Masallıda dini icma hesabına məscid həyətinə asfalt döşənib
Masallı rayonu Sığdaş kəndinin dini icması özünün maliyyə vəsaiti hesabına kənd məscidinin həyətini asfaltlayıb.
Dini icmadan verilən məlumata görə 1400 kvadratmetr ərazinin asfaltlanmasına 16000 manat vəsait xərclənib.
Məlumat üçün bildirək ki, Sığdaş kənd məscidi XIX əsrdə inşa edilib, 2002-ci ildə isə əsaslı təmir olunub. Abidə yarım metr hündürlükdə olan səki üzərində tikilib. Məscidin divarları yerli ustalar tərəfindən qırmızı kərpiclə hörülüb. İbadətgahın ön hissəsində iki tağvari qapı, dörd pəncərə, yan tərəflərində isə iki tağvari pəncərə var.
Giriş qapılarına enli və uzun pilləkənlər çəkilib. İbadət evinin həyətində kərpicdən tikilmə bulaq var.
Məscidin 25 metr hündürlükdə qoşa minarəsi var. Günbəz və minarələrin üstü qızılı rəngli dəmir təbəqə ilə üzlənib.
Sığdaş kənd məscidi dini icması tərəfindən Silahlı Qüvvələr və Bilik Fondlarlarına, Türkiyədə zəlzələdən zərər çəkmiş qardaşlarımıza, şəhid, imkansız ailələlərə, qazilərimizə maddi dəstək göstərilib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.