23 iyun 2025
• XƏBƏRLƏR ARXİVİ
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi

Suqovuşan qəsəbəsi yenidən rayonun tərkibinə qaytarılır

Suqovuşan qəsəbəsi yenidən rayonun tərkibinə qaytarılır

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı

Ağdərə rayonu yenidən YARADILIR

Ağdərə rayonu yenidən YARADILIR

Psixotrop dərmanları almaq üçün saxta resept hazırlayan dəstə üzvləri tutulub +VİDEO

Psixotrop dərmanları almaq üçün saxta resept hazırlayan dəstə üzvləri tutulub +VİDEO

Narkotikin təsiri altında olan sürücü SAXLANILDI +VİDEO

Narkotikin təsiri altında olan sürücü SAXLANILDI +VİDEO

Saxta dollar satan dəstə üzvləri saxlanılıb +VİDEO

Saxta dollar satan dəstə üzvləri saxlanılıb +VİDEO

İnstitut direktoru prorektorun qətlini sifariş verdiyinə görə HƏBS EDİLDİ

İnstitut direktoru prorektorun qətlini sifariş verdiyinə görə HƏBS EDİLDİ

Ulu Öndərin 100 illik yubileyi ilində qazanılmış tam Qələbəmizə həsr olunmuş hekayə kitabxanaya təqdim olundu

Ulu Öndərin 100 illik yubileyi ilində qazanılmış tam Qələbəmizə həsr olunmuş hekayə kitabxanaya təqdim olundu

Heydər Əliyev və müstəqillik +FOTO=5

Heydər Əliyev və müstəqillik +FOTO=5

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

21-Cİ ƏSRİN 20 İLİ

21-Cİ ƏSRİN 20 İLİ

• Ordu-FHN
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Musiqi Şou Aləmi

1. Ana Səhifə
2. AZpress - ÖZƏL
1. Ana Səhifə
2. Mədəniyyət
AZpress - ÖZƏL Mədəniyyət

Azərbaycan Yazıçılar Birliyində tanınmış yazıçı, publisisit Nüşabə Məmmədlinin yubileyi qeyd olundu (FOTO=20)

1 il əvvəl 1581 01

Azərbaycan Yazıçılar Birliyində tanınmış yazıçı, publisisit Nüşabə Məmmədlinin yubileyi qeyd olundu

