23 iyun 2025
• XƏBƏRLƏR ARXİVİ
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi

Suqovuşan qəsəbəsi yenidən rayonun tərkibinə qaytarılır

Suqovuşan qəsəbəsi yenidən rayonun tərkibinə qaytarılır

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı

Ağdərə rayonu yenidən YARADILIR

Ağdərə rayonu yenidən YARADILIR

Psixotrop dərmanları almaq üçün saxta resept hazırlayan dəstə üzvləri tutulub +VİDEO

Psixotrop dərmanları almaq üçün saxta resept hazırlayan dəstə üzvləri tutulub +VİDEO

Narkotikin təsiri altında olan sürücü SAXLANILDI +VİDEO

Narkotikin təsiri altında olan sürücü SAXLANILDI +VİDEO

Saxta dollar satan dəstə üzvləri saxlanılıb +VİDEO

Saxta dollar satan dəstə üzvləri saxlanılıb +VİDEO

İnstitut direktoru prorektorun qətlini sifariş verdiyinə görə HƏBS EDİLDİ

İnstitut direktoru prorektorun qətlini sifariş verdiyinə görə HƏBS EDİLDİ

Ulu Öndərin 100 illik yubileyi ilində qazanılmış tam Qələbəmizə həsr olunmuş hekayə kitabxanaya təqdim olundu

Ulu Öndərin 100 illik yubileyi ilində qazanılmış tam Qələbəmizə həsr olunmuş hekayə kitabxanaya təqdim olundu

Heydər Əliyev və müstəqillik +FOTO=5

Heydər Əliyev və müstəqillik +FOTO=5

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

21-Cİ ƏSRİN 20 İLİ

21-Cİ ƏSRİN 20 İLİ

• Ordu-FHN
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Musiqi Şou Aləmi

1. Ana Səhifə
2. YADA DÜŞƏN XATİRƏLƏR
YADA DÜŞƏN XATİRƏLƏR

Asif Rüstəmli: XALQIN VƏ XƏZƏRİN XOŞBƏXTİ

1 il əvvəl 3633 01

Asif Rüstəmli:

XALQIN VƏ XƏZƏRİN XOŞBƏXTİ

Adın məna qatından ömrə, taleyə ilahi bir işıq süzüldüyünə, ruhi vəhdət, bağlılıq yarandığına həmişə inanm bəsləmişəm. Cəmiyyətdə mənəvi dəyərləri, arzuları, xoş niyyətləri özündə ehtiva edən adların şəxslərə magiq impuls ötürməsi, həyatın məna çalarlarını ziynətləndirməsi qəbul və dərk edilən gerçəklikdir. Xalqının və ürəkdən sevdiyi Xəzərin xoşbəxt övladı – Xoşbəxt Yusifzadə kimi...

Altı il əvvəl AzTV-nin “Ovqat” verilişində iştirakımdan sonra çoxsaylı təbrik zəngləri qəbul etməli oldum. Onlardan biri tam fərqli idi:

- Alo, Asif müəllimdi?

- Bəli.

- Telefon nömrənizi Nizami Cəfərovdan aldım (Akademik Nizami Cəfərov “Ədəbiyyat qəzeti”ndə Xoşbət müəllim haqqında çap etdirdiyi məqalədə həqiqətən bu məqamı vurğulamışdır)... Xoşbəxt Yusifzadədir. Məni tanudun?!

- Salam Xoşbəxt müəllim, əlbəttə tanıdım. Sizi tanımayan varmı?

- “Ovqat” verilişində çıxışınızı dinlədim. Bəzən kövrəldim də... Cəfər Cabbarlı haqqında danışanda uşaqlıq illərim yadıma düşdü. Bilirsən, Cəfər Cabbarlı ən çox sevdiyim sənətkarlardan biridir. Orta məktəb illərində dram dərnəyində dəfələrlə Cabbarlının obrazlarını canlandırmışam. Aydının, Elxanın monoloqu indi də yadımdadır... dedi.

