23 iyun 2025
• XƏBƏRLƏR ARXİVİ
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi

Suqovuşan qəsəbəsi yenidən rayonun tərkibinə qaytarılır

Suqovuşan qəsəbəsi yenidən rayonun tərkibinə qaytarılır

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı

Ağdərə rayonu yenidən YARADILIR

Ağdərə rayonu yenidən YARADILIR

Psixotrop dərmanları almaq üçün saxta resept hazırlayan dəstə üzvləri tutulub +VİDEO

Psixotrop dərmanları almaq üçün saxta resept hazırlayan dəstə üzvləri tutulub +VİDEO

Narkotikin təsiri altında olan sürücü SAXLANILDI +VİDEO

Narkotikin təsiri altında olan sürücü SAXLANILDI +VİDEO

Saxta dollar satan dəstə üzvləri saxlanılıb +VİDEO

Saxta dollar satan dəstə üzvləri saxlanılıb +VİDEO

İnstitut direktoru prorektorun qətlini sifariş verdiyinə görə HƏBS EDİLDİ

İnstitut direktoru prorektorun qətlini sifariş verdiyinə görə HƏBS EDİLDİ

Ulu Öndərin 100 illik yubileyi ilində qazanılmış tam Qələbəmizə həsr olunmuş hekayə kitabxanaya təqdim olundu

Ulu Öndərin 100 illik yubileyi ilində qazanılmış tam Qələbəmizə həsr olunmuş hekayə kitabxanaya təqdim olundu

Heydər Əliyev və müstəqillik +FOTO=5

Heydər Əliyev və müstəqillik +FOTO=5

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

21-Cİ ƏSRİN 20 İLİ

21-Cİ ƏSRİN 20 İLİ

• Ordu-FHN
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Musiqi Şou Aləmi

1. Ana Səhifə
2. YADA DÜŞƏN XATİRƏLƏR
1. Ana Səhifə
2. Mədəniyyət
YADA DÜŞƏN XATİRƏLƏR Mədəniyyət

Musa XANBABAZADƏ: Həqiqətə və ədalətə çağıran əsər

1 il əvvəl 1507 01

Musa XANBABAZADƏ:

Həqiqətə və ədalətə çağıran əsər

(Yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi  Ağalar  İdrisoğlunun  “İnan mənə”  dramı  üstündə  gəzişmələr)

