Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və üzv Tələbə Gənclər Təşkilatları tərəfindən 20-26 fevral tarixlərində “613” həftəsi çərçivəsində silsilə tədbirlər keçirilib.
Qeyd edək ki, yerlərdə fəaliyyət göstərən TGT fəallarından ibarət “613” fləşmobu təşkil olunub. Həmçinin “Otuz1000”, “Hədəf 10%” və “Çətir” proqramları çərçivəsində ali və orta ixtisas təhsili müəssisələrində fəaliyyət göstərən ayrı-ayrı TGT-lər tərəfindən həftə ərzində silsilə layihələr həyata keçirilib. Belə ki, “Otuz1000” və “Hədəf 10%” proqramları çərçivəsində Bakı Dövlət Universiteti, Milli Aviasiya Akademiyası, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Naxçıvan Müəllimlər İnstitutu, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı, Dövlət Gömrük Komitəsinin Akademiyası, Azərbaycan İlahiyyat İnstitutu, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialı, Sumqayıt Dövlət Universiteti, Odlar Yurdu Universiteti, Bakı Texniki Kolleci, Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı, Azərbaycan Dövlət Pedaqoji Universiteti Cəlilabad filialı, Naxçıvan Dövlət Universiteti, Naxçıvan Müəllimlər Universiteti, 1 nömrəli Bakı baza Tibb Kolleci və 2 nömrəli Bakı baza Tibb Kolleci kimi təhsil müəssisələrinin Tələbə Gənclər Təşkilatları tərəfindən "Bu gündən Xocalıya” sərgisi, "Vətənimə yol toxuyuram", "Xocalıya ədalət", "Fəryad" filmi, "Xocalı 31", "Xocalını unutma", "Xocalı Soyqırımı 31 il qan yaddaşımızda”, "Xocalı faciəsi", "Ana harayı", "Xocalı xatirələrdə", “Tarixin qanlı səhifəsi” və “Qan yaddaşımız” adlı informativ sessiyalar, esse müsabiqəsi, görüşlər və dəyirmi masalar keçirilib. Bakı və regionlarda olan Şəhidlər Xiyabanları ziyarət edilib.
“Çətir” proqramı çərçivəsində isə Vətənpərvərlik və Kitab klubları şəbəkələri tərəfindən Xocalı soyqırımının ildönümü ilə bağlı müxtəlif istiqamətli tədbirlər baş tutub. Məqsəd Xocalı ilə bağlı həqiqətlərin tələbə gənclərə aşılanması və vətənpərvər ruhun yüksəldilməsi olub. Bununla yanaşı, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşəbbüsü və təşkilatçılığı ilə paytaxt Bakıda aparıcı gənclər təşkilatlarının nümayəndələri, TGT fəalları və tələbələrin iştirakı ilə “Ana harayı” abidəsinə kütləvi yürüş təşkil edilib.
Eyni zamanda, təşkil olunan tədbirlərdə bəşəriyyətə qarşı yönəlmiş bu hərbi cinayətin Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalı və həmin ərazilərdə yaşayan azərbaycanlı əhalinin etnik təmizləməyə məruz qalması ilə nəticələnən məqsədyönlü siyasətin bir tərkib hissəsi olduğu vurğulanıb. Həmçinin tədbirlərdə münaqişənin 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi ilə başa çatdırıldığı vurğulanıb. Habelə, xalqımızın hələ də Xocalıdakı faciənin səbəb olduğu ağrı-acını ürəyində yaşatması və bununla əlaqədar, davamlı sülhün bərqərar olması və gələcəkdə dünyanın istənilən yerində belə cinayətlərin bir daha təkrarlanmaması üçün Xocalı soyqırımını törədənlərin ədalət mühakiməsinə çıxarılmasının vacibliyi gənclərin diqqətinə çatdırılıb.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.