ŞAHMAT
----------------
Yığmalarımız AÇ-də İsveç və Polşa komandasını məğlub edib
Montoneqronun Budve şəhərində kişi və qadın komandaları arasında şahmat üzrə keçirilən və Azərbaycan yığmalarının da iştirak etdiyi komanda Avvropa çempionatı davam edir. Dünən axşam saatlarında üçüncü turun oyunları keçirilib. Hesabat turunda kişi yığmamız İsveçlə, qadın millimiz isə Polşa ilə qarşılaşıb. Hə iki komandamız turu qələbə ilə bitirib. Heyətində Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Rauf Məmmədov və Vasif Durarbəylinin yer aldığı kişi yığmamız 3,5:0,5 hesablı qələbə qazanıb. Bu qarşılaşmada yalnız Rəcəbov rəqiblə xal bölüb. Qalan şahmatçılarımız görüşünü qələbə ilə bitirib.
Qadın yığmamıza gəlincə, Ülviyyə Fətəliyeva ilə Xanım Balacayevanın qalib gədiyi görüşdə Günay Məmmədzadə və Gülnar Məmmədova rəqiblə xal bölüb. Nəticədə Azərbaycan Polşa komandasını 3:1 hesabla məğlub edib. Bu qadın yığmamızın ardıcıl 3-cü, kişilərimizin isə ikinci qələbəsidir. Hazırda aktivində 4 xalı olan kişi yığmamız yarış cədvəlində 38 komanda arasında 11-ci, qadın millimiz isə 6 xalla 32 komanda arasında Fransa komandası ilə birlikdə ilk iki yeri bölüşür.
İsveçrə sistemi üzrə keçirilməklə 9 turdan ibarət olan Avropa çempionatına noyabrın 20-də yekun vurulacaq.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.