Elçin  Poladlı  jurnalistdir. Həyat  yoldaşı   Aysel  və  oğlu  Eminlə  Ayselin  xalası  Yasəməngildə  yaşayır. Az  maaşla  güc-bəla  dolanır. “Narkomafiya” məqaləsi  respublikada  böyük  rezonans  doğurur. Məqalədə  kəskin  tənqidə  məruz  qalanlardan  biri  stomotoloji  poliklinikanın   həkimi  Arif  Axundovdur – məşhur  professor  Əmirovun  bacısı  oğlu. Elçinin  də oğlu  Emin  həmin  Əmirovun  xəstəxanasında  müalicə  alır. Əməliyyatı  üçün  üç-dörd  min  dollar  lazımdır. Bu  məbləğ  Elçingildə  yoxdur. Bu  fürsəti  əldən  buraxmayan  Əmirov  Elçingilin  qabağına  belə  bir  şərt  qoyur: Elçin  “Narkomanfiya”  məqaləsindən  imtina  etsin, mən də  oğlunu  rüşvətsiz  cərrahiyyə  edim.
...Günəşli  rayonundan  XI  sinif  şagirdi  Vüqar  oxuduğu  məktəbin  şagirdləri  adından  Elçini  öz  müəllimləri  Aydın  Zamanlıya  köməyə - yardıma  çağırır. Aydın  Zamanlı  o  müəllimdir  ki, on  beş  il  əvvəl  elə  Elçinin  də  sinif  rəhbəri  olub. Vüqar  Elçindən  xahiş  edir  ki, Mirişli  soyadlı  jurnalistin  Aydın  Zamanlı  barədə  sizin  redaksiyaya  göndərdiyi  məqalə  həqiqəti  əks  etdirmir, yalan-böhtandır. Elçin  səhih, dəqiq  məlumat  almaq  üçün  Vüqarla  rayonlarına-məktəblərinə  yola  düşür. Çox  çalışır  ki, Aydın  Zamanlıya  kömək  etsin.  Bacarmır. Məktəb  rəhbərliyi  və  müstəntiq  Aydın  Zamanlının  işini  elə  dolaşdırıblar  ki, bu  işdən  heç  fələk  oğlu  fələk  də  baş  açmaz  və  məhkəmənin  hökmü  ilə Aydın  Zamanlı  yeddi  il  azadlıqdan  məhrum  edilir.
Abzaslara  çıxardığım  qısadan  da  qısa  bu  iki  xülasə  tanınmış  yazıçı-dramaturq. Əməkdar incəsənət xadimi  Ağalar  İdrisoğlunun “İnan  mənə”  ikihissəli  psixoloji  dramındandır.  Dramda  yalnız  həyati  hadisələr  yox, eyni  zamanda, yazıçının  şəxsi  həyatında  baş  verən  bəzi  məqamlar  da  öz  əksini  tapır.
“İnan  mənə”  əsərinin  dramatik  yükü  və  çəkisi  jurnalist  Elçinin  çiyinlərindədir. Bütün  dram  boyu  oxucu  (tamaşaçı)  onu  gərginlik  və  təzyiqlərdə, mənəvi  çarpışma  və  savaşlar  meydanında  görür, özü  də  tək  görür, tənha  görür, bir  arxadaşı  yox, bir  havadarı  yox! Kimlər  çarpışır, kimlər  vuruşur  Elçinlə?  Birinci  növbədə, həyat  yoldaşı Aysel, Ayselin  xalası  Yasəmən.  Elçin  qınaq  obyekti, tənqid  hədəfidir  bu iki  qadına.  Bu  iki  qadın  var  gücülə  çalışırlar  ki, Elçini-  o  aydan  arı, o  sudan  durunu  yandırsınlar  rüşvət  oduna. Bu  iki  qadın  məcbur  edirlər  Elçini  o  da  rüşvət  alsın,  o  da  kiminsə  (kimlərinsə)  cibinə  girsin,  atını  jurnalist  həmkarları  kimi, pulçuluğa  çapsın, rüşvətə  yerikləsin, rüşvətə  körüklənsin.  Bu  iki  qadın  Elçini  inandırmaq   istəyirlər   “ nəinki  bizim  ölkədə, hətta  dünyada  da  pulsuz, tanışsız  bir  iş  görmək  çox  çətindir: “...insanların  mənəviyyatı  itib. Puç  olub.  İndi  pulsuz, hədiyyəsiz, tanışsız  iş  görmək  çətindir.   Hətta  müşkül  məsələdir. Bu  ölkədə  gərək  ölünün  də, dirinin  də  yiyəsi  olsun...  İstəyirsən  nözənbillah  Allah  ol, əgər   arxan, pulun  yoxdursa, deməli, heç kimə  lazım  deyilsən. Atalar  da  deyib  ki, “pulun  varsa, cümlə-cahan  qulundur, pulun  yoxsa, dar  küçələr  yolundur”... “bu  ölkənin  dünyada  analoqu  olmayan  öz  qanunları  var. Məgər  bilmirsən?  Hamı  necə, biz  də  elə”. (I hissə, IV  epizod, səh.104, 105)  Elçinin  “Nə  demək  istəyirsən?  