AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun baş direktoru, c.e.d. Zakir Eminov, icraçı direktoru , c.ü.f.d., dos. Zaur İmrani və şöbə müdiri, c.e.d., prof. Rza Mahmudov fevralın 21-də Ekologiya və Təbii Sərvətlər Nazirliyində “Abşeron göllərinin taleyi necə olacaqdır?” mövzusunda keçirilən tədbirdə iştirak ediblər.
Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Nazim Mahmudov Abşeron yarımadasının 9 gölünün (Böyükşor, Zığ, Xocasən, Qu, Qırmızı, Lökbatan, Binəqədi, Zabrat və Bülbülə gölləri) ekoloji vəziyyətinə dair hesabat təqdim edib. Hesabatda göllərdən götürülmüş su nümunələrinin kimyəvi və mikrobioloji təhlil aparılmış, sularda ammonium ionunun, sintetik səthi aktiv maddələrin, neft karbohidrogenlərinin və xəstəliktörədən bakteriyaların miqdarının normadan dəfələrlə çox olduğu bildirilib. Tədbir iştirakçıları göllərin rekultivasiyası, tullantılardan təmizlənməsi, ilkin vəziyyətinə qaytarılması, eləcə də turizm məqsədi ilə istifadə edilə bilməsi ilə bağlı öz fikirlərini bölüşüblər.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.