Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə Biləsuvar Yeniyetmə və Gəncləri İctimai Birliyi tərəfindən Cəlilabad rayonunda "Peşə seçimi və karyera inkişafına dəstək" layihəsinin növbəti təlimi keçirilib.
Tədbirdə layihə rəhbəri Ülvi Həzizadə, layihənin eksperti və Biləsuvar Peşə liseyinin direktoru Əliheydər Əlifli, Cəlilabad Gənclər və İdman İdarəsinin rəisi Elçin Hüseynov, layihənin təlimçisi Rafət Şirəliyev, rayondan olan 46 yeniyetmə və gənc iştirak edib.
Tədbirin əvvəlində iştirakçılara məlumatlandırıcı bukletlər və layihənin təlim materialları paylanıb.
Daha sonra çıxış edən layihə rəhbəri Ülvi Həzizadə layihənin əhəmiyyəti və təşkilatın regionda göstərdiyi fəaliyyət barədə tədbir iştirakçılarına geniş məlumat verib.
Həmçinin çıxış edən ekspert Ə.Əlifli layihənin gənclərin peşə seçimi və karyera inkişafında uğurlu olacağını bildirmişdir.
Tədbirdə iştirak edən rayon Gənclər və İdman İdarəsinin rəisi E.Hüseynov keçirilən layihəyə müsbət rəy bildirirək, layihənin gedişatına uğurlar arzulayıb.
Çıxışlardan sonra peşəkar təlimçi R.Şirəliyev tərəfindən əsas mövzu kimi, peşə və karyera planlaması, həmçinin fərdi təhlillər, iş bazarının təhlili, işə müraciət qaydaları və təhlili və karyerada peşələr və ixtisaslar və s. mövzularında olan təlimlərə start verilib.
Qeyd edirik ki, layihənin əsas məqsədi regionlarda (Biləsuvar, Cəlilabad, Salyan və Masallı rayonlarında) peşə təhsilinə marağın artırılması ilə bacarıqlı gənclərin ixtisaslı peşələrə yiyələnməsini təmin etmək və bu yolla ixtisaslı işçilərin formalaşmasına, işsizliyin azaldılmasına nail olmaqdır.
Sonda iştirakçılara təlimlərdə fəal iştiraklarına görə sertifikatlar təqdim olunub.
( Sosial şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır )
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.