Kosmik hava durumu – Son perioddakı maksimum sinifli alışma fevralın 15-i saat 09:23 də 3213 oblastında baş vermiş M 2.69 sinifli alışma olmuşdur. Günəşin səthində 10 aktiv ləkə qrupu müşahidə olunur, aktiv ləkələrin sayı 140-dır. 3220 oblastında 15 fevral saat 05:18-də baş vermiş alışma ilə əlaqədar qismən Yerə istiqamətlənmiş CME (Caronal Mass Ejections - Tac Kütlə Atılmaları) halosu qeydə alınmışdır.
Enerjisi 2 MeV-dən çox olan elektron seli normal və zəif səviyyədə, 10 MeV-dən çox enerjili proton seli isə fon səviyyəsində qalmışdır.
Hesabat dövründə Günəş küləyinin parametrləri normal səviyyədə olmuşdur. Günəş küləyinin sürəti 390.8 km/san olmuşdur. Planetlərarası maqnit sahəsinin ümumi intensivliyi Tac Kütlə Atılmalarının təsiri ilə güclənərək Yer orbitində 20.39 nT-ə çatmış, radial istiqamətdə isə 0.74 nT olmuşdur.
Geomaqnit sahə, son 3 sutka ərzində sakit-aktiv səviyyələr arasında olmuşdur. Hal-hazırda geomaqnit sahə sakitdir (3 Kp).
Kosmik hava proqnozu – Proqnoz günlərində (16 - 18 fevral) Günəşdəki aktivliyin artacağı olacağı gözlənilir. M sinif alışmanın baş verməsi ehtimalı 35%, X sinif isə 7% təşkil edir.
2 MeV-dən çox enerjili elektron selinin proqnoz dövründə orta və ya zəif səviyyədə olacağı, enerjisi 10 MeV-dən çox olan proton selinin isə 18 fevrala kimi fon səviyyəsində qalacağı gözlənilir. S1 və daha yüksək səviyyəli radiasiya qasırğasının baş vermə ehtimalı 1% təşkil edir.
R1-R2 sinif radiosiqnalların kəsilmə ehtimalı 35%, R3 sinif isə 7% təşkil edir.
Proqnoz dövründə (16-18 fevral) geomaqnit sahənin aktiv olacağı gözlənilir. Bu gün G1 səviyyəli geomaqnit qasırğası qeyd olunmuşdur (5 Kp). 17 fevral tarixində də G1 səviyyəli qasırğa davam edəcək, fevralın 18-i isə geomaqnit qasırğasının G2 Səviyyəsinə yüksələcəyi gözlənilir.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.