Azərbaycan Yazıçılar Birliyinin təşəbbüsü və Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin  Mərkəzi Kitabxanasının informasiya dəstəyi ilə AYB-nin Natəvan klubunda tanınmış yazıçı, publisist Nüşabə Məmmədlinin yubileyinə həsr olunmuş tədbir keçirildi.
Yubiley tədbirində tanınmış ziyalılar, yazıçı və şairlər, dövlət orqanlarının  və KİV nümayəndələri iştirak etdilər.
Tədbiri  giriş sözü ilə şair və yazıçı, AYB-nin Güney Azərbaycan Şöbəsinin rəhbəri, AYB  sədrinin müşaviri, Güney Azərbaycan İcmasının təsisçisi və sədri Sayman Aruz açdı. Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
S.Aruz yubiley iştirakçılarına yazıçı, publisist Nüşabə Məmmədlinin yaradıcılığı haqqında  qısa məlumat verdi. O qeyd etdi ki, N.Məmmədli Qarabağ faciələrindən çoxlu əsərlər yazıb. Onun “Zəngulə” romanı çox dərin və güclü romandır. Yubilyarın əsərləri Türkiyədə də çox sevilir və oxunur, böyük tirajla nəşr olunur. N.Məmmədli gözəl tədqiqatçıdır. O, ilk romanını böyük alim Əzizə Cəfərzadəyə həsr edib və onu yad edərək ədəbiyyata gəlib. S.Aruz qeyd etdi ki, XXI əsrdə aparılan informasiya müharibəsində biz böyük əsərlər yazaraq, KİV-lərdə çıxış edərək insan şüuruna qalib gəlməliyik.
AYB-nin katibi, yazıçı Elçin Hüseynbəyli yubilyarı təbrik etdi və çıxışında qeyd etdi ki, N.Məmmədli həm yazıçı, həm publisist, həm də esseistdir. Çıxışının sonunda E.Hüseynbəyli AYB rəhbərliyinin N.Məmmədliyə ünvanlanmış təbrik məktubunu oxudu.
Şair Firuzə Məmmədli çıxışında N.Məmmədlinin zəngin yaradıcılığından danışaraq, onu şəxsiyyət, ictimai  xadim və ədib kimi xarakterizə etdi.  F.Məmmədli vurğuladı ki, N.Məmmədli liderdir, cəsur ictimayətçi və çox istedadlı yazıçıdır. O qeyd etdi ki, N.Məmmədli daxilən qəhrəmanlığa meyillidir, haqq uğrunda mübarizə aparır və bütün bunlar onun yazdığı əsərlərdə öz əksini tapır. Yazıçı əsərlərində etnoqrafik məqamlara tez-tez toxunur, onları dolğun təsvir edir. Bu dəyərləri, adət ənənələri qorumaq çox vacibdir və Nüşabə xanım bunu edir. N.Məmmədli kamil publisistdir, onun iti qələmi var. O, cəsarətlə riskli mövzulara toxunur.
AYB-nin katibi, yazıçı, şair İlqar Fəhmi yubilyarı təbrik etdi və  qeyd etdi ki, o N.Məmmədlinin yaradıcılığını izləyir. N.Məmmədli mütəmadi olaraq AYB-nin mətbu orqanlarında çıxış edir.
Yazıçı, AYB-nin məsləhətçisi  Seyran Səxavət təbriklərə qoşuldu və qeyd etdi ki, Nüşabə Məmmədlinin “Zəngulə” əsəri təsadüfi əsər deyil. Hansı xalqın belə bir romanı və erməni kimi qonşusu olsaydı bu əsəri bütün dünyaya yayardı. Rəhimənin taleyini yazmaq tək adamın işi deyil. Nüşabə xanım bunun öhdəsindən məharətlə gəlib. Zəngulə – muğamın sos, həyəcan siqnalıdır,  romanın adı çox uğurludur, əsər gözəl dilnən yazılıb.
Yazıçı, tərcüməçi, tənqidçi, AYB-nin şöbə müdiri Səlim Babullaoğlu N.Məmmədlini təbrik etdi və qeyd etdi ki, onun əsərləri öz oxucusunu tapıb. N.Məmmədli Vətən mövzusu ilə məşğul olur və yazıçıların öndərlərindəndir. Onun əsərləri rus, ingilis, türk dillərinə tərcümə olunub. Bu əsərlərin təbliği istiqamətində lahiyələr həyata keçirilməlidir.
Şair-publisist Fəxrəddin Meydanlı qeyd etdi ki, Nüşabə Məmmədlinin əsərləri bir-birini tamamlayır. Müəllif cəsur, mərd, sözü deməyi bacarandır. F.Meydanlı N.Məmmədliyə yaradıcı ömür arzuladı.
Politoloq, publisist, tarix üzrə fəlsəfə doktoru Lətifə Məmmədova Nüşabə Məmmədlini təbrik etdi və qeyd etdi ki, N.Məmmədli M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusudur və oxucuların çoxsaylı xahişi ilə onun yaradıcılıq gecəsi təşkil olunacaq. Nüşabə xanım müxtəlif janrlarda yazır: roman, povest, hekayə, esse, satirik və alleqorik hekayələr, mənsur şeir və hətta bayatılar. Amma onun yaradıcılığının qırmızı xətti Qarabağ mövzusudur. Nüşabə xanımın əsərlərini çox mütaliə edirlər, kitabxanalarda həmin əsərlərə böyük təlabat var, onunla maraqlı və səmimi görüşlər keçirilir. O qeyd etdi ki, Nüşabə xanımın əsərləri həm ölkəmizdə, həm də onun hüdudlarından kənarda tanınır. Nüşabə Məmmədli haqqında vikipediyada olan material  altı dildədir. “Zəngulə” əsəri mənə çox təsir etdi, bu tarixi-sənədli romandır. Əsərdə müharibə dəhşətlərindən, əsir düşmüş qadınların taleyindən bəhs edilir. Bu əsərə tədqiqatçılar tez-tez müraciət edəcəklər. Müəllifə bu əsərə görə Q.R.Derjavin ordeni təqdim edilib. Nüşabə xanımın hekayə və mənsur şeirləri çoxsaylı oxucu auditoriyasını  qazanmışdır.
İqtisadçı Azər Əlizadə N.Məmmədlini təbrik etdi və onun   zəngin yaradıcılığından danışaraq qeyd etdi ki, o çox dəyərli yazıçıdır, onun yaradıcılığı oxucunun diqqətini cəlb edir, maraq yaradır.
Yazıçı Zemfira Məhərrəmli N.Məmmədlini təbrik etdi və qeyd etdi ki, N.Məmmədli təsisçi olduğu “Yazıçı qadınlar” jurnalında onun da məqalələri dərc olunub. Daha sonra o, “Zəngulə” romanı ilə bağlı təssüratları ilə bölüşdü və qeyd etdi ki, bununla bağlı öz düşüncələrini də yazıb. O, vuğuladı ki, romanda Azərbaycan kişisinin xəcalət sindromu qeyd edilir, hər bir oxucunun içində ermənilərə qarşı nifrət hissi oyanır.
Yazıçı Etibar Muradxanlı N.Məmmədlini təbrik etdi və qeyd etdi ki, o peşəkar jurnalist, müəllim, gözəl tədqiqatçıdır.
Şair Xalidə İlyasqızı N.Məmmədlini təbrik etdi və vurğuladı ki, müəllif on bir roman yazıb. “Zəngulə” isə sensasiya yaradan bir romandır. Romanda elə səhnələr var ki, onlar insanı lərzəyə gətirir. Əsir düşmüş Azərbaycan qadınlarına dəhşətli işgəncələr verilib və bunları gələcək nəsillərimiz bilməlidir. Sonda X.İlyasqızı N.Məmmədliyə həsr etdiyi şerini səsləndirdi.
Şair Kəmalə Abıyeva və yazıçı Mənzər Niyarlı  yubilyarı təbrik etdilər, ona yaradıcılıq uğurları arzuladılar.
Şair, yazıçı, publisist Əliabbas Bağırov N.Məmmədlinin yaradıcılığından danışdı onun əsərlərinin çox təsirli olduğunu qeyd etdi.
AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işçisi, filologiya elmləri doktoru Mərziyyə Nəcəfova N.Məmmədlinin yaradıcılığından danışaraq qeyd etdi ki, “Zəngulə” romanını dünyaya çatdırılması önəmlidir.
Şair Nafilə Abuzərli  qeyd etdi ki, Nüşabə xanımın bütün əsərləri kitabxanalarda var. Bu əsərlər həm həyatı təsviri cəhətdən, həm dramatik cəhətdən çox maraqlıdır.
Ziyalı Lünafər Məmmədli qeyd etdi ki, mən “Zəngulə” romanının əlyazmasını oxuyanda çox təsirləndim. Müəllif onu göz yaşları ilə yazmışdır.
Müəllim  Talehə Abbasova N.Məmmədlinin əsərlərinin çox mütaliə olduğundan danışdı, onun gözəl araşdırmaçı olduğunu və minlərlə əsir düşən qadınlarla görüşdüyünü qeyd etdi.
Aktrisa, bədii qiraətçi Zülfiyyə Eldarqızı N.Məmmədlinin “Zəngulə” romanından bayatılar və şair Nəzakət Məmmədlinin “Qarabağa bahar gəlir, İlahi” şeirini səsləndirdi.
Tədbirdə  Ailə, Qadın və Uşaq Problemləri Dövlət Komitəsinin sədri Bahar Muradovanın və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman) aparatının  yubilyara  ünvanladığları təbrikləri oxundu.
Tədbirin sonunda yubilyar Nüşabə Məmmədli AYB-nin rəhbərliyinə və tədbirdə iştirak edənlərə dərin təşəkkürünü bildirdi.

