Masallı UGİŞM şahmat üzrə zona birinciliyinin qalibidir
Lənkəran şəhərində “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə şahmat üzrə respublika çempionatının zona yarışları keçirilib.
Dairəvi üsulla keçirilən zona birinciliyində respublikanın 12 komandası tərkibində müxtəlif yaş qrupları üzrə oğlan və qızlar qələbə uğrunda mübarizə aparıblar.
Masallı Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin idmançıları yarışlarda uğurlu nəticələr göstəriblər. UGİŞM-nin baş məşqçi-müəllimi, respublikanın Əməkdar məşqçisi Famil Fərmanlının yetirmələrindən 9 nəfəri müxtəlif dərəcəli medallara layiq görülüblər. Nərmin Novruzlu (6 yaş) birinci, Əli Cəfəov (8 yaş), Fazil Məhərrəmli (10 yaş), Aylin Qəniyeva (12 yaş), Ayşən Şahmarova (14 yaş) ikinci, Aynil Əhmədli (7 yaş), Hüseyn Feyzullayev (12 yaş), Miryusif Sadıqzadə (14 yaş), Lalə Ağacanova (16 yaş) üçüncü yerə sahib olublar.
Məktəbin 5 şahmatçısı respublika çempionatının final mərhələsinə vəsiqə qazanıb.
Qaliblər diplom və medallarla mükafatlandırılıb.
Masallı UGİŞM komandalar arasında medal sayına görə lider olub.
Akif AĞAYEV
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.