23 iyun 2025
• XƏBƏRLƏR ARXİVİ
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi

Suqovuşan qəsəbəsi yenidən rayonun tərkibinə qaytarılır

Suqovuşan qəsəbəsi yenidən rayonun tərkibinə qaytarılır

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı

Ağdərə rayonu yenidən YARADILIR

Ağdərə rayonu yenidən YARADILIR

Psixotrop dərmanları almaq üçün saxta resept hazırlayan dəstə üzvləri tutulub +VİDEO

Psixotrop dərmanları almaq üçün saxta resept hazırlayan dəstə üzvləri tutulub +VİDEO

Narkotikin təsiri altında olan sürücü SAXLANILDI +VİDEO

Narkotikin təsiri altında olan sürücü SAXLANILDI +VİDEO

Saxta dollar satan dəstə üzvləri saxlanılıb +VİDEO

Saxta dollar satan dəstə üzvləri saxlanılıb +VİDEO

İnstitut direktoru prorektorun qətlini sifariş verdiyinə görə HƏBS EDİLDİ

İnstitut direktoru prorektorun qətlini sifariş verdiyinə görə HƏBS EDİLDİ

Ulu Öndərin 100 illik yubileyi ilində qazanılmış tam Qələbəmizə həsr olunmuş hekayə kitabxanaya təqdim olundu

Ulu Öndərin 100 illik yubileyi ilində qazanılmış tam Qələbəmizə həsr olunmuş hekayə kitabxanaya təqdim olundu

Heydər Əliyev və müstəqillik +FOTO=5

Heydər Əliyev və müstəqillik +FOTO=5

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

21-Cİ ƏSRİN 20 İLİ

21-Cİ ƏSRİN 20 İLİ

• Ordu-FHN
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Musiqi Şou Aləmi

1. Ana Səhifə
2. AZpress - ÖZƏL
1. Ana Səhifə
2. Mədəniyyət
AZpress - ÖZƏL Mədəniyyət

Azərbaycan Bəstəkarlar İttifaqında Arif Məlikovun xatirəsi anıldı +FOTO=11

1 il əvvəl 6362 01

Azərbaycan Bəstəkarlar İttifaqında Arif Məlikovun xatirəsi anıldı

15 noyabr 2023-cü il tarixində Azərbaycan Bəstəkarlar İttifaqında dünya şöhrətli Azərbaycan bəstəkarı, Azərbaycanın və SSRİ-nin Xalq artisti, Dövlət mükafatı laureatı, "Şərəf nişanı", "Şöhrət", "İstiqlal", "Heydər Əliyev" ordenli, akademik Arif Cahangir oğlu Məlikovun anadan olmasının 90 illiyinə həsr olunmuş elmi-praktiki konfrans keçirilib.

Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova görkəmli sənətkarın əziz xatirəsinə ithaf olunan tədbiri açıq elan edərək onun həyat və yaradıcılığının əsas məqamlarına toxundu. O, eyni zamanda, bu dahi şəxsiyyətin Zemfira xanımın öz həyatında da əhəmiyyətli rol oynadığından danışdı, onunla bağlı bəzi xatirələrini paylaşdı. Zemfira Qafarova  qeyd etdi ki, Arif Məlikov  1990-cı ildə Qanlı yanvar faciəsinə biganə qalmayaraq, müdrik siyasətçi kimi tribunalaradan  öz sərt sözünü söyləyən, bununla qane olmayıb zindandan günahsız insanları azad etməyə nail olan və bu haqda sənədli kitab ərsəyə gətirən vətənpərvər kimi özünü göstərmişdir.

Əməkdar incəsənət xadimi, professor İmruz Əfəndiyeva “Xatirələrdə yaşayan böyük bəstəkar” adlı məruzəsində Arif Məlikovun böyük şəxsiyyət olduğunu, ətrafında olan insanlara daim kömək etdiyini xüsusi vurğuladı. İmruz xanım hətta onun özünün fəaliyyətində də bəstəkardan dəstək aldığını söylədi.

Arif müəllimin sinfinin məzunu Əməkdar müəllim, dosent Lalə Cəfərova Arif Məlikovun balet yaradıcılığından danışdı. Balet musiqisi haqqına nəşr olunmuş kitabını Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadəyə təqdim etdi.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Arif Məlikovun parlaq məzunlarından biri Pikə Axundova qayğıkeş müəllimindən öyrəndiklərini bölüşdü, onun dərslərindən, tələbəsi olaraq müşahidə etdiyi əsərləri üzərində iş prosesi və rəngarəngliyi ilə fərqlənən simfonik musiqisi haqqında ətraflı məlumat verdi. Çıxışında Pikə xanım Arif müəllimin rəsm tablolarından da bəhs etdi.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas, “Arif Məlikov – taix və müasirlik” adlı kitabın müəllifi Aytən İbrahimova “Arif Məlikovun kamera-vokal əsərləri” mövzusunda çıxış etdi, bəstəkarla bağlı yaradıcı münasibətlər haqqında danışdı, onun gözəl və parlaq əsərlər müəllifi, rəssam, pedaqoq olmaqla yanaşı duyğulu insan olduğunu vurğuladı. Aytən xanım Arif müəllimin türk şairi və dramaturqu Nazim Hikmətlə olan dostluğundan bəhs etdi və bu isti yaradıcılıq münasibətlərin nəticəsində dahiyanə əsərlərin - balet, vokal və simfonik musiqinin yaranması haqqında danışdı. O, qeyd etdi ki, Arif müəllimlə  kafedrada işlədiyi müddətdə onu həm yaradıcı insan, həm pedaqoq, həm də rəhbər kimi fəaliyyətini yaxından izləmişdir. Aytən xanım çıxışında bəstəkarın əsərlərini təhlil edərkən onunla çox ünsiyyətdə olduğunu və kitab üzərində işləyəndə onun bütün məsləhət və təkliflərini nəzərə almışdır. Müəllif qeyd etdi ki, kitabda bəstəkarın həyat və yaradıcılığı, onun  kamera-instrumental və kamera-vokal əsərlərinin təhlili, sonuncu bölümdə isə tələbələrinin düşüncə və xatirələri əks olunmuşdur. Mədəniyyət Nazirliyinin dəstəyi ilə "Şərq - Qərb" nəşriyyatında çap olunan kitabı Aytən xanım Firəngiz Əlizadəyə və Bəstəkarlar İttifaqına hədiyyə etdi.