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

“Nağıllar aləminə səyahət” layihəsinə yeni nağıl təqdim olundu +VİDEO

“Nağıllar aləminə səyahət” layihəsinə yeni nağıl təqdim olundu +VİDEO

John Doe 1 il əvvəl

BMA-da tələbələrin ifasında konsert keçirilib +FOTO=7

BMA-da tələbələrin ifasında konsert keçirilib +FOTO=7

John Doe 1 il əvvəl

Böyük rus dramaturqu A.N.Ostrovskinin 200 illik yubileyinə həsr olunmuş videoçarx hazırlandı +VİDEO

Böyük rus dramaturqu A.N.Ostrovskinin 200 illik yubileyinə həsr olunmuş videoçarx hazırlandı +VİDEO

John Doe 1 il əvvəl

BMA-da “Seçmə fənn: Bəstəkarlıq” fənni üzrə açıq dərsi keçirilib +FOTO=6

BMA-da “Seçmə fənn: Bəstəkarlıq” fənni üzrə açıq dərsi keçirilib +FOTO=6

John Doe 1 il əvvəl

Napoleonun papağı 1 milyona hərraca çıxarılacaq

Napoleonun papağı 1 milyona hərraca çıxarılacaq

John Doe 1 il əvvəl

“Zəfərin mübarək, Vətən!” adlı orqan musiqisi axşamı keçirilib +FOTO=5

“Zəfərin mübarək, Vətən!” adlı orqan musiqisi axşamı keçirilib +FOTO=5

John Doe 1 il əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

Naxçıvan Ordusunun ön xətt bölmələri qış mövsümünə tam hazırdır +VİDEO

Naxçıvan Ordusunun ön xətt bölmələri qış...

22 noyabr 2023 10:43:22
• İraq Prezidenti İçərişəhərdə +FOTO=9}

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

21 noyabr 2023 17:00:06
• Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı}

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçir...

21 noyabr 2023 12:59:11
• XİN-də Ermənistanın növbəti hərbi cinayət planları ilə bağlı brifinq keçirildi}

XİN-də Ermənistanın növbəti hərbi cinayət planları ilə bağlı...

20 noyabr 2023 22:58:49
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI

TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com