23 iyun 2025
• XƏBƏRLƏR ARXİVİ
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi

Suqovuşan qəsəbəsi yenidən rayonun tərkibinə qaytarılır

Suqovuşan qəsəbəsi yenidən rayonun tərkibinə qaytarılır

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı

Ağdərə rayonu yenidən YARADILIR

Ağdərə rayonu yenidən YARADILIR

Psixotrop dərmanları almaq üçün saxta resept hazırlayan dəstə üzvləri tutulub +VİDEO

Psixotrop dərmanları almaq üçün saxta resept hazırlayan dəstə üzvləri tutulub +VİDEO

Narkotikin təsiri altında olan sürücü SAXLANILDI +VİDEO

Narkotikin təsiri altında olan sürücü SAXLANILDI +VİDEO

Saxta dollar satan dəstə üzvləri saxlanılıb +VİDEO

Saxta dollar satan dəstə üzvləri saxlanılıb +VİDEO

İnstitut direktoru prorektorun qətlini sifariş verdiyinə görə HƏBS EDİLDİ

İnstitut direktoru prorektorun qətlini sifariş verdiyinə görə HƏBS EDİLDİ

Ulu Öndərin 100 illik yubileyi ilində qazanılmış tam Qələbəmizə həsr olunmuş hekayə kitabxanaya təqdim olundu

Ulu Öndərin 100 illik yubileyi ilində qazanılmış tam Qələbəmizə həsr olunmuş hekayə kitabxanaya təqdim olundu

Heydər Əliyev və müstəqillik +FOTO=5

Heydər Əliyev və müstəqillik +FOTO=5

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

21-Cİ ƏSRİN 20 İLİ

21-Cİ ƏSRİN 20 İLİ

• Ordu-FHN
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Musiqi Şou Aləmi

1. Ana Səhifə
2. MEDIA DƏSTƏYİMİZ
1. Ana Səhifə
2. Elm və Təhsil
MEDIA DƏSTƏYİMİZ Elm və Təhsil

BDU-da III Beynəlxalq Türk Dünyası Kommunikasiya (Media) və İncəsənət Simpoziumunun açılış mərasimi +FOTO=9

1 il əvvəl 949 01

BDU-da III Beynəlxalq Türk Dünyası Kommunikasiya (Media) və İncəsənət Simpoziumunun açılış mərasimi

