Uzun illər Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin müəllimi olmuş, hazırda isə Avropa İnsan Hüquqları Məhkəməsinin hakimi, hüquq üzrə elmlər doktoru, professor Lətif Hüseynovun Hüquq fakültəsinin tələbələri ilə görüşü keçirilib.
Hüquq fakültəsinin dekanı Zaur Əliyev professor Lətif Hüseynovun elmi-pedaqoji fəaliyyəti haqqında tələbələrə məlumat verib. Tanınmış hüquqşünas alimin tələbələrlə görüşünün onların biliklərinin zənginləşdirilməsi üçün atılan mühüm addım olduğunu diqqətə çatdırıb. Daha sonra professor Lətif Hüseynov “Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrası” mövzusunda mühazirə söyləyib.
İki saatdan artıq davam edən mühazirədən sonra tələbələrin çoxsaylı sualları cavablandırılıb. Professor Lətif Hüseynov bu kimi görüşlərin davamlı olacağını bildirib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.