2023-ci il 28 fevral tarixində Azərbaycan İstiqlal Muzeyində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi “Gənclərin Respublika Bədii Yaradıcılıq Evi” Publik Hüquqi Şəxsin birgə təşkilatçılığı ilə “Ürəklərdə yaşayan dahi şəxsiyyət” adlı ədəbi-bədii tədbir keçirilib.
Cənab Prezident İlham Əliyevin 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi haqqında sərəncamına əsasən təşkil olunan tədbirdə Milli məclisin deputatı İlham Məmmədov, jurnalist, politoloq Svetlana Bayramova çıxış edərək Azərbaycan xalqının taleyində və tarixində əvəzsiz rolu olan ölməz lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs ediblər.
Sonda “Gənclərin Respublika Bədii Yaradıcılıq Evi” nin istedadlı üzvləri musiqi və şeir kompozisiyaları ilə çıxış ediblər.
Tədbirdə “Böyük Qayıdış” Gənclər Təşkilatının üzvləri, “İrəli” İctimai Birliyinin üzvləri, “ASAN Könüllüləri” təşkilatı, “Bir Könüllü” tələbə təşkilatı, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin könüllüləri və digər qonaqlar da iştirak edib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.