Bakı Dövlət Universitetində (BDU) Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin 100 illik yubileyi və qardaş Türkiyə Cümhuriyyətinin 100-cü ildönümünə həsr olunmuş III Beynəlxalq Türk Dünyası Kommunikasiya (Media) və İncəsənət Simpoziumunun açılış mərasimi keçirilib.
Tədbirdən əvvəl simpozium çərçivəsində qrafik dizayn sərgisinə baxış keçirilib.
BDU-nun rektoru Elçin Babayev tədbiri giriş nitqi ilə açaraq 2023-cü ilin Türk dünyası və Azərbaycan üçün əlamətdar olduğunu deyib: “Bu il Azərbaycanın və Türk dünyasının böyük oğlu, müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, bütün varlığı ilə Vətəninə, xalqına bağlı olan dünya miqyaslı siyasi xadim, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyini böyük sevgi və ehtiramla qeyd edirik. Böyük Mustafa Kamal Atatürk  “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”, Ulu Öndər Heydər Əliyev isə “Biz bir millət, iki dövlətik” deyirdi. Azərbaycan-Türkiyə qardaşlığının, dostluğunun gücü məhz türk dünyasının bu iki dahi oğlunun düsturuna əsaslanır. Hazırda bütün türk dövlətləri bu düsturun nə qədər uzaqgörən mahiyyət daşıdığının fərqinə varır, onun ətrafında birləşir. Ortaq dil, ortaq tarix, ortaq mədəni irs, ortaq maraqlara malik Türk dünyası birlikdə daha güclüdür. 2023-cü il bütün Türk dünyası üçün ikiqat bayramdır. Qardaş Türkiyə Cümhuriyyəti  qurulmasının 100-cü ildönümünü qeyd edir. Güclü Türkiyə güclü Azərbaycan, güclü Türk dünyası deməkdir. Ona görə də bu bayram özünü türk hesab edən hər kəsin bayramıdır”.
Rektor diqqətə çatdırıb ki, bu iki əlamətdar hadisəni Vətən müharibəsində qazandığımız şanlı Zəfər daha da gözəlləşdirir, rövnəqləndirir: “Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Ordumuz 2020-ci ildə 44 günlük Vətən müharibəsi və bu il sentyabrın 19-da cəmi 24 saat belə çəkməyən lokal antiterror tədbirləri nəticəsində Qarabağdakı seperatçı rejimi birdəfəlik məhv etdi, ölkəmizin suverenliyi bərpa olundu. Hazırda Xankəndidə, Əsgəranda, Xocalıda, Ağdərədə də üçrəngli bayrağımız əzəmətlə dalğalanır. Türk dünyasının birliyi hazırda Azərbaycanın işğaldan azad edilmiş ərazilərində geniş miqyas alan bərpa-quruculuq işlərində də özünü parlaq şəkildə büruzə verir. Türkiyə şirkətləri ilk gündən bu prosesdə fəal iştirak edirlər. Eyni zamanda, Qazaxıstan Prezidentinin təşəbbüsü ilə işğaldan azad edilmiş Füzuli şəhərində qazax xalqının böyük oğlu Kurmanqazi adına Uşaq Yaradıcılıq Mərkəzinin, Özbəkistan Prezidentinin təşəbbüsü ilə məktəb tikintisinin həyata keçirilməsi birliyimizin təcəssümüdür. Artıq azad Qarabağımız Türk dünyasının birləşmə nöqtəsinə - çoxsaylı siyasi, iqtisadi, mədəni tədbirlərin keçirilmə məkanına çevrilir. Əziz Şuşamız 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib.  Şuşada Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə həsr olunmuş I Türk Dünyası Mədəniyyət Forumu, türk dövlətlərinin uşaq rəqs qruplarının iştirakı ilə “Heydər Əliyev – türk dünyası birliyinin böyük carçısı” adlı beynəlxalq uşaq rəqs festivalı, III “Korkut Ata” Türk Dünyası Film Festivalı kimi mötəbər tədbirlərin keçirilməsi bu istiqamətdə birgə səylərimizin bariz göstəriciləridir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  və Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Türk Dövlətləri Təşkilatının hər sahədə güclənməsi üçün atdıqları addımların bu gün nəticəsini görürük. Xüsusilə Vətən müharibəsindən sonra reallıqların dünyaya çatdırılmasında türk mediasının nə qədər önəmli olduğunu gördük. Bütün bunlar türk dövlətlərinin siyasi, iqtisadi, sosial, hərbi, elm, təhsil sahələri ilə yanaşı, media və mədəniyyət sahələrində də daimi əməkdaşlıq etməsini, ortaq layihələr həyata keçirməsini zəruri edir”.
BDU rektoru bildirib ki, "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi, “Birgə Media Platforması” çərçivəsində Azərbaycan-Türkiyə ikitərəfli əlaqələrini və əməkdaşlığını media və kommunikasiya sahəsində gücləndirməklə strateji media ortaqlığının yaradılması Azərbaycan və Türkiyə, eləcə də digər qardaş türk dövlətləri üçün yol xəritəsidir: “Məhz beynəlxalq arenada rast gəlinən dezinformasiyalara qarşı birgə mübarizə aparılması, dünya ictimaiyyətinin düzgün məlumatlandırılması, televiziya və kino sahəsində ortaq işlərin həyata keçirilməsi, müxtəlif media təmsilçiləri ilə tərəfdaşlığın qurulması artıq günün tələbinə çevrilib. Ortaq dəyərlərimizin təbliği baxımından bu gün keçirilən III Beynəlxalq Türk Dünyası Kommunikasiya (Media) və İncəsənət Simpoziumunun da bu böyük missiyaya töhfə verəcəyinə inanıram”.
Türk Dünyası Jurnalistlər Federasiyasının sədri Menderes Demir isə qeyd edib ki, türk dövlətləri böyük bir ailədir. Bu ailənin həmişə güclü olması üçün türkdilli dövlətlərin mətbuat, mədəniyyət xadimlərinin, alimlərinin üzərinə böyük vəzifə düşür. Menderes Dəmir bu istiqamətdə birgə layihələr həyata keçirməyin, ortaq dəyərlərin təbliğinin önəmini vurğulayıb.
Daha sonra Özbəkistan Jurnalistika və Kütləvi Kommunikasiya Universitetinin İnsan hüquqları və mədəniyyət kafedrasının müdiri, professor Nazire Taşpolatova, Qazaxıstan Avrasiya Universitetinin Jurnalistika fakültəsinin dekanı, professor Kairat Omirbayulya, Şimali Kipr Türk Cümhuriyyətinin Lekfe Avropa Universitetinin Kommunikasiya fakültəsinin dekanı, professor Elif Asude Tuncay çıxış edərək konfransın işinə uğurlar arzulayıblar.
Tədbirdə BDU və Türk Dünyası Jurnalistlər Federasiyası arasında əməkdaşlıq protokolu imzalanıb.
Simpoziumun açılış mərasimindən sonra Türk Dünyası Jurnalistlər Federasiyasının fəaliyyətinə və III Beynəlxalq Türk Dünyası Kommunikasiya (Media) və İncəsənət Simpoziumunun gedişinə həsr olunmuş videoçarxlar nümayiş olunub. Daha sonra Türk Dünyası Jurnalistlər Federasiyasının təşkilatçılığı ilə Ankarada keçirilən “VIII Türk Dünyası Sənədli Film Festivalı”nda Baş mükafatı qazanan rejissor Vaqif Mustafayevin “Fikrət Əmirov” filmi nümayiş olunub. “Doqquz ölkə, doqquz şəhər, bir festival” şüarı altında keçirilən festivalda mükafata layiq görülən filmlərin dünyanın doqquz ölkəsində nümayiş etdirilməsi planlaşdırılır. Filmin ilk nümayişi isə BDU-da keçirilib.

