Az əvvəl Təhmasib Novruzovla danışıram: heç kəsin haqqı itirilməməlidir. Məlum olur ki, bütün TV-lərdə Xocalı qətliamı səhnələrindən çəkilən foto və videoların bir çoxu İrfan Sapmaz və Ağası Huna məxsusdur. Amma onların adı çəkilmir... T.Novruzov deyir ki, fevralın 26-da hadisə yerinə ilk olaraq İrfan Sapmaz və Ağası Hun getmişdi. Bunun isə səbəbkarı Allahverdi Bağırov idi. "...Allahverdi ermənilərin o zamankı cəbhə xətti lideri olan erməni ilə danışdı, başa saldı ki, bu meyitləri götürmək guya ən çox onlara lazımdır və s. Sonra Allahverdi onunla danışığa getdi, Əsgəranın girişində görüşdülər, razılığa gəlindi ki, 3 gün tərəflər bir-birinə güllə atmayacaq. Və bu fürsətdə ilk olaraq İrfan Sapmaz və Ağası Hun faciə yerinə getdilər, video və fotolar çəkildi... Biz İrfanı dərhal Türkiyəyə yola saldıq, 27 fevralda o, gecə saat 2-də Türkiyə TV-lərində 12 dəqiqəlik veriliş verdi... Sonra həmin kadrlardan CNN və Əl-Cəzirə və s. TV-lər istifadə edib faciə barədə dünyaya yaydılar. 27 fevralda Türkiyənin "Milliyyət" qəzetində geniş yazı verildi... 27-də Gəncədən 2 vertolyot gətirildi, həmin vertolyotla Çingiz Mustafayev başda olmaqla dünyanın bir neçə ölkəsindən olan jurnalistlər vertolyotla oraya uçdular... Lakin təəssüflər olsun ki, həmin faciəni ilk olaraq video və fotolarla çəkən İrfan Sapmazın və Ağası Hunun kadrları başqalarının adına verilir...".
( Sosial şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır )
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.