Xoşbəxt müəllim xatirələrini emosiya, coşğu ilə söylədikcə, çözələdikcə Respublikamızın 1 nömrəli neftçisinin, “neft sənayesinin canlı əfsanəsi”nin ədəbiyyata sevgisi, Cabbarlıya sayğısı məni heyran etdi. Zəng üçün minnətdarlığımı bildirdim. Görüşmək ümidi ilə ayrıldıq.

Telefon zəngindən təxminən bir il sonra “SOCAR”-ın binasında, Xoşbəxt müəllimin yığcam, xudmani kabinetində görüşdük. Təmtəraqdan uzaq, özü kimi sadə bir iş otağı idi. Hal-əhval tutduq... Respublika Prezidentinin ona olan qayğısından, sayğısından razılığını bildirib dedi ki, yaşa görə pensiyaya çıxmaq söhbəti vardı. Prezident “SOCAR”-ın rəhbəri Rövnəq Abdullayevə tapşırdı ki, ehtiyac olsa iki vitse-prezident ştatı verərəm, amma Xoşbəxt Yusifzadə vəzifəsində qalmalıdır.

Xoşbəx müəllim Prezidentimizin onu Vladimir Putinlə necə tanış etməsindən də təbəssümlə danışdı. Dedi ki, 2007-ci ilin oktyabr ayında Xəzəryanı ölkələrin Tehranda zirvə görüşü keçirilirdi. V.V.Putin dedi ki, Xəzər dənizinin dibi mürəkkəb seysmik zonadır, burada zəlzələlər olur. Dənizin dibindən neft kəmərinin keçməsi təhlükəlidir. Ekologiyaya mənfi təsir göstərə bilər.

Ümumi mövqeyimizin əksinə olduğuna görə bu fikirlə razılaşmaq çətin idi.

Prezidentimiz məni Rusiya Prezidentinə təqdim etdi. Putin gülümsəyib “çox şadam” dedi.

“Putinə müraciətlə -Vladimir Vladimiroviç, sizin 55 yaşınız tamam olub. Bu münasibətlə sizi təbrik edirəm. Deməliyəm ki, mənim də dənizdə iş stajım 55 ildir. Bu müddətdə, mənim təcrübəmdə heç elə bir iş olmayıb ki, dənizin dibində zəlzələdən boru kəməri qırılıb dağılsın.”

Putin vəziyyətdən çıxmaq üçün gülə-gülə “Sovet boruları çox möhkəm idi” deyib. Xoşbəxt müəllim cavabında bildirib: “Borular indi də zəif deyil”

2017-ci ildə Xoşbəxt müəllim V.V.Putinlə təkrar görüşəndə 10 il əvvəlki boru söhbətini xatırladır və Xəzərin dibindən keçən neft-qaz kəmərlərinin möhkəmliyini vurğulayır.

Xoşbəxt müəllim böyük təcrübə məktəbi idi. Onun proqnozlarının dəqiqliyi şəxsi praktikasına əsaslanırdı. Bütün elmi tədqiqatları “Neft daşları”, “Dəniz neft və qaz yataqlarında axtarış-kəşfiyyat işləri”nə həsr edilmişdir. Özü söhbət edirdi ki, doktorluq işini çox gecikdirdilər. Axırda bir dostunun məsləhəti ilə gedib Moskvada müdafiə edib. Uzun illər Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin üzvü idi. Onunla 2018-ci ilin oktyabr ayında Rəyasət Heyətinin iclaslarında yenidən görüşdük. Hər zaman səmərəli təkliflərlə humanist mövqedən çıxış edirdi. Xoşbəxt müəllimin şəxsi təşəbbüsü ilə yeni ixtisaslar əsasında dissertasiya şurasının yaradılması təklifi Rəyasət Heyətində yekdilliklə bəyənilmişdi.

