23 iyun 2025
• XƏBƏRLƏR ARXİVİ
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi

Suqovuşan qəsəbəsi yenidən rayonun tərkibinə qaytarılır

Suqovuşan qəsəbəsi yenidən rayonun tərkibinə qaytarılır

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı

Ağdərə rayonu yenidən YARADILIR

Ağdərə rayonu yenidən YARADILIR

Psixotrop dərmanları almaq üçün saxta resept hazırlayan dəstə üzvləri tutulub +VİDEO

Psixotrop dərmanları almaq üçün saxta resept hazırlayan dəstə üzvləri tutulub +VİDEO

Narkotikin təsiri altında olan sürücü SAXLANILDI +VİDEO

Narkotikin təsiri altında olan sürücü SAXLANILDI +VİDEO

Saxta dollar satan dəstə üzvləri saxlanılıb +VİDEO

Saxta dollar satan dəstə üzvləri saxlanılıb +VİDEO

İnstitut direktoru prorektorun qətlini sifariş verdiyinə görə HƏBS EDİLDİ

İnstitut direktoru prorektorun qətlini sifariş verdiyinə görə HƏBS EDİLDİ

Ulu Öndərin 100 illik yubileyi ilində qazanılmış tam Qələbəmizə həsr olunmuş hekayə kitabxanaya təqdim olundu

Ulu Öndərin 100 illik yubileyi ilində qazanılmış tam Qələbəmizə həsr olunmuş hekayə kitabxanaya təqdim olundu

Heydər Əliyev və müstəqillik +FOTO=5

Heydər Əliyev və müstəqillik +FOTO=5

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

21-Cİ ƏSRİN 20 İLİ

21-Cİ ƏSRİN 20 İLİ

• Ordu-FHN
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Musiqi Şou Aləmi

1. Ana Səhifə
2. YADA DÜŞƏN XATİRƏLƏR
1. Ana Səhifə
2. Mədəniyyət
YADA DÜŞƏN XATİRƏLƏR Mədəniyyət

Əli NƏCƏFXANLI: Sumqayıt şəhərindəki kitab sərgisində

1 il əvvəl 4208 01

Əli NƏCƏFXANLI:

Sumqayıt şəhərindəki kitab sərgisində

(Nəşriyyat, yazar və oxucu üçbucağında təmaslar )

Mədəniyyət Nazirliyi, Azərbaycan Nəşriyyatları Assosiasiyası (ANAİB), Sumqayıt Şəhər İcra Hakimiyyəti və Abşeron-Xızı Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə III Sumqayıt Kitab Sərgisi keçirilib.

Ölkənin 30-adək nəşriyyatının iştirakı ilə təşkil olunan sərgi Kimyaçı Mədəniyyət Sarayında keçirilib. Biz də sərgiyə gedənlərə qoşulub, saraya daxil olduq. Ayrı-ayrı stendlərə düzülmüş çeşidli kitablar elə ilk baxışdan müasir poliqrafik dizaynı və mövzu rəngarəngliyi ilə seçilirdi. Kitabsevərlərin çoxluğu da diqqətdən yayınmırdı.
İlk müsahibimiz “Qədim qala” nəşriyyatının direktoru Şöhlət İxtiyaroğlu odu. O, həvəslə sərgi barədə fikirlərini bildirir:
– Bizim də üzvü olduğumuz Azərbaycan Nəşriyyatları Assosiasiyası yarandığı qısa vaxtda 14 belə sərgi təşkil edib. Başlıca məqsəd yeni formatlarda kitab təbliğatını reallaşdırmaq, nəşrlərin hər bir oxucu üçün əlçatanlığını təmin etməkdir. Buna görə də satışdakı kitablara müxtəlif faizli endirimlər tətbiq edilir. Bir neçə ay əvvəl gənc oxucular arasında ilk dəfə təşkil etdiyimiz Yay oxu marafonuna 3 min nəfər qoşulmuşdu. Həmin layihənin qaliblərini bu gün mükafatlandıracağıq ki, müəyyən motivasiya olsun. Eyni zamanda Payız oxu marafonuna bu sərgidə start veriləcək.

