BOKS
----------------------------
Yeniyetmə boksçuların paytaxt birinciliyinə start verilib
Bu gün paytaxtdakı Boks Mərkəzində yeniyetmələr arasında boks üzrə Bakı birinciliyinə start verilib. Azərbaycan Boks Federasiyasından verilən məlumata gğrə, birincilikdə paytaxtın 32 klub və idman cəmiyyətini təmsil edən 202 boksçu mübarizə aparacaq.
Döyüşlərdən öncə birinciliyin açılış mərasimi təşkil olunub. Tədbirdə çıxış edən Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin idman sektorunun müdiri Rəşad Əliyev yarışın əhəmiyyətindən danışıb. O, paytaxtın yeniyetmə boksçularının gələcəkdə Azərbaycan millisinin heyətinə düşəcəyinə və burada uğur qazanacağına inam ifadə edib.
Ondan sonra söz alan Azərbaycan Boks Federasiyası prezidentinin müşaviri Samir Hüseynov ölkəmizdə yeni nəsil boksçuların yetişməsini sevindirici hal adlandırıb. O, bu il Sloveniyada məktəblilər arasında Avropa birinciliyində də yığmamızın kifayət qədər yüksək nəticələr əldə etdiyini, 2 qızıl və 2 bürünc medal qazandığını xatırladıb: “Boksçularımızın güclü potensialı var. Biz bu il regionlarda da zona yarışlar təşkil etmişik. Bakıda da boksçularımızın inkişafı üçün əlimizdən gələni edəcəyik. Əsas hədəf Azərbaycan bayrağını ən yüksək zirvələrdə ucaltmaqdır”.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra yarış açıq elan olunub.
Birinciliyin ilk günündə 47 döyüş baş tutacaq. Birinciliyə oktyabrın 14-də baş tutacaq həlledici final döyüşləri ilə yekun vurulacaq.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.