Limonlu su orqanizm üçün zərərlidir?
"Veçernyaya Moskva" qəzetinə müsahibəsində qastroenteroloq Nikita Xarlov limonlu suyun təsiri barədə xəbərdarlıq edib.
Qastroentroloqun sözlərinə görə, limonlu su eroziya və ya xorası olan insanlara pis təsir göstərir.
"Onlar özlərini dərhal narahat hiss edəcəklər. Limon turşusu mədənin yaralı divarlarına daxil olduqdan sonra qıcıqlanma başlayacaq. Amma bunu yeməkdən sonra və ya yemək zamanı etsəniz, insana heç bir zərəri olmayacaq", - Xarlov izah edib.
Onun sözlərinə görə, mədə-bağırsaq traktının bir sıra xəstəliklərində, o cümlədən yemək borusu və mədənin iltihabı zamanı limonlu su içmək əks göstərişdir. Bundan başqa, həkim xəbərdarlıq edib ki, diş minasını məhv etməmək üçün limonlu suyu turbacıqdan içmək məsləhətdir.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.