Gedim  mən  də  başqaları  kimi  oğurluq  eləyim,  rüşvət  alım?” sualına  Yasəmənin  cavabı  açıq-aydın  onu  göstərir  ki, bu  qadın  rüşvət  ölüsü, rüşvət  dəlisidir  və  rüşvət  hopub  bu qadının  canına-qanına, hopub  rüşvət  bu  qadının  olmayan  vicdanına: “Əgər  rüşvət  verirlərsə, almaq  lazımdır. İndi  hamı  rüşvət  alır.  Rüşvət  almayana  bizim  məmləkətdə  gic, psixi  xəstə  kimi  baxırlar... Rüşvət  həmişə  olub, olacaq. Əvvəllər  gizli  verilirdi, indi  açıq-aşkar. Bu  gün rüşvətsiz  yaşamaq  mümkün  deyil.  Sən də  al. Jurnalistlər  var  ki, qapıdan  qovurlar, pəncərələrdən  soxulur  içəri.  Pullu  adamlara, məmurlara  elə  qara  yaxırlar  ki!  Onların  pişiklərini  ağaca  dırmaşdırırlar, pul  almasalar, əl  çəkmirlər” (I hissə, IV  epizod, səh.106-107-108). Oxucunu  (tamaşaçını)  burda  ağlamaq  tutur. Əqidə- məsləkdən  şikəst  birisi  əqidə- məslək  mücəssəməsi  olan, doğruluq-dürüstlükdə  ad  çıxaran  bir  jurnalistə, bir  qələm  sahibinə  “əxlaq  dərsi, həyat  dərsi  verir,  ona  yaşamağın, varidatlanmağın  yollarını  göstərir: “Bax, gör  sənin  jurnalist  dostların  bütün  günü  prezidenti, onun  qohum-əqrəbasını, yaxınlarını  necə  tərifləyir, onlar  haqqında  poemalar, kitablar, kinossenarilər  yazırlar.  Məddahlıq  qalxıb  kəlləçarxa.  Başqa  cürə  mümkün  deyil. Qara  qarğaların  içində  ala  qarğa  olmaq  mümkün  deyil”. (I hissə, IV  epizod, səh. 110)
Dram  boyu  epizodlar  bir-birini  əvəz  etdikcə, hadisələr  biri  digərinə  adladıqca  həm  Elçin, həm  Yasəmən, həm də  digər  obrazların  xarakterləri, dünyabaxışları, iç  dünyaları  oxucu (tamaşaçı)  önündə  lay-lay  açılır, səhifə-səhifə   varaqlanır.  Varaqlanır  Yasəmənin  elmi  işinin  müdafiəsinə  Əmirovun  “xeyirxah”  müdaxiləsi. Varaqlanır  Yasəmənin  professor  Əmirovun  arvadı  ilə  çirkli  oyunbazlığı.  Varaqlanır  araçılıqda-vasitəçilikdə  Yasəmənin  mahirliyi. Varaqlanır  Yasəmənin  sonsuzca  məhəbbəti  əyrilərə-nadürüstlərə, Varaqlanır  Yasəmənin  qırılmayan  sədaqəti  həya-abır  yoxluğundan  padoşlaşan  üzlərə. Varaqlanır  Yasəmənin  həmrəyliyi    rüşvət  saçan nəfəslərə. Varaqlanır  lap  ucadan  Yasəmənin  maddiyyatdan – varidatdan   yoğunlaşmış  səslərə  vagirliyi. Varaqlanır,  ən  nəhayət, Yasəmənin  Elçinə  qəzəbləri -  nifrətləri, söyüşləri-hiddətləri  və  Elçini  öz  evindən  qovlaması. “Bəsdi! Məndən  daha  heç  bir  kömək  ummayın. Mən  bu biabırçılıqdan  sonra  (Elçinin  “Narkomafiya”  məqaləsindən   imtina  etməməsi  və  bunu  Əmirova  qətiyyətlə  bildirməsi  nəzərdə  tutulur  - M.X)  daha  professor  Əmirovla,  onun  arvadı  ilə  üz-üzə  gələ  bilmərəm. Siz  məni  biabır  elədiz. Ona  görə  də  günü  sabahdan  şələ-şülənizi  yığışdırın, özünüzə  başqa ev  tapın!  Günü  sabahdan  hara  istəyirsinizsə, köçün!  Gözüm  sizi  burda  görməsin!” (II  hissə, səh. 147)
Topa  güllə  qoyan,  Elçin – Aysel  münasibətlərini  altdan-altdan  çox  incəliklə  gərginləşdirən Yasəmən  qəzəbli-nifrətlidir   Elçinə  ona  görə  ki, Elçin  onun istək-arzularına  çiyin  verməyib, onun gələcəkdə  qurmaq  istədiyi  karyerasını   alt-üst  edib.  Yasəmən   ikibaşlı, ikidilli, çirkinəməlli  bir  qadındır. Faydaçıdır. Maddiyyatçıdır. Varidatçıdır.  Xeyixahdan  çox  bədxahdır.
Dramın  Elçin- Yasəmən  xətti  Elçinin  qələbəsi, Yasəmənin  məğlubiyyətilə  sonuclanır, yəni  bu  xətdə  Aydınlıq  basılmır  Qaranlığa, Doğruluq  diz  çökmür  Oğurluğa. Elçin  dönük  çıxmır  əqidəsinə.  Ləkə  salmır  vicdanının  güzgüsünə.
