Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə təşkil olunan “Məktəblilər arasında oxu və mütaliə vərdişlərinin artırılması” layihəsi çərçivəsində 13 fevral 2023-cü il tarixində Lənkəran rayonu, Bəlləbur kənd tam orta məktəbində tədbir həyata keçirilmişdir. Tədbirin açılışını layihə rəhbəri edərək layihənin faydalılığı haqqında iştirakçılara məlumat vermişdir. Layihənin eksperti qismində Lənkəran Dövlət Universitetinin müəllimi, beynəlxalq dərəcəli təlimçi, müxtəlif dövrlərdə AzGF və ETN tərəfindən elan olunan qrant layihə müsabiqələrinin qalibi Samir Salayev iştirak etmişdir. Tədbirdə V-XI siniflərdən olmaqla ümumilikdə 40 nəfər şagird iştirak edərək faydalanmışdır. Şagirdlər layihə rəhbəri tərəfindən tərkibi 6-7 nəfərdən ibarət, bütövlükdə 6 qrupa ayrılaraq yoldaşları ilə qarşılıqlı diskussiya şəklində onlara verilmiş tapşırıqlar və suallar əsasında oxuduğu mütaliə materialını təhlil etmiş, əsərin mövzu və ideyasını müəyyənləşdirmiş, oxuduğu bədii əsərin məzmununun cəmiyyətə, bizə hansı nəsihəti verdiyini müəyyən etməyə çalışmış, eyni zamanda “Bədii qəhrəmanın yerində olsaydım nə edərdim?, Əsərin müəllifinə hansı sualları verərdim?, Niyə bu kitabı oxumağı həmyaşıdlarıma məsləhət bilirəm? suallarına da cavab tapmışlar. Şagirdlər verilmiş vaxt ərzində qrup tapşırıqlarını yerinə yetirmişlər. Hər bir qrupdan olan şagirdlər lövhəyə çıxaraq oxuduqları mütaliə materialı əsasında verilən tapşırıqları izah etmiş və mütaliə ilə bağlı fikirlərini bölüşmüş eyni zamanda qrup təqdimatı etmişlər. Hər bir qrupun təqdimatı layihənin eksperti və təlim-tərbiyə işləri üzrə direktor müavini tərəfindən dinlənilmiş və fikrini ən dolğun şəkildə ifadə etməyi bacaran, qrup tapşırıqlarını fəal şəkildə icra edən şagirdlərin fəaliyyəti qiymətləndirilərək ən yaxşı oxucular seçilmiş onlara layihə adından hədiyyə kitablar verilmişdir. Layihənin davamlılığını təmin etmək məqsədilə müxtəlif siniflərdən olan şagirdlərdən ibarət kitab klubu yaradılmışdır. Şagirdlərin kitab klubunda aktiv fəaliyyətinin təmin olunması və müntəzəm izlənilməsi layihə rəhbəri tərəfindən həyata keçiriləcəkdir.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.