Cavadxan Qasımov
Naxçıvan Dövlət Universitetinin dosenti,
İqtisad üzrə fəlsəfə doktoru
Azərbaycan Respublikası uzunmüddətli hədəflərini qətiyyətlə və inamla reallaşdırmaqdadır. Xalqımızın ümummilli lideri böyük Heydər Əliyev həmişəyaşar ideyaları ilə ölkəmizin regional və milli iqtisadiyyat üzrə perspektivlərini həm artırır, həm də onun şaxələndirilməsini təmin edir. Dövlət başçımız cənab İlham Əliyevin mən hər Azərbaycan vətəndaşının prezidentiyəm ifadəsi, özünü etibarlı dövlət siyasəti ilə öz yerini tapmış olur. Hələ Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin birinci vitse proezidenti işlədiyi zamanlarda neft kapitalının insan kapitalına çevrilməsi məqsədlərini həyata keçirmiş və bu gün də əsasları ulu öndərimiz tərəfindən müəyyən olunan milli iqtisadi inkişaf strategiyası dövlət başçımız tərəfindən uğurla, əlaqəli şəkildə olmaqla və uzaq gələcəyə hesablanmaqla davam etdirilməkdədir.
Təbii olaraq, bunun da çox mühüm tərkib hissələrindən birini də:
- əhalinin sosial rifahının yaxşılaşdırılması, bu sahədə ardıcıl tədbirlərin həyata keçirilməsindən;
- dövlət tənzimlənməsinin müxtəlif istiqamətlərinin nəzərə alınmasından;
- əhalinin alıcılıq qabiliyyətinin daha da yaxşılaşdırılmasından;
- dünya bazarında gedən proseslərə müqavimətliliyinin güclənməsindən;
- dünya iqtisadiyyatında baş vermiş olan proseslərə qarşı qabaqlayıcı tədbirlərin həyata keçirilməsindən ibarət olmaqdadır.
Yəni bununla, dövlət göstərir ki, öz vətəndaşının yanındadır. Məhz bu sırada, 5 yanvar 2023-cü il tarixində “Əhalinin sosial rifahının daha da yaxşılaşdırılması sahəsində əlavə tədbirlər hqqında” Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış olan Sərəncamın məhz sadalanan tədbirlərin elmi, məntiqi, sosial və iqtisadi davamıdır. Qeyd etmək olar ki, həmin hüquqi aktın 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasında minimum əmək haqqının miqdarı 15 faiz artırılaraq 300 manatdan 345 manata çatdırılmışdır. Bu Sərəncamın ümumi şaxələndirilməsinə diqqət etdikdə aydın olur ki, bu, minimum əmək haqqının miqdarının artırılması ilə yanaşı, eyni zamanda, minimum pensiyanın, müavinətlərin və təqaüdlərin də artırılması ilə bağlıdır. Təsadüfi deyildir ki, Sərəncamın 2-ci bəndində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılır ki, 10 gün müddətində minimum pensiyanın məbləğinin 280 manata çatdıırlması və bununla yanaşı, eyni zamanda, müavinət və təqaüdlərin də artırılması ilə bağlı təkliflərini də Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin. Təbii olaraq, bunlar sosial dayanıqlılığa istiqamətlənmiş tədbirlər olub, özündə sosial etibarlılığı, xalqla dövlət arasında olan qırılmaz tellərin qırılmazlığına işıq salan və bunu davamlı edən amillərdir.
Qeyd etmək olar ki, dövlət başçımızın bu Sərəncamı özünün sosial dayanıqlılıq çəkisi ilə daha da etibarlılıq qazanmışdır. Sərəncamın 2.2 –ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə müəyyən olunmuş dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşlarının məbləğlərinin bir ay müddətində bu Sərəncamın I hissəsinə uyğunlaşdırılmasını təmin edib, dövlət başçısına məlumat verməsi əksini tapmışdır.
Diqqət etdikdə aydın olur ki, bu Sərəncamın birinci bəndində, yəni minimum əmək haqqı ilə bağlı olan proseslər Azərbaycan Respublikasını 7 yüz min vətəndaşını əhatəsinə almış olacaqdır. Minimum pensiyanın artırılması ilə bağlı olan göstərici isə 100 min vətəndaşımıza şamil olunacaq. Yəni təkcə hər iki amil üzrə ölkəmizin 8 yüz min vətəndaşımız bu tənzimləmələrdən yararlanmış olacaqlar. Bununla da, vətəndaşlar özlərinin sosial rifahını daha da yaxşılaşdırmaq və alıcılıq qabiliyyətinin daha da artırılması ilə, dövlətin gündəlik qayğısını hiss etmiş olacaqlar.