Elçin  Poladlının  iradəsini  qırmağa  çalışan, onu  dizə  çökdürmək  üçün  dəridən-qabıqdan  çıxan  digər  bir cəbhə  professor  Əmirovun  cəbhəsidir.  Vicdan   partiyasının  üzvləridir  ki, başında  professor   Əmirov  dayanır.  Böyükdür bu  cəbhənin  çevrəsi. Rüşvətlə, riyakarlıqla, yalan və  saxtakarlıqla, hədə-qorxuyla, qohumbazlıq  və  yerlibazlıqla  çəpərlənib  bir  cəbhənin  dairəsi.  Bu  cəbhə  aramsız-aramsız  fəaliyyətdədir  ki, Elçin  Poladlıdan  “Narkomafiya”  məqaləsindən  imtina  ərizəsi  alsın  və  Elçini  öz  cəbhəsinə, professor  Əmirovun  partiyasına  transfer  etsin, Elçin  də  onlar  kimi  palaza  bürünsün, elnən  sürünsün, başıaşağı, gözüqıpıq  olsun, jurnalist  yox, olsun  bir  zurnalist.  Bu  çirkin  və  alçaq  niyyətlərini  gerçəkləşdirmək  üçün  Əmirov  bütün  mümkün  imkanlarından  istifadə  edir: “Əgər  sən o məqalədən  imtina  eləsən, gərək bu  haqda  sabah  əməliyyatdan  (Elçin  Poladlının oğlunun  əməliyyatı  nəzərdə  tutulur – M.X)  əvvəl  bir  yazı  gətirəsən  mənim  iş  yerimə. Biz  də  onu  verək respublika  televiziyasına. Elə  sabah  da  televiziyada  xəbərlər  proqramında  desinlər... Sonra  da  həmin  yazının  surətlərini  çıxarıb, verərik  qəzetlərə, saytlara. Bütün  kütləvi  informasiya  vasitələrinə.  İstəyirəm  “Vicdan”  partiyasının  qəzetini  təsis  eləyəm.  Səni  də (yəni  Elçin Poladlı – M.X)  o qəzetə  baş  redaktor  qoyam” (II  hissə, səh. 144). Elçin  Poladlı   “Cərrahiyyə  əməliyyatı  üçün  mən  sizə  nə  qədər  lazımsa, pul  verərəm. Lakin  o  yazımdan  imtina  eləməyəcəyəm” (II  hissə, səh.144)  deyəndə  telefonun  o  başında  professor  Əmirov  odlanır, kükrəyir, yeri-göyü  dağıdır, humanizm  və  insanlıq  normalarına  tüpürür, faşist-nasistsayağı  bağıra-bağıra, çığıra-çığıra  demokratiya  və  ədalətə, insan  və  insanlığa  nifrət-qəzəb  dolu  son  akkordlarını  səsləndirir: “...Bu gün  oğlunu  xəstəxanadan  aparmasan, sabah  buradan  onun  meyidini  götürəcəksən. Eşidirsən  məni, şenok? Cındır  köpək  uşaqları! Sizin  kökünüzü  kəsməsəm, mən  heç  atamın  oğlu  deyiləm. Özlərini  demokrat  adlandıran  it  balaları. Sizin  demokratiyanıza”... (II  hissə, səh.147) Bu  kiçik  bəyanat  professorun  daxili  aynası, mənəviyyatının  güzgüsüdür.  O, professor  olsa  da, bir  insan kimi  natamamdır, yarımçıqdır, ruhu, vicdanı  yarıq-yarıqdır. Əmirovun  çöl-bayırı  kaşı-çinidir, içərisi  toyuq  hinidir.  Əmirov  ağxalatlı, ağlibaslıdır, fəqət  rüşvət  ehtiraslıdır. Əmirov  qarafikirlilərin  dostu - həbibidir, təmiz  əməlçilərin  düşməni – rəqibidir. Əmirov  çətiri  altına  sığınanların  dəstəkçisidir. Əmirov  üzünə  ağ  olanların  kötəkçisidir. Əmirov  doğruların-dürüstlərin, təmizlərin-pakların  qənimidir.  Əmirov  əyrilərlə-oğrularla, natəmiz  və  nakəslərlə  həddən  artıq  səmimidir. İntiqamçı-qisasçıdır  Əmirov həmrəyliyə-dilbirliyə. İnkişafa, yüksəlişə  Əmirov  buxovdur, buxov... Və  bu  buxov  həlqə-həlqə  qırılıb  tökülməlidir  yerə  xalqın  ayağından, xalqın  əlindən. Qırılıb  yerə  tökülməlidir  bu  buxov  xalqın  ağzından, xalqın  dilindən. Mütləq  bu  günlərdə  qırılmalıdır  Əmirovdan  və  Əmirovkimilərdən  miras  qalmış  buxovlar.  Qırılmasa  sabah  və  ya  birisi  gün  yumruq  boyda  bir  ölkəni  başdan-başa  öz  xeyrinə  qandallayar  bu  buxovlar.  Bunlar  dramaturq  Ağalar  İdrisoğlunun  və  eyni  zamanda, dramaturqun  sevə-sevə  yaratdığı  jurnalist  Elçin  Poladlının  ürəklərindən  qopan  haylar-haraylardır.
