq Ulu öndər Heydər Əliyevin siyasətində qadına diqqət və qayğının mühüm bir istiqamət təşkil etdiyini qeyd ediblər.
Tədbirdə 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə mədəniyyət sahəsində fərqlənən 70 qadına MİHİ Masallı rayon komitəsi tərəfindən hədiyyələr təqdim olunub.
Akif AĞAYEV
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.