Elm və Təhsil Nazirliyinin Polimer Materialları İnstitutunda Türkiyədə baş verən zəlzələyə həsr olunan iclas keçirilib. İnstitutun baş direktoru, AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru, professor Bəxtiyar Məmmədov Türkiyədə baş verən zəlzələ nəticəsində həlak olanlara dərin hüznlə baş sağlığı verib, yaralılara şəfa diləyib. Sonra təbii fəlakət qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. İclasda fəlakət bölgəsində zərərçəkənlərə dəstək məqsədi ilə könüllülük əsasında maddi yardım edilməsi qərara alınıb.
Qısa müddət ərzində səfərbər olan Polimer Materialları İnstitutunun kollektivi “Səninləyəm, Türkiyə!” adlı yardım kampaniyasına öz dəstəyini ifadə edərək 6.160 AZN ianə edib.
( Sosial şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır )
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.