Elçin- Aysel, Elçin-Yasəmən, Elçin- Əmirov, Elçin-Vüqar  xətlərindən  məlum  olur  ki, Elçin  öyrəncəli  deyil  riyakarlığa, ikiüzlülüyə. Öyrəncəli  deyil  Elçin  əliəyriliyə-nadüzlüyə. Vərdişkar  deyil  Elçin  varidata, pulçuluğa.  Vərdişkar  deyil  Elçin  dilənçiliyə-yolçuluğa.  Haqqın-ədalətin  Məcnunudur  Elçin. İnsaf-mürüvvətin  cünunudur  Elçin. Yoxdur  Elçinin  ömür kitabında  nə  hiyləgərlik, nədə  məngirlik. Var  yalnız  meydangərlik.
Qara  niyyət  və  keyfiyyətlərin  qənimi  olduğundan  qaraürəklilər, var-dövlətə  ləhliyənlər  sevmirlər  Elçin  Poladlını – o  təmiz  ürəklini, o  qartal  qanadlını. Mafioz  qruplar, qaranlıqlarda  dolaşan  yarasalar  böhtanlayırlar  onu. Hara  çatdı, kimə  çatdı  yamanlayırlar  onu: “O  yazıya  görə  (Narkomafiya”  məqaləsi  nəzərdə  tutulur – M.X)  hələ  də  başım  ağrıyır.  Məni  rahat  qoymurlar. Başqa  qəzetlər  haqqımda  şər-böhtan  yazırlar.  Mənə  min  cürə  qara  yaxırlar.  Adımı  hansısa  mafiya  qrupları  ilə  hallandırırlar.  Guya  bu  yazıları  kimlərinsə  sifarişilə  yazmışam.  İş  yerimdə  mənim də  taleyim  bir  tükdən  asılıdır” (I hissə, V epizod, səh.118)
Elçin  Poladlı   ağrı-acılara  ortaqdır.  Hüququ  pozulmuşlara, haqqına  qəsd  edilmişlərə  arxa-dayaqdır. Dara-çətinə  düşmüşlərə, necə  deyərlər, dada yetən  Xızırdır. Harda  bir  Qordi  düyünü  varsa, Elçin  təcrübəli-səriştəli  bir  jurnalist  kimi  orda  hazırdır. Elçin-Vüqar  dialoqunda  Elçin  biləndə  ki, vaxtilə  ona  dərs  deyən  müəllimi- Aydın  Zamanlını  şərləyib  haqqında  cinayət  işi  açıblar, o  dərhal  təcrübəli  hakim  yoldaşı Əli Rüstəmliylə  ora -Aydın  Zamanlının  dərs  dediyi  məktəbə  yollanır.  Əlindən  gələn  hüquqi  yardımları  göstərsələr də,  çabaları  uğursuzluqla  nəticələnir. Çünki  “Onlar (hüquq  işçiləri, müstəntiqlər – M.X)  hər  şeyi  məntiqlə  qurmuşdular. Aydın  müəllimi  o  vəziyyətə  gətiriblər  ki, həqiqətən, bir  neçə  bağışlanmaz  səhvə  yol  verib... Düzdür, cinayət  tərkibli  olmasa  da, cinayət  donu  geyindiriblər. Apelyasiya  məhkəməsinə  şikayət  eləyəcəyik.  Amma  ağlım  kəsmir  ona  köməklik  eləyə  bilək... Çünki  bizdə  hər  şey  pulla  həll  olunan  yerdə  heç bir  qanun  işləmir.  Əli  Rüstəmli (o, təcrübəli  və  səriştəli  hüquqşünasdır- M. X)  deyir  ki, biz  hakimlər  bu  gün  yalnız  buyruq  quluyuq. Nə  deyirlər  onu  da  eləyirik. Etiraz  eləyəndə  də  şərləyir  işdən  çıxarırlar” (II  hissə, səh. 130, 131). Elçin  Poladlının  dedikləri  reallıqdır, həqiqətdir, faktlara  əsaslanır.  Elçin  Poladlı  məhkəmə  sistemində  hökm sürən  qanunsuzluqları, rüşvətxorluğu, hərc-mərcliyi, xaos  və  dərəbəyliyi  çılpaqcasına  bəyan  etməklə  demək  istəyir  ki, bizim  müstəntiq  və  hakimlərimiz rüşvət, qanunsuzluq, hərc-mərclik, qarayaxma, şərləmə  “qutu”larından  biryolluq  çıxmalıdır, doğruluq  və  dürüstlüyün,  təmizlik  və  paklığın, haqqın  və  ədalətin  büllur  bulaqlarından  su  içməlidir, qanun və  qanunçuluqdan  möhkəm və  sağlam  əllərilə  yapışmalıdır  və  sübut  etməlidirlər  ki, bizdə  qanun  şahdır, şah  qanun  deyil. Və dramın  haqqa-ədalətə  söykənən  obrazları (Elçin, Vüqar)  çox  gözəl  anlayırlar  ki, o  ölkədə  ki  qanun  şah  deyil, demək, o  ölkədə  təmiz  adamlar  ləkələnərək, həbsə  atılacaq, günakar  azadlıqda  qalacaq, günahsız  cəzalanacaq. Dramın  gənc  qəhrəmanı  Vüqar- gələcəyin  Elçin  Poladlısı  məktəblərində  Aydın  Zamanlının  məhkəməsində, üzünü  hakimlərə  tutaraq, görün, nələr  deyir: “Yəqin  ki, bu  gün  hakim  ədalətli  hökm çıxarıb, bizim  inamımızı  geri  qaytaracaq. Hakim  sübut  eləyəcək  ki, bizdə  çoxları  çirkaba  batsa  da, hakimlər  təmiz, vicdanlı, ədalətlidirlər. Sübut  eləyəcək  ki, bizdə  qanun  şahdır, şah  qanun  deyil Sübut  eləyəcək  ki, bu  məmləkətdə  haqq-ədalət  var. Sübut eləyəcək  ki, təmiz  adamları  ləkələmək  olmaz. Qanun  heç vaxt  yol  verməz ki, təmiz  adamlar  həbs  olunsun. Axı  biz  demokratik  ölkədə  yaşayırıq.  Ölkə  başçımız  da  (ümummilli  lidey  Heydər  Əliyev  nəzərdə  tutulur – M.X)  deyir  ki, ölkə  iki  səbəbdən  sarsıla  bilər. Günahkar   azadlıqda  qalanda  və  günahsız  cəzalananda” (I  hissə, V epizod, səh.129)
