23 iyun 2025
• XƏBƏRLƏR ARXİVİ
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi

Suqovuşan qəsəbəsi yenidən rayonun tərkibinə qaytarılır

Suqovuşan qəsəbəsi yenidən rayonun tərkibinə qaytarılır

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı

Ağdərə rayonu yenidən YARADILIR

Ağdərə rayonu yenidən YARADILIR

Psixotrop dərmanları almaq üçün saxta resept hazırlayan dəstə üzvləri tutulub +VİDEO

Psixotrop dərmanları almaq üçün saxta resept hazırlayan dəstə üzvləri tutulub +VİDEO

Narkotikin təsiri altında olan sürücü SAXLANILDI +VİDEO

Narkotikin təsiri altında olan sürücü SAXLANILDI +VİDEO

Saxta dollar satan dəstə üzvləri saxlanılıb +VİDEO

Saxta dollar satan dəstə üzvləri saxlanılıb +VİDEO

İnstitut direktoru prorektorun qətlini sifariş verdiyinə görə HƏBS EDİLDİ

İnstitut direktoru prorektorun qətlini sifariş verdiyinə görə HƏBS EDİLDİ

Ulu Öndərin 100 illik yubileyi ilində qazanılmış tam Qələbəmizə həsr olunmuş hekayə kitabxanaya təqdim olundu

Ulu Öndərin 100 illik yubileyi ilində qazanılmış tam Qələbəmizə həsr olunmuş hekayə kitabxanaya təqdim olundu

Heydər Əliyev və müstəqillik +FOTO=5

Heydər Əliyev və müstəqillik +FOTO=5

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

21-Cİ ƏSRİN 20 İLİ

21-Cİ ƏSRİN 20 İLİ

• Ordu-FHN
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Musiqi Şou Aləmi

1. Ana Səhifə
2. Mədəniyyət
1. Ana Səhifə
2. REDAKTORUN SEÇİMİ
Mədəniyyət REDAKTORUN SEÇİMİ

Rafael Hüseyn: AZƏRBAYCANIN VƏ DÜNYANIN ÇİNGİZİ

1 il əvvəl 1126 01

Rafael Hüseyn:

AZƏRBAYCANIN VƏ DÜNYANIN ÇİNGİZİ

O nə dünyada ilkdir, nə Azərbaycanda.

Əslində onun ustası olduğu detektiv janrı da sən deyən köhnə deyil.

Bu,180 ilə sığan bir tarixdir.

Və bu janrın adından əvvəl nümunələri yaranıb.

Məşhur Amerika yazıçısı Edqar Po 1841-42-ci illərdə yazdığı “Morq küçəsində qətl” və “Mari Rojenin sirri” romanlarıyla bu növ macəra ədəbiyyatının əvvəlinci örnəklərini doğursa da, mənası “xəfiyyə”, “təhqiqat” olan “detektiv” sözünü həmin janra ad edib yaraşdıran 1878-ci ildə başqa bir amerikan yazıçısı Enn Ketrin Qrin olub.

Bu çox da uzun olmayan zaman içərisində isə janrın dünyaca məşhur yaradıcıları yetişiblər və möcüzə yaradıblar.

Möcüzə də ondan ibarətdir ki, onların müəllifi olduğu kitablar özlərindən yüzillər və minillər əvvəl yaşamış bütün şair və yazıçıların əsərlərini nəşr olunma sayı və sürəti, oxunma, yayılma və tərcümə edilmək əhatəsi ilə rahatca üstələyib, həmin yazarlar ildırım sürəti ilə dünyanınkılaşblar.

Artur Konan Doylu, Aqata Kristini, Jorj Simenonu, Gilbert Kiyt Çestertonu, Erl Stenli Qardneri... indi dünyanın hər yerində tanıyırlar və az qala onların əsərləri dünyanın bütün ölkələrində işıq üzü görüb.

Azərbaycan ədəbiyyatına bu janr XX yüzilin ortalarına gəlib və bizim də öz ölkəmizdə tanınan, sevilən detektiv yazıçılarımız və əsərlərimiz meydana çıxıb.

Azərbaycan oxucularının köhnə nəsli Cəmşid Əmirovun “Brilyant məsələsi”, “Qara volqa” kitablarının əl-əl gəzdiyi çağları unutmayıblar.