Bəstəkarın daha bir tələbəsi Əməkdar müəllim, dosent Arzu Məmmədova "Arif Məlikov haqqında xatirələrim" mövzusunda məruzə etdi və müəllimi haqqında xoş sözlər söylədi. Arzu xanım öz çıxışında duyğulu hisslərlə müəllimini anarkən səmimi xatirələrini tədbir iştirakçıları ilə bölüşdü.

Hamı öz çıxışlarında bəstəkarın xatirəsini yad edərək onunla bağlı gözəl fikirlərini bildirərək, ona olan sevgi və ehtiramı ətrafdakılara aşıladılar.

Çıxışlar Arif Məlikovun əsrarəngiz musiqisi ilə həmahənglik təşkil edərək tədbirə xüsusi rəng qatdı. Öncə Əməkdar artist Nərgiz Kərimovanın özünəməxsus ifasında Svetlana Əhmədovanın müşayiəti ilə bəstəkarın Nazim Hikmətin sözlərinə yazılmış “Sən” və “Yenə sənin haqqında” iki romansı səsləndi. Daha sonra Beynəlxalq müsabiqələr laureatları Nərgiz Əliyeva (fleyta) və Zərif Kərimovanın (piano) təfsirində Fleyta və orkestr üçün Konsertino dinləyicilərə təqdim olundu. Tədbirin son musiqi nömrəsi dünyanın 60-dan artıq böyük səhnələrində tamaşaya qoyulmuş “Məhəbbət əfsanəsi” baletindən Qızların rəqsi yeni və maraqlı bir ifada – Sevinc Kərimovanın müşayiəti ilə Beynəlxalq müsabiqələr laureatı kanon ifaçısı Rəna Mirağayevanın çalğısında səsləndi.

Konfransın yekununda çıxış edən görkəmli bəstəkarın qardaşı qızı, Əməkdar artist, Üzeyir Hacıbəyli adına BMA-nın baş müəllimi Nigar Məlikova əmisi ilə bağlı xatirələrini yada salaraq qeyd etdi ki, Arif Məlikov həm ailədə, həm də işində çox ciddi və tələbkar idi. Yekun olaraq Nigar xanım bu tədbiri təşkil edən Firəngiz Əlizadəyə və Zemfira Qafarovaya, həmçinin bütün iştirakçılara təşəkkürünü bildirdi.

A.İbrahimova,

sənətşünaslıq üzrə fəlsəfə doktoru

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

“Nağıllar aləminə səyahət” layihəsinə yeni nağıl təqdim olundu +VİDEO

“Nağıllar aləminə səyahət” layihəsinə yeni nağıl təqdim olundu +VİDEO

John Doe 1 il əvvəl

BMA-da tələbələrin ifasında konsert keçirilib +FOTO=7

BMA-da tələbələrin ifasında konsert keçirilib +FOTO=7

John Doe 1 il əvvəl

Böyük rus dramaturqu A.N.Ostrovskinin 200 illik yubileyinə həsr olunmuş videoçarx hazırlandı +VİDEO

Böyük rus dramaturqu A.N.Ostrovskinin 200 illik yubileyinə həsr olunmuş videoçarx hazırlandı +VİDEO

John Doe 1 il əvvəl

BMA-da “Seçmə fənn: Bəstəkarlıq” fənni üzrə açıq dərsi keçirilib +FOTO=6

BMA-da “Seçmə fənn: Bəstəkarlıq” fənni üzrə açıq dərsi keçirilib +FOTO=6

John Doe 1 il əvvəl

Napoleonun papağı 1 milyona hərraca çıxarılacaq

Napoleonun papağı 1 milyona hərraca çıxarılacaq

John Doe 1 il əvvəl

“Zəfərin mübarək, Vətən!” adlı orqan musiqisi axşamı keçirilib +FOTO=5

“Zəfərin mübarək, Vətən!” adlı orqan musiqisi axşamı keçirilib +FOTO=5

John Doe 1 il əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

Naxçıvan Ordusunun ön xətt bölmələri qış mövsümünə tam hazırdır +VİDEO

Naxçıvan Ordusunun ön xətt bölmələri qış...

22 noyabr 2023 10:43:22
• İraq Prezidenti İçərişəhərdə +FOTO=9}

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

21 noyabr 2023 17:00:06
• Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı}

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçir...

21 noyabr 2023 12:59:11
• XİN-də Ermənistanın növbəti hərbi cinayət planları ilə bağlı brifinq keçirildi}

XİN-də Ermənistanın növbəti hərbi cinayət planları ilə bağlı...

20 noyabr 2023 22:58:49
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI

TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com