Lev Qumilyov adına Avrasiya Milli Universitetində Sultan Baybarsın anadan olmasının 800 illiyinə həsr olunmuş “Sultan Baybars və onun türk tarixində yeri” mövzusunda beynəlxalq konfrans keçirilib.
Konfransda Beynəlxalq Türk Akademiyasının prezidenti, akademik Şahin Mustafayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, Qazaxıstan Respublikasının informasiya və sosial inkişaf naziri Darhan Kıdırali, Qazaxıstan Respublikasının mədəniyyət və idman naziri Aşat Oralov və Avrasiya Milli Universitetinin rektoru Erlan Sıdıkov, o cümlədən tanınmış ictimai xadimlər, diplomatik missiyaların nümayəndələri, Qazaxıstanın və digər ölkələrin alimləri iştirak ediblər.
Qeyd edək ki, bu konfrans bu il Qazaxıstanda Sultan Baybarsın 800 illik yubileyinə həsr olunmuş milli səviyyədə qeyd olunan silsilə tədbirlərin ilki olub. Konfransın əsas məqsədi Sultan Baybars haqqında ən son məlumatları araşdırmaq, onun irsininin gənc nəsil arasında təbliğinə dəstək verməkdir.
Tədbirdə çıxış edən akademik Şahin Mustafayev Sultan Baybarsın türk xalqlarının görkəmli şəxsiyyətlərindən olduğunu vurğulayıb.
Qazaxıstanın Sultan Baybarsın 800 illik yubileyini ən yüksək səviyyədə qeyd etməsini müsbət təşəbbüs kimi qiymətləndirən akademik Şahin Mustafayev Sultan Baybarsın fəaliyyətinin Qazax çölü ilə sıx bağlı olduğunu bildirib. Qeyd edib ki, İslam sivilizasiyasının qorunub saxlanmasında bu görkəmli şəxsiyyətin əvəzsiz xidmətləri olmuşdur.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.