Macarıstanın Debrecen şəhərində Azərbaycan təmsilçilərinin də iştirakı ilə boks üzrə beynəlxalq turnirə start verilib. Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, milli komandamızın 2 üzvü yarışa qələbə ilə başlayıb və adını 1\4 finala yazdırıb.
54 kq çəki dərəcəsində mübarizə aparan Nicat Hüseynov 1/8 final mərhələsi çərçivəsində slovakiyalı Tibor Katona ilə üz-üzə gəlib. Gərgin keçən döyüş Avropa çempionumuzun 3:2 (28*:28, 29:28, 30:27, 28:28*, 28:29) hesablı qələbəsi ilə yekunlaşıb. O, 1/4 finalda Qabor Virbanla (Macarıstan) qüvvəsini sınayacaq.
Millimizin digər boksçusu - Rəşid Həsənov (71 kq) isə qırğızıstanlı Sirqak Uulu Abdijaparı yarışdan kənarlaşdırıb. O, rəqibini 5:0 (30:26, 30:26, 30:26, 30:26, 30:25) hesabı ilə məğlub edərək 1/4 finala yüksəlib. Həsənov növbəti döyüşünü Yermanxan Jakpekova (Qazaxıstan) qarşı keçirəcək.
Qeyd edək ki, yarışda 26 ölkədən 294 boksçunun qatıldığı turnirin üçüncü günündə Azərbaycan yığmasının 3 idmançısı rinqə çıxacaq.
Qeyd edək ki, Azərbaycan bu turnirə 8 boksçu ilə qatılıb. Turnirə fevralın 11-də həlledici final döyüşləri ilə yekun vurulacaq və ertəsi gün komndamız vətənə dönəcək.
İNTİQAM Məmmədov
( Sosial şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır )
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.