“İnan  mənə”  əsərinin  bütün  bədii  ruhu, ideya-məzmunu  oxuculara (tamaşaçılara)  təkrar-təkrar  xatırıladır  ki, qanunları  ayaq  altına  atılan  hər  hansı  bir ölkədə  insan haqlarının  pozulması, haqlının  həbsə, haqsızın  azadlığa  göndərilməsi  adi  bir  haldır.
“İnan  mənə”  dramında  baş  qəhrəman  Elçin  Poladlı  uğrayır  mənəvi  məğlubiyyətə, uğrayır  mənəvi  iflasa. Kimsə  o  haqq  yolçusunu, o  ədalət  sevdalısını   can  atmayır  xilasa.
Paralanır – yaralanır, mənəvi  gücünü  gün-gün  itirir  Elçin  Poladlı  müstəqil  fikrə  və  fikirciliyə  yağı-düşmən  kəsilən  qaragüruhlar  çevrəsində.
Kiçilir-balacalaşır  Elçin Poladlı  gözüdoymaz  rüşvətxorlar, müftəxorlar  dövrəsində.
Basılır  Elçin  Poladlı  çölü  mələk, içi kələk  fitnə-fəsad  kişilərə.
Basılır  Elçin  Poladlı  rüşvət, karyera  naminə  ayaqlara-baldırlara  suvaşan  pişpişilərə.
Sınır  Elçin  Poladlı  öz  klinikasını  dəllalxanaya  çevirən  professor  Əmirov  eqoizminə, idiotluğuna, alimi  biəməlliyinə, rüşvət  dəliliyinə.
Sınır  Elçin  Poladlı  ikiayaqlı  hörümçəklər  torunda.
Diz  qatlayır  Elçin  Poladlının  mənəvi  dünyası  mənəviyyatsızlar  zorunda.
Göreşənlər  amansızcasına  parçalayır-didirlər  Elçin Poladlını.
Vəhşilər, diri-diri  yeyirlər  Elçin Poladlını.
Şərəfsizlər  şərəf  taxtından  endirirlər  Elçin  Poladlını.
Həqiqətlə  nəfəs  alan  Elçin Poladlı  həqiqətsiz  yaşayanlara  basılır.
Vətən  Məcnunu, Vətən  Fərhadı  Elçin  Poladlı  Vətən  dəllallarından, Vətən  baqqallarından  asılır...
Oxucuya (tamaşaçıya)  bədbinlik-küskünlük  yaşatmır  Ağalar  İdrisoğlunun  Elçin  Poladlı  məğlubiyyəti.  Bu  məğlubiyyət  axıdır  ürəklərə  dağ  qüvvəti, dağ  vüsəti. Bu  məğlubiyyət  ədalətə, həqiqətə  haraylayır  ədalətə, həqiqətə  həsrət  qalmış  məmləkəti. Bu  məğlubiyyət  qəzəbləri - nifrətləri  güllə  edir, mərmi edir  atır  bir-bir  əliəyri  məmurlara, vətəninə,  millətinə  dodaq  büzən  “məşhurlara”. Bu  məğlubiyyət  od  püskürür  həm  rüşvətə, həm  daşbaşa  yerikləyən  haqqa  qənim  minsifətli  hakimlərə, ağlibaslı, fəqət  rüşvət  ehtiraslı  pay-piyada  həkimlərə. Bu  məğlubiyyət  lənətləyir  dönə-dönə  Elçin Poladlıya: “Mühitə  qaynayıb-qarış, mühitlə  canbir  ol  barış, başın-gözün  sığallansın, həm  varlı  ol, həm  imkanlı, həm  munis  ol, həm də  fəndgir”  deyənləri, zamam-zaman  tərəzinin  haqq  gözünü  öz  xeyrinə  əyənləri.
Ağalar  İdrisoğlunun  Elçin  Poladlısı  mənə  xatırladır  Kefli  İsgəndəri, Molla  Abbası (Mirzə  Cəlil), Aydını, Oqtay  Eloğlunu (Cəfər  Cabbarlı). Elçin  Poladlı  özündən  əvvəkilərin  xələfidir, həm də  layiqli  xələfi.  Və  o, sələflərindən  öyrənib  əxz  etdiklərindən  öz  əsrində  lazımınca   bəhərlənir.  Belə  ki, Elçin  Poladlı  da  sələfləri  kimi  yaşadığı  mühitə  uyğunlaşmır, eybəcər  qayda-qanunlarla  barışmır, sözdə  bir  cür, əməldəsə  başqa  cür  ola  bilmir, cəmiyyətin  “Qarnın  toxdur, yıxıl  yat, hamı  necə, sən də  elə”  tipli  şablonlaşmış, normaya  salınmış  məntiqilə  razılaşmır, əsrində, mühitində  yeniləşmə- təzələşmənin  ardıcıl  tərəfdarı – təəssübkeşidir.

