AR Elm və Təhsil Nazirliyi akademik H.Əliyev adına Coğrafiya İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin 8-ci sinif şagirdlərinin akademik H.Ə. Əliyev adına İnstitutun rəhbərliyi ilə görüşü baş tutub.
İnstitutun dəhlizlərindəki stendlərlə tanışlıqdan sonra akt zalında davam edən tədbirdə baş direktoru, c.e.d. Zakir Eminov gələn qonaqlara İnstitutunda görülən işlər, coğrafiya elmindəki yeniliklər və nailiyyətlər, coğrafiya elminin korifeyləri və s. haqqında söhbət açıb, şagirdlərə təhsildə uğurlar arzulayıb.
İcraçı direktor əvəzi, c.ü.f.d., dos. Zaur İmrani məktəbliləri coğrafiya elminin sahələri, İnstitut nəzdindəki laboratoriya və bölmələrin fəaliyyəti ilə tanış edib.
Sonra GAMŞ-ın sədri Bəyimxanım Hüseynova, GİS mütəxəssisi Nazim Gəraylı, böyük elmi işçi, c.ü.f.d. Samirə Abuşova gənc alimlərin apardıqları elmi tədqiqatlar, müasir texnologiyalar vasitəsilə rəqəmsal xəritələrin tərtibi və s. haqqında şagirdlərə məlumat verib, onları maraqlandıran sualları cavablandırıblar.
Sonda məktəbin coğrafiya müəllimi Tünzalə Məmmədova tədbirin təşkilatçılarına və İnstitut rəhbərliyinə minnətdarlığını bildirib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.