Pifaqor teoremi plagiat çıxdı
Rutgers Universitetinin amerikalı riyaziyyatçısı Bruce Ratner hesab edir ki, Pifaqor məşhur teoremin müəllifi deyil.
Riyaziyyatçı bununla bağlı araşdırma aparıb.
Tədqiqatçının sözlərinə görə, Yale Universitetində eramızdan əvvəl 1800-1600-cü illərə aid gildən hazırlanmış Babil lövhəsi var. Sözügedən teorem həmin lövhədə qeyd olunub. Bundan 1000 il sonra - eramızdan əvvəl 570-490-cı illərdə Pifaqor yaşayıb və o bu teoremindən istifadə edib.
“Pifaqor teoreminin Pifaqorun anadan olmasından 1000 il əvvəl Babil riyaziyyatçıları tərəfindən kəşf edildiyini və sübut edildiyini mübahisəsiz olaraq göstərən konkret sübutlar var. Daha doğrusu, o, sadəcə olaraq bunu populyarlaşdırıb, bu da onun elmə olan xidmətlərinə heç bir xələl gətirmir”, - Ratner vurğulayıb.
Pifaqorun əsərləri dövrümüzə qədər gəlib çatmayıb. Alim hesab edir ki, Pifaqorun tələbələri bu teoremin müəllifliyini ona aid ediblər.
Qeyd edək ki, məşhur teorem - "Düzbucaqlı üçbucaqda katetlərin kvadratları cəmi hipotenuzun kvadratına bərabərdir" qaydasından ibarətdir.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.