Müavinətlərə və təqaüdlərə gəldikdə isə qeyd etmək olar ki, ölkəmizdə 5 yüz min civarında vətəndaş müavinət almaqdadır. Eyni zamanda, 4 yüz min nəfərə yaxın vətəndaşımız isə təqaüd almaqla müvafiq dövlət qayğısı ilə əhatə olunmuşdur. Həmin ardıcıllıqda biz, əziz Şəhid ailələrini, müharibə əlilləri olan şəxslərimizi, yaşlı əhalimizi, eyni zamanda, əlilliyi olan şəxsləri görməkdəyik ki, onlar da, dövlət başçımızın qayğı və diqqəti ilə əhatə olunmaqdadır. Bütövlükdə, təkcə bu Sərəncamın işığında ölkənin 1,9 milyon vətəndaşı əhatə olunur ki, bu da, Azərbaycan Respublikasının ümumi əhalisinin 20 faizini təşkil etməkdədir. Onu da ifadə etmək olar ki, bu sərəncamda nəzərdə tutulmuş olan minimum əmək haqqı məbləğinin artırılması məqsədilə büdcədən 450 milyon manat vəsaitin ayrılması nəzərdə tutulmuşdur. Bütövlükdə isə, sərəncamın maliyyə zərfi 750 milyon manat təşkil etməkdədir.
Artıq ölkəmizdə sosial və iqtisadi sahələrdə həyata keçirilmiş olan səmərəli və uğurlu proseslər, reallaşıdırılan layihələr, perspektivli tənzimləmə mexanizmləri imkan vermişdir ki, əhalinin sosial rifahının daha da yaxşılaşdırılması və gücləndirilməsi sahələrində görülən işlər özünün şaxələndirilməsi ilə seçilsin. Elə məhz bunun nəticəsidir ki, artıq ölkə başçısının müvafiq Sərəncamı ilə dördüncü sosial islahatlar paketi icra olunmaqdadır. Buna qədər ölkəmizdə üç sosial islahatlar paketi uğurla icra olunmuşdur. Həmin paketlər, birinci mərhələdə 2019-cu, ikinci mərhələdə 2019-2020-ci, üçüncü mərhələdə isə 2021-2022-ci illəri əhatə etmişdir. Hər üç sosial islahat paketi üzrə illik əlavə maliyyə vəsaiti 4 milyon vətəndaşı əhatə etdi ki, bunun da, həyata keçirilməsi məqsədilə dövlət başçımızın dəstəyi ilə 6 milyard manatlıq maliyyə vəsaitini əhatə etmişdir. Bu isə, ölkə əhalisinin 40 faizini təşkil etməkdədir. Diqqət etdikdə, aydın olur ki:
- birinci sosial islahatlar paketində - 3 milyon;
- ikinci sosial islahatlar paketində - 2,1 milyon nəfər;
- üçüncü sosial islahatlar paketində isə - 3,4 milyon nəfər vətəndaşımız əhatə olunmuşdur. Bu sosial islahatlar paketlər, müvafiq olaraq, öz aktuallığını əhalinin əməkhaqqı sahəsindəki əlçatanlıq qabiliyyəti ilə diqqəti cəlb etməkdədir. Belə ki, sosial islahatlar paketini əmək haqqı və sosial ödənişlər üzrə izah etdikdə aydın olur ki, birincilərin təşəkkülündə:
- birinci mərhələdə 600 min,
- ikinci mərhələdə 1,4 milyon;
- üçüncü mərhələdə isə 1,1 milyon nəfər Azərbaycan Respublikasının vətəndaşının əhatə olunduğunu qeyd etmək olar. İkincilər üzrə isə:
- birinci mərhələdə 2,4 milyon;
- ikinci mərhələdə 700 min;
- üçüncü mərhələdə isə 2,3 milyon nəfərin yer almış olduğunu görə bilirik. Müvafiq olaraq, hər üç sosial paketi üçün əhatə olunan 6 milyard manat, birinci mərhələnin maliyyə təminatı üçün 1,9 milyard, ikinci mərhələ üçün 2 milyard, üçüncü mərhələnin maliyyə təminatı üçün isə 2,1 milyard manat təşkil etmişdir.
