18 Fevral 2023-ci il tarixində tarixində Azərbaycan Gənclər Fondunun dəstəyilə AIESEC Azərbaycanın təşkilatçılığı altında 10-cu Youth Speak Forum baş tutub. `
Youth Speak Forum-un əsas məqsədi gəncləri bir araya toplayaraq müxtəlif mövzular üzrə diskussiyalar aparmaq və gənclərin baxış çərçivələrini genişləndirməkdir.
Dayanıqlı İnkişaf Məqsədlərinə əsaslanan çıxışların yer aldığı Youth Speak Forumda bu dəfə #SDG4- “Keyfiyyətli Təhsil, #SDG8- “Layiqli Əmək və İqtisadi artım” kimi aktual mövzular müzakirə olundu. Müvafiq mövzuların müzakirə edildiyi Keynote çıxışları isə Zeynəb Rzayeva,Türkan Fərzəliyeva tərəfindən həyata keçirilmişdir.
Dayanıqlı İnkişaf Məqsədlərinin müzakirəsini özündə ehtiva edən “workshop”-lar isə Şahnar Həsənov, Anar Vəliyev, Gülsarə Qasımova Xudiyeva, Orxan Cabbarlı, Səmrah Huseynov, və Xumar Hüseynova tərəfindən gənclərlə müzakirə olunmuşdur.
Gənclərin suallarının cavablandırıldığı Panel Diskusiyasında spikerlər Azər Əliyev, Məryəm Məcidova, Nurxan Babayev kimi ölkənin qabaqcıl qurumlarından olan professionallar olmuşdur.
Həm Azərbaycan, həm də İngilis dilində keçirilmiş forumda 160 gənc iştirak edib.
Tədbirin təşkil edilməsində Azərbaycan Gənclər Fondu, ABB, Push30 və Park Cinema da öz dəstəyini göstərmiş və iştirakçılara hədiyyələr təqdim etmişdir.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.