Fevralın 6-da qardaş Türkiyədə baş verən dağıdıcı zəlzələdən zərər görmüş insanlara dəstək məqsədilə respublikamızın bütün ərazilərində olduğu kimi Lənkəran rayonunda da humanitar yardım kampaniyası həyata keçirilir. AZpress.AZ xəbər verir ki, Lənkəran rayonunda insanların şəxsi təşəbbüsü ilə keçirilən kampaniya zamanı əsasən hazır qida məhsullarının və qış geyimlərinin toplandığı humanitar yardım artıq Türkiyə Cümhuriyyətinin ölkəmizdəki səfirliyinə göndərilib.
Lənkəran Şəhər İcra Hakimiyyəti də can Türkiyəmizin yanında olduğunu nümayiş etdirib. Belə ki, ümumi dəyəri 50 min manat olan 15 ton Lənkəran düyüsü və 1 ton Lənkəran çayı zəlzələdən zərər çəkmiş insanlara humanitar yardım məqsədilə Kahramanmaraş şəhərinə göndərilib. “Lənkəranlılar səninlədir, can Türkiyəm” şüarı altında yola salınan humanitar yardım lənkəranlıların daim türk qardaşlarının yanlarında olduqlarının təzahürüdür.
Qeyd edək ki, fəlakətin baş verdiyi ilk gündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişinə uyğun olaraq can Türkiyəyə bütün istiqamətlər üzrə müntəzəm yardımlar davam edir.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.