Azərbaycan Memarlıq və İnşaat Universitetinin Bina və qurğuların istismarı və rekonstruksiyası kafedrasında “Seysmoizoledici qurğusu olan bina və qurğuların zəlzələyə davamlığının tədqiqi” mövzusunda elmi seminar keçirilib. Seminarda kafedranın əməkdaşları və dəvət edilmış mütəxəssislər iştirak ediblər.
Bina və qurğuların istismarı və rekonstruksiyası kafedrasının dosenti Tükəzban Həsənova geniş məruzə ilə çıxış edib. Alim çıxışında dünyanın bir çox ölkələrində baş vermiş zəlzələlərin təsirindən binaların zədələnmə dərəcəsinin müəyyənləşdirilməsi metodlarından, bu istiqamətdə aparılan elmi-tədqiqat işlərindən danışıb. O, qeyd edib ki, binaların zəlzələyə davamlığının qiymətləndirilməsi, karkas binaların hündürlüyünə qoyulan məhdudiyyətlərin araşdırılması hazırda inşaat konstruksiyalarının aktual problemlərindəndir.
Tükəzban Həsənova məruzəsində karkas binalarla bağlı aparılan elmi-tədqiqat işlərinə də toxunub. O, bildirib ki, eksperimental elmi-tədqiqatların analizi nəticəsində karkas binaların yüksək intensivlikli seysmik yüklərə parametrlərinin (həddi halda) təyin olunması mümkündür.
Sonda məruzə ətrafında müzakirələr təşkil olunub.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.