AAK-da 2020-ci ilin yanvar ayında akademik Xoşbəxt Yusifzadənin 90 illiyi qeyd edildi. Komissiyanın sədri Famil Mustafayevin təbrik məktubundan əlavə Xəzərin şahə qalxmış dalğaları fonunda tufanlara sinə gərmiş möhtəşəm neft Buruğunu və yubliyarın portretini özündə əks etdirən tort masaya gətirildi (Bu ideyanın gerçəkləşməsində Həmkarların sədri, dostum Qalib Həsənlinin peşəkarlığı və yaradıcı münasibəti vurğulanmalıdır). Ömrü, həyat yolu tufanlardan, fırtınalardan keçmiş akademik Xoşbəxt Yusifzadənin məna dolu kövrək, həlim çıxışı indi də yaddaşlarda yaşayır.

O böyük insan, əfsanəvi şəxsiyyət idi. Demək olar ki, 1960-cı ildən sonra SSRİ-nin bütün rəhbərləri ilə şəxsən görüşmüşdür. Xəzərin sirlərinə dərindən bələd olan, Xəzərin nəbzini tutmağı, ürək döyüntülərini dinləməyi bacaran neftçi-mühəndis idi. Onun yeni üsullarla hasil etdiyi neft Azərbaycanın müstəqilliyini möhkəmləndirdi, iqtisadi qüdrətini artırdı, Qarabağın azad edilməsində müstəsna rol oynadı.

Xalq şairi Məmməd Araz elə bil “Neftçilər” şeirini ona həsr etmişdir:

Layları doğrayan, qatları yaran,

Ən cəsur cərrahlar - neftçilərdir!

Torpaq zülmətində günəş axtaran

Yeraltı səyyahlar - neftçilərdir!

Çox həmdəm olublar borana, qara;

Yerin kölgəsinə sığınıb onlar.

Alqış qanadında ön sıralara

Ali məclislərə çağrılıb onlar...

Akademik Xoşbəxt Yusifzadə Azərbaycan xalqının Xoşbəxt və unudulmaz övladıdır. Ruhu şad olsun!

Bakı, 04.10.2023

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

Əkbər Qoşalı: Sergey Murtuzəliyev - 70

Əkbər Qoşalı: Sergey Murtuzəliyev - 70

John Doe 1 il əvvəl

Rəhman Orxan: 1991-ci ilin Qarakənd faciəsindən 32 il ötür

Rəhman Orxan: 1991-ci ilin Qarakənd faciəsindən 32 il ötür

John Doe 1 il əvvəl

Firuz Mustafa: Balzakın ilk və son məhəbbəti

Firuz Mustafa: Balzakın ilk və son məhəbbəti

John Doe 1 il əvvəl

Məmməd Rauf: Yaşasaydı 87 yaşı olacaqdı...

Məmməd Rauf: Yaşasaydı 87 yaşı olacaqdı...

John Doe 1 il əvvəl

Osman Gündüz: Bir şəhidin taleyi haqqında

Osman Gündüz: Bir şəhidin taleyi haqqında

John Doe 1 il əvvəl

Vaqif Bəhmənli: ŞAİRİN SÜBH DUASI

Vaqif Bəhmənli: ŞAİRİN SÜBH DUASI

John Doe 1 il əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

Naxçıvan Ordusunun ön xətt bölmələri qış mövsümünə tam hazırdır +VİDEO

Naxçıvan Ordusunun ön xətt bölmələri qış...

22 noyabr 2023 10:43:22
• İraq Prezidenti İçərişəhərdə +FOTO=9}

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

21 noyabr 2023 17:00:06
• Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı}

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçir...

21 noyabr 2023 12:59:11
• XİN-də Ermənistanın növbəti hərbi cinayət planları ilə bağlı brifinq keçirildi}

XİN-də Ermənistanın növbəti hərbi cinayət planları ilə bağlı...

20 noyabr 2023 22:58:49
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI

TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com