Futbol
------------
Ronaldo yenə də Messini qabaqlayıb
Dünyanın məşhur "Forbes" jurnalı il ərzində ən çox pul qazanan ulduz futbolçuların reytinq cədvəlini açıqlayıb. Maraqlıdır ki, bu yarışda da əsas rəqabət Kristianu Ronaldo ilə Lionel Messi arasında olub. Hazırda "Əl-Nasr"-da (Səudiyyə Ərəbistanı) forma geyinən portuqaliyali forvardin 2023- cu ildəki qazancı 260 milyon dollar təşkil edib ki, bunun da 200 milyonu əmək haqqı ilə bonus, qalan 60 milyonu isə sponsorlarla baqlanan müqavilə əsasında əldə edilib. Cədvəldə onun yaxın izləyicisi argentinali forvard, hazırda "İnter Mayami"-də (MLS) çıxış edən Lionel Messidir. Leonun illik qazancı 135 (65+70) milyon dollar təşkil edib. İlk üçlüyü "Əl-Xilyal"-in (Səudiyyə Ərəbistanı) braziliyalı forvardin Neymar tamamlayır - 112 (80+32).
Cədvəldə 4-cu olan "PSJ"- inin forvardi Kilian Mbappenin qazancı 110 milyondur. Kərim Benzema ("Əl-İttihad", Səudiyyə Ərəbistanı) 106 milyonla beşincidir. Top-10- da qalan yerləri isə müvafiq olaraq Erlinq Holann (" Mançester Siti", İngiltərə) - 58 milyon, Mohammed Salah ("Liverpul", İngiltərə) - 53 milyon, Sadio Mane ("Əl-Nasr", Səudiyyə Ərəbistanı) - 52 milyon, Kevin De Breyne ("Mançester Siti ", İngiltərə) - 39 milyon, Harri Keyn ("Bavariya", Almaniya)- 36 milyon.
Xatırladaq ki, Ronaldo 2022-ci ildə "Əl-Nasr" klubuna keçib və klubla 2,5 illik müqavilə imzalayıb. 38 yaşlı portuqal forvard cari mövsümdə 11 oyunda 11 qola və 6 məhsuldar ötürmə edib.
2025-ci ilədək "Inter Mayami" ilə müqaviləsi olan Messi isə 13 oyunda 11 qol və 5 ötürmə ilə fərqlənib. Neymar isə yeni klubunda keçirdiyi 3 oyunda 3 ötürmə ilə yadda qalıb.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.