Xocalı soyqırımı qurbanları və Türkiyə Respublikasında baş vermiş zəlzələ nəticəsində dünyalarını dəyişmiş insanların əziz xatirəsi İsveçrədə ehtiramla yad edilib
Cari ilin 24 fevral tarixində İsveçrənin Soloturn şəhərində fəaliyyət göstərən Azərbaycan-Türk Mədəniyyət Mərkəzində Səfirliyin dəstəyi ilə Xocalı Soyqırımının 31-ci ildönümünə və Türkiyə Respublikasında 6 fevral 2023-cü il tarixində baş vermiş zəlzələ nəticəsində dünyalarını dəyişmiş insanların əziz xatirəsinə həsr olunmuş anım tədbiri keçirilmişdir.
Tədbir bir dəqiqəlik sükutla başlamışdır. Açılış hissədə çıxış edən Azərbaycan-Türk Mədəniyyət Mərkəzinin rəhbəri Cevzet Aras qonaqları salamlamış və həm Azərbaycan həm də Türkiyənin yeni tarixində üzləşdikləri faciə, fəlakət və itkilərdən danışmışdır. O, ən çətin anlarda dövlətlərimizin və insanlarımızın bir birinin yanında və biri birinə dəstək olmalarının vacibliyini vurğulamışdır.
Tədbirdə nitq söyləyən Azərbaycanın İsveçrədəki Fövqəladə və Səlahiyyətli səfiri Fuad İsgəndərov Birinci Qarabağ Müharibəsi veteranı olaraq o illərin dəhşətlərindən və acı həqiqətlərindən danışmışdır. O, Xocalı qurbanlarını dərin hüzn hissi ilə yad etmiş, Türkiyədə baş vermiş son zəlzələ nəticəsində dünyalarını dəyişmiş insanlara rəhmət diləmişdir. F.İsgəndərov qeyd etmişdir ki, tarix kitabımızın acı dolu səhifələri ilə yanaşı qürur hissi verən və zəfərlə yazılmış hissələri dövlətlərimizin və insanlarımızın nə dərəcədə güclü iradə və sadiqliyə malik olduğunu nümayiş etdirir.
Tədbirin sonunda dünyalarını dəyişmiş insanların ruhuna dualar oxunmuşdur.
( Sosial şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır )
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.