– Bugünkü sərgidə kitablara oxucu marağından razısınızmı?

– Sərgi yenicə açılsa da, alıcılar çoxdur. Yaşlı, orta və gənc nəsil oxucuların yeni nəşrlərə marağı fərəh doğurur. Bayaqdan fikir verirəm, heç kim buradan əliboş getmir.
Sonra biz sərgi ilə tanışlığımızı davam etdiririk. Təşkilatçılardan öyrənirik ki, burada nəfis tərtibatlı yüzlərlə adda kitab 30–70 faiz endirimlə oxuculara təklif olunur. Satıcıların arasında tanınmış yazarlar, kitab müəllifləri də var. Qələm dostlarımız Elxan Elatlı, Rövşən Abdullaoğlu, İlham Qəhrəman, Xan Rəsuloğlu və başqaları sərginin işində fəal iştirak edirlər.
Azərbaycan Ədəbiyyatı Fondunun baş direktoru, yazıçı Varis bizimlə söhbətində belə tədbirlərin təqdirəlayiq olduğunu vurğulayır:

– Azərbaycanda kitaba, mütaliəyə marağın azaldığını söyləyənlər yanılırlar. Baxın, sərgiyə kiçikdən-böyüyə nə qədər oxucu gəlib. Hamının marağına və  zövqünə uyğun, özü də güzəştli qiymətlərlə hər cür kitab var.
“Göyərçin” jurnalının baş redaktoru, şair, filologiya elmləri doktoru Rafiq Yusifoğlu da söhbətə qoşulir:
– Kitab bayramında tanınmış ədiblərin, mədəniyyət xadimlərinin iştirakı ilə təqdimatlar, imza saatları, konsert proqramları, şeir gecələri, ustad dərsləri, uşaqlar üçün nağıllar aləminə səyahətlər, debatlar və sair olacaq. Elə bu gün tədbirdə Azərbaycan Yazıçılar Birliyi  Sumqayıt bölməsinin üzvləri oxucular qarşısında yaradıcılıq hesabatı verəcəklər. Bundan gözəl nə ola bilər?
Yenicə aldığı kitablarla “Körpü” nəşriyyatının stendi qarşısında rastımıza çıxan yazıçı Hümbət Həsənoğlu da ürək sözlərini bizimlə bölüşür:
– Belə sərgilər naşir və yazarların oxucularla birbaşa ünsiyyəti, mədəni tələbatla bağlı sosial sifarişlərin öyrənilib reallaşdırılması baxımından önəmlidir. Ötən il rəhbərlik etdiyim “Sumqayıt Dostlar Klubu” gənclər arasında ən çox kitab oxuyanların müsabiqəsini keçirmişdi. Bayaq stendləri gəzərkən “Kitab kafesi”ndə çalışan bir qız mənə dedi ki, “müəllim, sizin müsabiqənin qaliblərindənəm”. Doğrusu, onun sözlərindən məmnun oldum. Deməli, seçimi düz etmişik. Arzu edirəm ki, həmin qız kimi kitabsevərlərimizin sayı daha da çox olsun.
Çox keçmir ki, mədəniyyət sarayının 2-ci mərtəbəsində sərginin rəsmi açılış mərasimi başlanır. Dövlət himnimiz ifa olunur. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunur. Sonra Azərbaycan Nəşriyyatları Assosiasiyasının sədri Şəmil Sadiq çıxış edərək belə satış-sərgilərin kitab maarifçiliyinə dəstək məramı daşıdığını, Elm və Təhsil, Mədəniyyət nazirliklərinin, müvafiq qurumların sərginin təşkilinə lazımi dəstək verdiklərini bildirir və hər kəsi kitab bayramında yaxından iştirak etməyə çağırır.
Daha sonra Abşeron–Xızı Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə, Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Fərman Kazımov və başqaları sərgi barədə ürək sözlərini söyləyirlər. Əlvan musiqi proqramı təqdim olunur.
Sərgidə dərs vəsaitlərinə, bədii ədəbiyyata, sosioloji nəşrlərə maraq daha böyükdür. Sumqayıtdakı 3 nömrəli peşə liseyinin şagirdləri könüllülər qismində sərgiyə gələnlərə bələdçilik edirlər.
Onu da deyək ki, kitab bayramı təkcə nəşriyyatların məhsullarının satışı ilə məhdudlaşmır. Həvəskar ustaların düzəltdikləri bəzək əşyalarının, gənc rəssamların çəkdiyi tabloların nümayişi sərgiyə əlavə rəng qatır.
Üç gün davam edən  sərgidə assosiasiya rəhbərliyinin "STEAM əsaslı təhsil" mövzusunda çıxışı, dilçi alim Rafiq İsmayılov, şair-pedaqoq Zahid Xəlil və professor Qulu Məhərrəmlinin “Oxu bacarığı: dil bilgisi, yoxsa intellekt göstəricisi?” panelində iştirakları da maraqla qarşılandı.
Beləliklə, Sumqayıtın tarixində üç gündə III Kitab Sərgisi kimi  çox maraqlı bir hadisə  yaddaşlara  yazıldı. Bu da kitab oxumağa marağı bir qədər də artırdı.
Henri Devid Toro  kitablar haqqında görün necə gözəl kəlam deyib: “ Kitablar sivilizasiyanın nümunəsidir. Kitabsız ədəbiyyat, tarix itər. Həyati incəliklər olan lirika, psixoloji və elmi biliklər mənasız olar”.  Gəlin bir millət olaraq, yenə də kitablara, kitab oxumağa  qayıdaq. Övladlarımıza, nəvələrimizə də bunu təlqin eləyək.  Çünki dünyanın hər şeyi və bütün gözəlliyi  oradadır.

