23 iyun 2025
• XƏBƏRLƏR ARXİVİ
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi

Suqovuşan qəsəbəsi yenidən rayonun tərkibinə qaytarılır

Suqovuşan qəsəbəsi yenidən rayonun tərkibinə qaytarılır

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı

Ağdərə rayonu yenidən YARADILIR

Ağdərə rayonu yenidən YARADILIR

Psixotrop dərmanları almaq üçün saxta resept hazırlayan dəstə üzvləri tutulub +VİDEO

Psixotrop dərmanları almaq üçün saxta resept hazırlayan dəstə üzvləri tutulub +VİDEO

Narkotikin təsiri altında olan sürücü SAXLANILDI +VİDEO

Narkotikin təsiri altında olan sürücü SAXLANILDI +VİDEO

Saxta dollar satan dəstə üzvləri saxlanılıb +VİDEO

Saxta dollar satan dəstə üzvləri saxlanılıb +VİDEO

İnstitut direktoru prorektorun qətlini sifariş verdiyinə görə HƏBS EDİLDİ

İnstitut direktoru prorektorun qətlini sifariş verdiyinə görə HƏBS EDİLDİ

Ulu Öndərin 100 illik yubileyi ilində qazanılmış tam Qələbəmizə həsr olunmuş hekayə kitabxanaya təqdim olundu

Ulu Öndərin 100 illik yubileyi ilində qazanılmış tam Qələbəmizə həsr olunmuş hekayə kitabxanaya təqdim olundu

Heydər Əliyev və müstəqillik +FOTO=5

Heydər Əliyev və müstəqillik +FOTO=5

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

21-Cİ ƏSRİN 20 İLİ

21-Cİ ƏSRİN 20 İLİ

• Ordu-FHN
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Musiqi Şou Aləmi

1. Ana Səhifə
2. AZpress - ÖZƏL
1. Ana Səhifə
2. Elm və Təhsil
AZpress - ÖZƏL Elm və Təhsil

Akif Ağayev: Çətin və şərəfli peşə yolunda

1 il əvvəl 1323 01

Akif Ağayev: Çətin və şərəfli peşə yolunda

Səadət işığı, həyat çırağı...

Müəllimliyi üstün tutan kəs məsuliyyətli olmaqla yanaşı ilk öncə fədakar olmalıdır. Ona göstərilən hörmət və ehtiramı qoruyub saxlamalıdır. Bu çətin və müqəddəs peşəyə sadiqliyini Vətənə layiqli övladlar yetişdirməklə isbat etməlidir ki, bundan qürur, fəxarət duymağa haqq qazanmalıdır. Məhz bu cür müəllimləri – ömrünü uşaqların tərbiyəsinə, cəmiyyətə yararlı vətəndaş hazırlanmasına həsr edən müəllimləri xoşbəxt saymaq olar.

Respublikamızın hər bölgəsində olduğu kimi, Masallı rayonunda da müəllim adını şərəflə daşıyan uğurlu, savadlı gənclər çoxdur. Belə müəllimlərdən biri də Masallı şəhər 1 saylı tam orta məktəbinin direktor müavini Arzu Hüseynovadır.

Qısa tanıtım: Arzu Rufulla qızı Hüseynova 1986-cı ildə Masallı şəhərində anadan olub. 2004-cü ildə Masallı “Dəfinə” məktəb-liseyini (əla qiymətlərlə), 2009-cu ildə isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin kimya fakültəsini bitirib.

Pedaqoyi fəaliyyətə Masallı rayonunun Təzə Alvadı 2 saylı tam orta məktəbində başlayıb. 14 il bu təhsil ocağında çalışıb.

2023-cü ilin yanvar ayından şəhid Rafiq Əlihəsənov adına Masallı şəhər 1 saylı tam orta məktəbində tədris işləri üzrə direktor müavini işləyir. O, bu vəzifəyə Təhsil Nazirliyi tərəfindən aparılan müvafiq imtahan, müsahibə və müsabiqə mərhələlərini uğurla keçdikdən sonra elan olunan vakansiya üzrə təyin olunub.

Arzu xanım ailəlidir. Ömür-gün yoldaşı Loğman mühasibdir. Bu xoşbəxt ailədə üç övlad böyüyür...

Onlar hər zamankı kimi bu gün də sanki ən ağır yükü çiyinlərində daşıyırlar. Çünki valideyn övladını, onun gələcəyini müəllimə etibar edirsə, müəllim də şagirdini cəmiyyət üçün, millət üçün yararlı vətəndaş kimi formalaşdırmalıdır. Məzunlara, onların valideynlərinə sevinc yaşatmağın necə bir xoşbəxtlik olduğunu hiss etdikdən sonra əməyinin bəhrəsini görən müəllim fərəhlənir, bundan zövq alır.

Arzu Hüseynova: “Hər bir insan qarşısına qoyduğu məqsədə nail olmaq üçün əziyyətə qatlaşmalıdır. Rayonumuza, kəndə işləməyə gələrkən qarşılaşacağım çətinlikləri öncədən təsəvvür edirdim. Odur ki, ilk gündən şagirdlərlə səmimi, mehriban davranmağa üstünlük verirdim ki, onlara tədris etdiyim kimya fənnini sevdirə bilim. Yenilikçi və yaradıcı olmalarına geniş imkanlar açmağa, günbəgün yeniləşən tədris prosesini müasir tələblərə uyğun qurmağa çalışırdım.”

Təcrübəli müəllim olmaq üçün şəraitdən, mühitdən asılı olmayaraq şagirdlərə elm aşılamağı bacarmaq lazımdır. Hamımıza məlumdur ki, gənc müəllimlər ilk iş günlərində, elə olur ki, diqqətdən kənarda qalır, bəzi valideynlərin giley-güzarına tuş gəlir, bəzən rəhbərlikdən dəstək görmür və s. Buna rəğmən yorulsa da ruhdan düşmür, yorulmur, fədakarcasına bütün çətinliklərə sinə gərərək öz işinə davam edir...

