Əlahiddə Ümumqoşun Orduda bütün növ silah və texnika payız-qış istismar rejiminə keçirilir
Əlahiddə Ümumqoşun Ordunun birləşmə, hissə və bölmələrində silah və texnikaların saz vəziyyətdə saxlanması, təlimata uyğun istifadə və istismar olunması, həmçinin mövsümə uyğun düzgün texniki qulluğun göstərilməsi ilə bağlı məşğələlər keçirilib.
Məşğələlər zamanı keçirilən dərslərdə bölmələrin döyüş gücünü artırmaq məqsədilə hər bir silah və hərbi texnikadan düzgün istismar qaydalarına əməl olunmasının vacibliyi diqqətə çatdırlıb və mövsümi tələblərə uyğun olaraq silah və texnikalara düzgün texniki qulluğun göstərilməsi, həmçinin hissə və mexnizmlərin dəyişdirilməsi praktiki olaraq şəxsi heyətə göstərilib.
Məşğələlərdən sonra bölmələrdə avtomobil və zirehli texnikalara, aviasiya və hava hücümundan müdafiə vasitələrinə, rabitə avadanlıqlarına, raket-artilleriya silahlarına, atıcı silahlara və döyüş sursatlarına planlı şəkildə mövsümi qulluğun göstərilməsinə başlanılıb.
Kompleks tədbirlər çərçivəsində texnikaların yanacaq-sürtgü materialları və filtrləri mövsümi tələblərə uyğun olaraq dəyişdirilir, elektrik və hidravlik sistemləri, hissə və mexanizmləri planlı şəkildə yoxlanılır.
Zirehli texnikaların döyüş və güc bölmələrinə xüsusi qulluq göstərilir, bütün hərəkət hissələri yağlanır, tırtıllar tarımlanır, mühərriklərin yağı dəyişdirilir.
Qeyd edək ki, texnikaların payız-qış mövsümündə istismarına keçidin keyfiyyətli keçirilməsi soyuq hava və yüksək dağlıq ərazilərdə, sutkanın hər vaxtında bölmələrin yüksək döyüş qabiliyyətində saxlanılmasına, həmçinin şəxsi heyətin bu mövsümdə fasiləsiz təminatına imkan yaradacaq.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.