Əli  NƏCƏFXANLI,
Əməkdar jurnalist

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

“Nağıllar aləminə səyahət” layihəsinə yeni nağıl təqdim olundu +VİDEO

“Nağıllar aləminə səyahət” layihəsinə yeni nağıl təqdim olundu +VİDEO

John Doe 1 il əvvəl

BMA-da tələbələrin ifasında konsert keçirilib +FOTO=7

BMA-da tələbələrin ifasında konsert keçirilib +FOTO=7

John Doe 1 il əvvəl

Böyük rus dramaturqu A.N.Ostrovskinin 200 illik yubileyinə həsr olunmuş videoçarx hazırlandı +VİDEO

Böyük rus dramaturqu A.N.Ostrovskinin 200 illik yubileyinə həsr olunmuş videoçarx hazırlandı +VİDEO

John Doe 1 il əvvəl

BMA-da “Seçmə fənn: Bəstəkarlıq” fənni üzrə açıq dərsi keçirilib +FOTO=6

BMA-da “Seçmə fənn: Bəstəkarlıq” fənni üzrə açıq dərsi keçirilib +FOTO=6

John Doe 1 il əvvəl

Napoleonun papağı 1 milyona hərraca çıxarılacaq

Napoleonun papağı 1 milyona hərraca çıxarılacaq

John Doe 1 il əvvəl

“Zəfərin mübarək, Vətən!” adlı orqan musiqisi axşamı keçirilib +FOTO=5

“Zəfərin mübarək, Vətən!” adlı orqan musiqisi axşamı keçirilib +FOTO=5

John Doe 1 il əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

Naxçıvan Ordusunun ön xətt bölmələri qış mövsümünə tam hazırdır +VİDEO

Naxçıvan Ordusunun ön xətt bölmələri qış...

22 noyabr 2023 10:43:22
• İraq Prezidenti İçərişəhərdə +FOTO=9}

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

21 noyabr 2023 17:00:06
• Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı}

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçir...

21 noyabr 2023 12:59:11
• XİN-də Ermənistanın növbəti hərbi cinayət planları ilə bağlı brifinq keçirildi}

XİN-də Ermənistanın növbəti hərbi cinayət planları ilə bağlı...

20 noyabr 2023 22:58:49
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI

TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com