Təcrübəli pedaqoqlardan Allahşükür Kərimov, Şakir Həsənov, Füzuli Cəfərov, mərhum Saleh Hüseynov gənc müəllim Arzu Hüseynovaya sadalanan çətinliklərin yaşanmamasından ötrü vaxtilə müvafiq tövsiyələrini verib, ona dəstək olublar. Ona görə də Arzu müəllim ilk gündən öz işinə necə həvəslə başlayıbsa, bütün peşə həyatı boyunca elə də davam edir.

Rayonun qabaqcıl təhsil işçilərindən olan Möhsüm Süleymanov: “Elmi potensialı olan hər hansı bir şəxs istənilən sahədə uğur qazanır, işgüzarlığı, tərəqqipərvər addımları ilə ümumi işin inkişafına xidmət edir. Məhz haqqında fəxrlə danışdığımız Arzu müəllimin də səmərəli pedaqoji fəaliyyəti yeniyetmə və gənclərimizin həyata baxışlarının formalaşmasında müəllimin hansı gücə malik olmasının bariz nümunəsidir. Qürurluyuq ki, estafeti Arzu Hüseynova kimi müəllimlərə vermişik. Çünki o, şagirdlərini və öz işini sevən, peşəkar, tələbkar, nümunəvi pedaqoqlardandır.”

Masallı şəhər 1 saylı tam orta məktəbinin direktoru Ağamməd Şənmədov: “İstedadlı, bacarıqlı müəllim onun yetirmələrinin nəticələrinə əsasən müəyyən edilir. Bundan əlavə əgər şagird müəllimin öz fənnini sevdiyini hiss edirsə, o zaman məktəblinin də dərsə marağı bir daha artır. Bu mənada biz Arzu müəllimə inanır, ona güvənirik. Öz ixtisası üzrə geniş və dərin biliyə, yüksək mədəniyyətə malik müəllim kimi nəinki şagirdlərinin, bütün kollektivimizin etimadını qazanıb. Əlavə edim ki, Arzu xanım idarəetmədə də özünü doğruldur, məktəbimizdə təlim-tərbiyə işlərində üzərinə düşən əsas funksiyanı layiqincə yerinə yetirir. Və inanırıq ki, bu uğurlu ardıcıllıq davamlı olacaq...”

Arzu müəllimin yetirmələri Respublika Fənn Olimpiadalarında uğurla çıxış edir, ali təhsil müəssisələrinə yüksək balla qəbul olurlar. Neçə-neçə məzunu müxtəlif sahələrdə çalışmaqdadır.

Zəhməti fəxri fərman və digər mükafatlarla dəyərləndirilib Arzu müəllimin. Özünün vurğuladığı kimi, ən böyük qazancı isə el-obanın məhəbbəti, şagirdlərinin ona ehtiramı, cəmiyyətdə, çalışdığı kollektivdə sahibləndiyi nüfuzdur. O, deyir ki, Vətənimə, xalqıma faydalı vətəndaş, müəllim kimi xidmət etməklə böyük sevgi ilə yanaşdığım bu yolda mənə etimad edənlərin inamını doğrultmağa çalışıram.

Akif AĞAYEV

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

BDU əməkdaşları İzmir Yüksək Texnologiya İnstitutunda elektron arxivlər şəbəkəsinin yaradılmasına dair beynəlxalq təlimdə

BDU əməkdaşları İzmir Yüksək Texnologiya İnstitutunda elektron arxivlər şəbəkəsinin yaradılmasına dair beynəlxalq təlimdə

John Doe 1 il əvvəl

BDU-nun əlcəzairli doktorantı Azərbaycanın ali məktəb kitabxanalarının iş metodlarını tədqiq edib

BDU-nun əlcəzairli doktorantı Azərbaycanın ali məktəb kitabxanalarının iş metodlarını tədqiq edib

John Doe 1 il əvvəl

BDU-da Azərbaycanda səhra və yarımsəhra bitkilərinin bioekoloji xüsusiyyətlərinə dair elmi seminar

BDU-da Azərbaycanda səhra və yarımsəhra bitkilərinin bioekoloji xüsusiyyətlərinə dair elmi seminar

John Doe 1 il əvvəl

В БГУ прошел XXII Бакинский конкурс ораторства на японском языке

В БГУ прошел XXII Бакинский конкурс ораторства на японском языке

John Doe 1 il əvvəl

"Ulu Öndər xatirələrdə": BDU-da professor Dilarə Seyidzadə ilə görüş +FOTO=8

"Ulu Öndər xatirələrdə": BDU-da professor Dilarə Seyidzadə ilə görüş +FOTO=8

John Doe 1 il əvvəl

BDU-nun SABAH qrupları tələbələrinin daha bir uğuru

BDU-nun SABAH qrupları tələbələrinin daha bir uğuru

John Doe 1 il əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

Naxçıvan Ordusunun ön xətt bölmələri qış mövsümünə tam hazırdır +VİDEO

Naxçıvan Ordusunun ön xətt bölmələri qış...

22 noyabr 2023 10:43:22
• İraq Prezidenti İçərişəhərdə +FOTO=9}

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

21 noyabr 2023 17:00:06
• Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı}

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçir...

21 noyabr 2023 12:59:11
• XİN-də Ermənistanın növbəti hərbi cinayət planları ilə bağlı brifinq keçirildi}

XİN-də Ermənistanın növbəti hərbi cinayət planları ilə bağlı...

20 noyabr 2023 22:58:49
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI

TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com