Zaman  intiqam  alır  yenilikçilərdən -  necə  ki  Kefli  İsgəndərdən, Molla Abbasdan, Aydından, Oqtay  Eloğlundan  və  Elçin  Poladlıdan  aldı. Zaman  şəhadət  verir  ki, zəmanələrinə  sığmayan  qəhrəmanlar  ya  ölür, ya  dəli  olur, ya  da  öldürülürlər. Lakin  bu  qəhrəmanların  ürəklərə-beyinlərə  səpdikləri  fikir və  ideyalar  qalib  kimi  yaşayır  və  çevrəsinə  yeni-yeni  İsgəndərlər  və  Molla  Abbaslar, yeni-yeni  Aydınlar, Oqtay  Eloğlular  və  Elçin  Poladlılar  toplayır, Zamanla  barışmayan bu  mücadiləçi  kəsim elə  Elçin  Poladlı   kimi sabahlar  yurddaşlarına  təkrar-təkrar  deyəcək: Yurddaşım, eldaşım, inan  mənə  gün  gələcək  Azərbaycan   rüşvətsiz, yalansız, talansız  bir  ölkə olacaq, orada  yer  qalmayacaq  nə  qanunsuzluğa, nə  fırıldaqçılığa, nə  hərki-hərkiliyə, nə  hərc-mərcliyə. Orada  yer  qalmayacaq  nə saxtakarlığa, nə  əliəyriliyə, nə  diliəyriliyə. Orada hamıya, hər  kəsə  çiyin  verəcək, arxa  duracaq  həqiqət  və  ədalət.
P.S. Məqalədəki  sitatlar  Ağalar  İdrisoğlunun  “Şah  İsmayıl  Xətai”  pyeslər  toplusunun  (Bakı-2022) I cildindən  alınmışdır.
P. S. 2023-ün  12  iyununda  Qazax  Dövlət  Dram  Teatrında  Əməkdar incəsənət xadimi  Ağalar  İdrisoğlunun  “İnan  mənə” pyesinin  premyerası  böyük   uğurla  keçib. Sentyabr ayının 25-də isə Bakıda, Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə, Azərbaycan Milli Teatrının 150, ulu öndər Heydər Əliyevin 100 və Qazax Dövlət Dram Teatrının 85 illik yubileylərilə əlaqədar  bu tamaşa Aktyor Evində göstəriləcək. “İnan mənə” tamaşası ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub. Beləliklə, Qazax Dövlət Dram Teatrı özünün 85-ci yubileyinini məhz bu tamaşa ilə açacaq. Bu  münasibətlə  teatrın  yaradıcı  heyətini  və bütövlükdə kolletivini ürəkdən  alqışlayır  və  teatra  böyük  uğurlar  arzulayıram.