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

BDU əməkdaşları İzmir Yüksək Texnologiya İnstitutunda elektron arxivlər şəbəkəsinin yaradılmasına dair beynəlxalq təlimdə

BDU əməkdaşları İzmir Yüksək Texnologiya İnstitutunda elektron arxivlər şəbəkəsinin yaradılmasına dair beynəlxalq təlimdə

John Doe 1 il əvvəl

BDU-nun əlcəzairli doktorantı Azərbaycanın ali məktəb kitabxanalarının iş metodlarını tədqiq edib

BDU-nun əlcəzairli doktorantı Azərbaycanın ali məktəb kitabxanalarının iş metodlarını tədqiq edib

John Doe 1 il əvvəl

BDU-da Azərbaycanda səhra və yarımsəhra bitkilərinin bioekoloji xüsusiyyətlərinə dair elmi seminar

BDU-da Azərbaycanda səhra və yarımsəhra bitkilərinin bioekoloji xüsusiyyətlərinə dair elmi seminar

John Doe 1 il əvvəl

В БГУ прошел XXII Бакинский конкурс ораторства на японском языке

В БГУ прошел XXII Бакинский конкурс ораторства на японском языке

John Doe 1 il əvvəl

"Ulu Öndər xatirələrdə": BDU-da professor Dilarə Seyidzadə ilə görüş +FOTO=8

"Ulu Öndər xatirələrdə": BDU-da professor Dilarə Seyidzadə ilə görüş +FOTO=8

John Doe 1 il əvvəl

BDU-nun SABAH qrupları tələbələrinin daha bir uğuru

BDU-nun SABAH qrupları tələbələrinin daha bir uğuru

John Doe 1 il əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

Naxçıvan Ordusunun ön xətt bölmələri qış mövsümünə tam hazırdır +VİDEO

Naxçıvan Ordusunun ön xətt bölmələri qış...

22 noyabr 2023 10:43:22
• İraq Prezidenti İçərişəhərdə +FOTO=9}

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

21 noyabr 2023 17:00:06
• Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı}

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçir...

21 noyabr 2023 12:59:11
• XİN-də Ermənistanın növbəti hərbi cinayət planları ilə bağlı brifinq keçirildi}

XİN-də Ermənistanın növbəti hərbi cinayət planları ilə bağlı...

20 noyabr 2023 22:58:49
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI

TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com