Böyük dağıntılara və çoxsaylı insan ölümünə səbəb olmuş zəlzələnin yaratdığı kədəri Türkiyə xalqı ilə birgə yaşayan dövlətimiz və xalqımız faciənin ilk saatlarından səfərbər olub. Qardaş ölkə ilə dostluğumuzun və həmrəyliyimizin təcəssümü olaraq zərərçəkənlərə kömək etmək məqsədilə Türkiyəyə yollanan könüllü gənclərimiz təbii fəlakətdən zərər görmüş Kahramanmaraş, Hatay, Adıyaman və Malatyaya gedərək günbəgün fəaliyyət zonasını, həmçinin yerli əhali üçün göstərdiyi xidmətlərinin sahəsini genişləndirib, xüsusilə də təbii fəlakətin kəskin travmalar buraxdığı uşaqlara dəstək üçün müxtəlif xidmətlər həyata keçiriblər.
Öz qayğıkeşliyi ilə zəlzələ bölgəsindəki uşaqların sevimlisinə çevrilən Azərbaycan könüllüləri artıq 2 həftəyə yaxındır ki, bu bölgələrdə yaşayan həssas vəziyyətdəki minlərlə uşağa xidmət edirlər. Belə ki, könüllülərimiz zərərçəkmiş uşaqların reabilitasiyası və asudə vaxtının səmərəli təşkili məqsədilə xüsusi çadırlar quraşdırır, habelə təbii fəlakət zamanı uşaqların keçirdiyi sarsıntıları, yaşadıqları travmaları minimuma endirmək üçün hər gün yüzlərlə uşağa qayğı və psixoloji dəstək xidməti göstərir, eləcə də uşaqların asudə vaxtının səmərəli təşkili məqsədilə müxtəlif oyunlar və digər əyləncəli-maarifləndirici fəaliyyətlər təşkil edirlər. Həmçinin gənclərimiz tərəfindən “uşaq və ana mərkəzi” kimi fəaliyyət göstərən çadırlar qurulur və bu mərkəzdə uşaqlara kino və cizgi filmlərinin göstərilməsi üçün də şərait yaradılır.
( Sosial şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır )
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.