Musa  XANBABAZADƏ
filoloq-ədəbiyyatşünas.

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

“Nağıllar aləminə səyahət” layihəsinə yeni nağıl təqdim olundu +VİDEO

“Nağıllar aləminə səyahət” layihəsinə yeni nağıl təqdim olundu +VİDEO

John Doe 1 il əvvəl

BMA-da tələbələrin ifasında konsert keçirilib +FOTO=7

BMA-da tələbələrin ifasında konsert keçirilib +FOTO=7

John Doe 1 il əvvəl

Böyük rus dramaturqu A.N.Ostrovskinin 200 illik yubileyinə həsr olunmuş videoçarx hazırlandı +VİDEO

Böyük rus dramaturqu A.N.Ostrovskinin 200 illik yubileyinə həsr olunmuş videoçarx hazırlandı +VİDEO

John Doe 1 il əvvəl

BMA-da “Seçmə fənn: Bəstəkarlıq” fənni üzrə açıq dərsi keçirilib +FOTO=6

BMA-da “Seçmə fənn: Bəstəkarlıq” fənni üzrə açıq dərsi keçirilib +FOTO=6

John Doe 1 il əvvəl

Napoleonun papağı 1 milyona hərraca çıxarılacaq

Napoleonun papağı 1 milyona hərraca çıxarılacaq

John Doe 1 il əvvəl

“Zəfərin mübarək, Vətən!” adlı orqan musiqisi axşamı keçirilib +FOTO=5

“Zəfərin mübarək, Vətən!” adlı orqan musiqisi axşamı keçirilib +FOTO=5

John Doe 1 il əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

Naxçıvan Ordusunun ön xətt bölmələri qış mövsümünə tam hazırdır +VİDEO

Naxçıvan Ordusunun ön xətt bölmələri qış...

22 noyabr 2023 10:43:22
• İraq Prezidenti İçərişəhərdə +FOTO=9}

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

21 noyabr 2023 17:00:06
• Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı}

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçir...

21 noyabr 2023 12:59:11
• XİN-də Ermənistanın növbəti hərbi cinayət planları ilə bağlı brifinq keçirildi}

XİN-də Ermənistanın növbəti hərbi cinayət planları ilə bağlı...

20 noyabr 2023 22:58:49
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI

TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com