Və 1980-ci illərdə Azərbaycan ədəbiyyatında da, elə dünya detektivinin tərcümeyi-halında da qeyri-adi hadisə baş verdi.

Sanki daha hər kəsi heyrətləndirə biləcək hadisələrin baş verə biləcəyi təsəvvür edilməyən detektiv meydanında yeni bir imza göründü.

Göründü və qısa müddətdə işığı çox uzaqlara çatan bir ulduz kimi parladı.

Həm də bu yeni ulduz artıq yetərincə detektiv ənənəsi olan hansısa ədəbiyyatdan deyil, bu janrın əyaləti, ucqarı sayıla biləcək Azərbaycandan yüksəldi.

Böyük ədəbiyyatda 30 illik yol, 194 adda kitab, dünyanın 30-dək dilinə çevrilən, ümumi tirajı 27 milyona çatan 600 kitab...

Bircə cümləyə sığan bu statistika, belə uğur Nizami Gəncəvidən üzü bu yana klassikli müasirli heç bir Azərbaycan ədibinə nəsib olmayıb.

Bundan sonra yenə, haçansa belə bir fenomen yaranacaqmı?

Sanki deyilə biləcək bütün sözlərin söylənib qurtardığı, düşünülə biləcək ən qəliz süjetlərin artıq çoxdan qurulmuş olduğu detektiv janrında nəinki gözə təpilən kitablar yazmaq, hətta siyasi detektiv istiqamətini cilalayaraq onun dünyadakı ən üstün yaradıcılarından birinə çevrilmək də Çingiz Abdullayevin hünəridir.

Və bu həqiqəti həmin janrın yarandığı ölkədə – Amerika Birləşmiş Ştatlarında etiraf ediblər!

Öz əsərləri və qəhrəmanları kimi Çingiz Abdullayev elə məşhurlaşıb, elə əfsanələşib ki, tutalım, çox sevildiyi Rusuyada küçədən keçəsi olsa və heyran oxucularına nişan versən ki, o kitabları yazan Çingiz bax budur, az adam inanar.

Uzağa niyə gedirəm, niyə təsəvvürlə danışıram ki!

Çingizin özünün nəql etdiyi əhvalatdır.

Deyir, bu yaxınlarda Türkiyədə, İstanbul şəhərindəki məşhur Prea Palas otelində detektiv ədəbiyyat bayramı keçirilirmiş. Dünyanın ən müxtəlif adlı-sanlı yazarlarının türkcə, ingiliscə, fransızca kitabları sərgilənirmiş. Dəhlizdə də qara pərdə üzərində Yet Kürəsinin 10 məşhur detektiv yazıçısının portretləri.

Çingiz ömür yollarına, yaradıcılıqlarına yaxşı bələd olduğu bu ünlü qələm sahiblərinin tanış portretlərinin qarşısından keçə-keçə çatır 9-cu portretə – bu məşhur yazarlar sırasından dünyanın ən son itirdiyi Umberto Ekoya.

Və birdən diksinir – 10-cu portretdən ona özü baxırdı.

Amma daha çox o vaxt təəccüblənir ki, iki-üç addım da irəliləyincə həmin qara pərdə üzərində bir yazı görür: “Bu 10 yazıçı bütün dünyada məşhurdur, heyiflər ki, 10-u da dünyasını dəyişib”.

Çingiz təşkilatçılara müraciət edir: “Çox sağ olun, gözəl sərgi düzəltmisiniz, layiqli bayram keçirirsiniz, təşəkkür edirəm ki, bu şəkilləri də asmısınız. Amma yazırsınız ki, bu yazıçıların hamısı həyatdan gedib. Doqquzuna sözüm yax. Mən ki diriyəm, sağam, qarşınızdayam”...

Çingiz bu əhvalatı mənə gülə-gülə söyləyəndə mən də ona tarixən baş vermiş, amma gözündə yaş olan başqa bir hekayəti danışdım.

Bu macəranı polyak Mateuş Qralevski 1877-ci ildə Lvovda çapdan çıxmış “Qafqaz. 12 illik əsirlik xatirələri” adlı kitabında təsvir edir.

Abbasqulu ağa Bakıxanov İrana səfəri əsnasında Ərdəbildə məscidə girir.

