BDU-nun TGT üzvləri Akademik Yusif Məmmədəliyevin Memorial Muzeyində
Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər Təşkilatının Kimya fakültəsi üzrə üzvləri Akademik Yusif Məmmədəliyevin Memorial Muzeyinə ziyarət ediblər.
Muzeyin direktoru Reyhan Əliyeva görkəmli alimin şərəfli həyat yolu, gənc nəslin yetişməsində rolu, qiymətli elmi kəşfləri haqqında tələbələrə ətraflı məlumat verib. Bildirib ki, Yusif Məmmədəliyev irsini öyrənmək hər bir kimyaçının mənəvi borcudur.
Muzey Y. H. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun nəzdində fəaliyyət göstərir. Muzeydə görkəmli kimyaçı alimin həyatını, elmi fəaliyyətini əks etdirən fotosənədlər, diplomlar, müxtəlif rəsmi sənədlər, elmi kəşflərinə dair sxemlər nümayiş etdirilir.
Tələbələr muzeydəki eksponatlarla tanış olublar. Sonda Yusif Məmmədəliyevin 100 illik yubileyinə həsr olunmuş, onun həyat və yaradıcılığını əks etdirən qısametrajlı filmin diski tələbələrə hədiyyə edilib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.