Türkiyədə zəlzələ bölgəsində fəaliyyət göstərən Azərbaycan könüllüləri tərəfindən Xocalı soyqırımının qurbanlarının xatirəsi anılıb. Soyqırımının 31-ci ildönümü ilə əlaqədar könüllü gənclərimiz Kahramanmaraş şəhərində salınmış Xocalı parkını və burada ucaldılan “Ana fəryadı” abidəsini ziyarət edib, Xocalı soyqırımında həyatını itirmiş soydaşlarımızın xatirəsini ehtiramla yad ediblər.
Daha sonra Azərbaycan könüllüləri tərəfindən Xocalı parkının ərazisidə zəlzələ qurbanları üçün müvəqqəti salınmış çadır şəhərcikdə müxtəlif iməclik, təmizlik işləri icra olunub, yerli əhaliyə isti içkilər təqdim edilib, habelə uşaqlara şirniyyatlar paylanılıb.
Məlumat üçün bildirək ki, sözügedən park Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində görülən işlərin tərkib hissəsi kimi 2019-cü ildə salınmışdır.
( Sosial şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır )
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.