Azərbaycan Milli Elmlər Akademiyasında AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi Kamran Əliyevin anadan olmasının 70 illiyinə həsr edilmiş “Kamran Əliyev: tanınmış ədəbiyyatşünas, unudulmaz insan” mövzusunda elmi konfrans keçirilib.
AMEA-nın Folklor İnstitutunun təşkilatçılığı ilə keçirilən tədbiri giriş nitqi ilə açan institutun baş direktoru, akademik Muxtar İmanov alimin həyat yoluna nəzər salıb, Azərbaycan romantizmi ilə bağlı tədqiqatlarından söz açıb.
Vurğulanıb ki, Kamran Əliyev görkəmli folklorşünas alim kimi Akademiyanın müxbir üzvü seçilib.
Sonra AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək bildirib ki, Kamran Əliyev Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanın əsas tədqiqatçılarından olub, ədəbiyyatın müxtəlif mərhələləri və sahələri ilə bağlı çoxistiqamətli tədqiqatlar aparıb, folklorşünaslıq elminə qiymətli töhfələr verib.
Tədbirdə filologiya elmləri doktoru Şirindil Alışanlının “Romantizm nəzəri-estetik problemləri Kamran Əliyevin nəzəri şərhində”, filologiya elmləri doktoru Tahirə Məmmədin “Romantiklərin Kamran Əliyevin qələmi ilə çözülən “gizli sözü”, filologiya elmləri doktoru Nizami Tağısoy Məmmədovun “Kamran Əliyevin elmi yaradıcılığında ədəbiyyatşünaslıq və ədəbi tənqid”, filologiya üzrə fəlsəfə doktoru Ağaverdi Xəlilin “Kamran Əliyevin folklorşünaslıq fəaliyyəti” və filologiya üzrə fəlsəfə doktoru Mətanət Abbasovanın “Kamran Əliyevin elmi-bədii irsi: təqdimatdan konsepsiyaya” mövzularında məruzələri dinlənilib.
Konfrans işini bölmə iclasları ilə davam etdirib.
Qeyd edək ki, elmi konfransın materialları çap olunub.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.