Axund minbərdən moizəsini edib qurtardıqdan sonra əlində saxladığı kitabı göstərir, camaata müraciətlə deyir: “İndi sizə mərhum ədib, cənnətməkan Abbasqulu ağa Qüdsinin hikmətli sözlərini oxuyacağam”.

Və sonra cildini öpərək kitabı açır, şövqlə oradakı parçaları qiraət etməyə başlayır.

Oxuyur, oxunanlar dinləyənləri məftun edir, riqqətə gətirir, ara-sıra “əhsən”, “mərhəba”, “Allah rəhmət eləsin” sədaları eşidilir.

Və baxırlar ki, bir kənarda dayanmış, geyim-kecimindən qərib olduğu hiss edilən orta yaşlı kişi ağlayır.

Axund soruşur: “Ey müsafir, sən bizimlə birgə bu kitabdakı bilik qidası və nitq şəhdini dadmaq əvəzinə niyə ağlayırsan?”.

Abbasqulu ağa yanağından axan göz yaşını silərək dillənir: “Ağa, mən sevincimdən ağlayıram. Siz bu kitabı tərif edirisniz, onu yazana rəhmət oxuyursunuz. Hər bir insanın arzusudur ki, həyatda olmadığı vaxtlarda görəsən onu yada salacaqlarımı, yada salsalar, necə xatırlayacaqlar. İndi mən çox bəxtiyaram. Kitabını oxuduğunuz, rəhmətlik dediyiniz, xatirəsini ehtiramla yad etdiyiniz o adam mənəm, Abbasqulu ağa Qüdsiyəm...”

Və Çingiz Abdullayev – sağlığında adı heykəlləşmiş, etalonlaşmış, dünyanın məşhur klassiklərinin cərgəsinə qoşulmuş, mənim, bütün Azərbaycanın və dünyanınkı olan bu qiymətli ziyalımız və yazıçımız da çox bəxtiyardır.

Bu qədər sevginin ünvanı olmaq səadət deyilmi?

Millətini, yurdunu sevən hər vicdanlı azərbaycanlı belə bir Vətən övladı ilə iftixar etməzmi?!

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

"Qızıl qələm" mükafatının təqdimatı dayandırıldı

"Qızıl qələm" mükafatının təqdimatı dayandırıldı

John Doe 1 il əvvəl

Leyla Əliyevanın “Sevgi” kitabının təqdimatı oldu

Leyla Əliyevanın “Sevgi” kitabının təqdimatı oldu

John Doe 1 il əvvəl

Faiq İsmayılov:  Bərpa işlərində peşəkarlıq çatışmasa səhvlər qaçılmaz olur

Faiq İsmayılov:  Bərpa işlərində peşəkarlıq çatışmasa səhvlər qaçılmaz olur

John Doe 1 il əvvəl

Elçin Mirzəbəyli: Minnətdar olmaq ləyaqəti

Elçin Mirzəbəyli: Minnətdar olmaq ləyaqəti

John Doe 1 il əvvəl

Faiq İsmayılov: Erməni mədəni-irsinin nümunəsi kimi təqdim edilən Dərəkənd abidəsi

Faiq İsmayılov: Erməni mədəni-irsinin nümunəsi kimi təqdim edilən Dərəkənd abidəsi

John Doe 1 il əvvəl

Faiq İsmayılov: II Qaregin bildirib ki, Qarabağa dönmək üçün “mübarizə” aparacaqlar

Faiq İsmayılov: II Qaregin bildirib ki, Qarabağa dönmək üçün “mübarizə” aparacaqlar

John Doe 1 il əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

Naxçıvan Ordusunun ön xətt bölmələri qış mövsümünə tam hazırdır +VİDEO

Naxçıvan Ordusunun ön xətt bölmələri qış...

22 noyabr 2023 10:43:22
• İraq Prezidenti İçərişəhərdə +FOTO=9}

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

21 noyabr 2023 17:00:06
• Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı}

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçir...

21 noyabr 2023 12:59:11
• XİN-də Ermənistanın növbəti hərbi cinayət planları ilə bağlı brifinq keçirildi}

XİN-də Ermənistanın növbəti hərbi cinayət planları ilə bağlı...

20 noyabr 2023 22:58:49
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI

TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com