Diyetoloqlar gec arıqlamağın səbəbləri barədə belə bir qənaətə gəliblər ki, əgər bütün səylərə baxmayaraq gec arıqlayırsızsa, mütləq müəyyən analizlər verilməlidir.
Bir qadın və ya kişi pəhrizə oturmamışdan öncə müəyyən analizlər verməlidir ki, sağlamlığında hər hansı bir problemi varsa, pəhriz də ona görə təyin olunsun. Hər kəsə eyni pəhriz yazılarsa, ayrı ayrılıqda insanlara müxtəlif cür təsir edir və ya heç effekt verməyə bilər.
Məsələn, hər hansı bir qadında qalxanabənzər vəzi problemi varsa və ya hansısa hormonal problemi,y üksək qan şəkəri varsa, o zaman pəhriz və ya digər səylərə baxmayaraq daha gec arıqlayacaq. Bağırsaqlarda mikrofloranın pozulması belə gec arıqlamağa gətirib çıxardır.
Sağlam arıqlamanın yollarından bir neçəsi ilə tanış olaq. Lif, həll olunan qıdaların yağlarını və karbohidratlarının udulmasını çətinləşdirir.
Pəhrizi elə seçmək lazımdır ki, müvəqqəti olmasın ,insan həyatının bir hissəsinə çevrilsin.
Yeməklərdə tərəvəzlər 70 % təşkil etməli,meyvə və giləmeyvələrdən mütəmadi istifadə olunmalıdır. Qızartma yeməklərinin menyuda azaldılması, buxarlanmış və qaynadılmış yeməklərə üstünlük verilməsi vacibdir.
Ətdən dah az istifadə edin. Rasionunuza balıq və toyuq ətini artırın. Aktivliyi artırın ,gəzin, rəqs edin, velosiped sürün. Ən vacib proseslərdən biri maye qəbulunu tənzimləməkdir. Gündə 1 litr yarım təmiz su için.
( Sosial şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır )
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.