Şəklin məlumatlarının təhlilindən aydın olur ki, ölkəmizdə, dövlət əhalinin sosial müdafiəsini daim diqqət mərkəzində saxlamaqla, bir ildə iki dəfə minimum əmək haqqının artmasını təmin etmişdir. Belə ki, 2004, 2005, 2007, 2008, 2019-cu illər ərzində minimum əmək haqqının məbləği iki dəfə artırılmışdır. Eyni zamanda, Respublikanın 2004-cü ildən etibarən uğurla icra olunan regional inkişaf üzrə Dövlət proqramlarının da yaratmış olduğu sosial dayanıqlılıq mühitinin nəticəsində də bu proseslər, artım dinamikası ilə müşayiət olunmuşdur.
Təhlillər apardıqda aydın olur ki, 2004-2008-ci illərdə minimum əmək haqqının səviyyəsində 5 və 6,3 dəfəlik artım olmuşdur. Müvafiq olaraq, bu dinamika, 2004-2013-cü illərdə 8,8 dəfə, 2004-2018-ci illərdə isə 11 dəfə təşkil etmişdir. 2018-2023-cü illərdə isə bu göstərici 3 dəfə olmaqla, bütövlükdə, 2004-2023-cü illər ərzində 30 dəfəyə yaxın artmışdır.
Dövlətin sosial siyasətinin səmərəli təşkilinin ifadəsi olaraq, təkcə, 2019-cu ilin 1 mart tarixində minimum əmək haqqının məbləği ölkə üzrə 180 manat, 1 sentyabr tarixində isə 250 manat müəyyən olundu. Bu, həmin il üzrə 2004-cü illə müqayisədə birinci mərhələdə 15, ikinci mərhələdə isə 20,8 dəfədən çox artım deməkdir.
Dövlətimiz tərəfindən əhalinin sosial rifahının artırılması sahəsində həyata keçirilən tədbirlər, bunlarla yanaşı, eyni zamanda, yaşayış minimumu və ehtiyac meyarının həddi də artırılmışdır. İstehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial norma olan yaşayış minimumu keçən illər ərzində davamlı artım dinamikası ilə təşəkkül tapmışdır. Təhlillər nəticəsində aydın olur ki, 2007-ci il illər ərzində yaşayış minimumu 4 dəfə artmışdır. Burada yer alan parametrlər üzrə, o cümlədən, ölkə üzrə adambaşına orta hesabla, eyni zamanda, əməkqabiliyyətli əhali üçün və pensiyaçılar üçün də yaşayış minimumunun məbləğində 4 dəfəlik artım mümkün olmuşdur. Həmin göstərici, uşaqlar üçün 4,2 dəfə təşkil etmişdir.
Ölkəmizdə yaşayış minimumu ilə yanaşı, eyni zamanda, ehtiyac meyarının da həddi diqqət mərkəzində saxlanılmış və müxtəlif zamanlar üzrə artırılmışdır. Bu məqsədlə, Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu və ehtiyac meyarının həddi haqqında Azərbaycan Respublikasının Qanunu dövlətimizin başçısı tərəfindən 9 dekabr 2022-ci il tarixində təsdiq olunmuşdur. Həmin tənzimlənməyə əsasən, ölkədə cari 2023-cü il üçün də ehtiyac meyarının həddi artırılmış və 246 manat olaraq müəyyən olunmuşdur. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumundan asılı olaraq ünvanlı dövlət sosial yardımının təyin olunması məqsədilə dövlət büdcəsi ilə birgə hər il üçün təsdiq olunan həddin ifadəsi olan ehtiyac meyarı təkcə 2007-2023-cü illər ərzində 7 dəfə artmışdır. Aşağıdakı cədvəlin məlumatlarına diqqət etdikdə, aydın olur ki, 2007 və 2008-ci illərin hər birində ehtiyac meyarının həddi iki dəfə olaraq, artırılmışdır. Belə ki, bu göstərici, 2007-ci ildə 35 və 40 manat, 2008-ci ildə isə 45 və 55 manat həddində müəyyən olunmuşdur.
Beləliklə, Azərbaycan Respublikasında milli iqtisadiyyat üzrə perspektivlər sosial dayaqları gücləndirir, əhalinin rifah göstəricilərinin daha da yaxşılaşdırılmasını təmin edir və bu isə, bütövlükdə, dövlətin sosial-iqtisadi sahələr üzrə uzunmüddətli prioritetlərini daha da əlçatan etməkdədir. Məhz uğurla icra olunan sosial islahatlar paketləri bu istiqamətlər üzrə əldə olunan nailiyyətlərə işıq salmaqdadır. Bəhs olunanlar, qarşıdakı dövrlərdə daha böyük uğurlar gətirəcəkdir.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.