Xaqani Cəfərli:
İkinci Yalta konfransı olmayacaq
Rusiyanın tərəfdarları ümid və təbliğ edirlər ki, Ukraynaya qarşı müharibənin sonunda dünya yenidən Qərblə Rusiya arasında təsir dairəsinə bölünəcək. Belə fikirlər səslənir ki, İkinci Dünya Müharibəsindən sonra dünyanın təsir dairəsinə bölündüyü Yalta konfransına bənzər toplantı keçiriləcək. Və bu konfransda ABŞ, Böyük Britaniya və Rusiya dünyanı, ən azından postsovet məkanın yenidən təsir dairəsinə böləcəklər.
İkinci Yalta konfransı isə olmayacaq. Faşist Almaniyası Sovet İttifaqına qəfil hücum etməklə SSRİ-dəki rejimin bəraət qazanmasına səbəb oldu. Hitlerin adamyeyən obrazı Stalinin qaniçən imicini hafizələrdən sildi. Sovet İttifaqının faşizmə qarşı mübarizədə ən böyük itgi verən ölkə olması və qaliblərin cərgəsində yer alması onun Yalta konfransında ABŞ və Böyük Britaniya ilə eyni statusda iştirakını təmin etdi. Bu təminatın nəticəsi olaraq isə Sovet İttifaqı ABŞ və Böüyk Britaniya ilə birlikdə dünyanı təsir dairəsinə bölüşdürdü.
Ukrayna qəfil hücumla Rusiya faşist Almaniyası, Putin isə Hitlərlə eyniləşdirilir. Rusiya Sovet İttifaqından fərqli olaraq bu dəfə ABŞ və Böyük Britaniya ilə eyni cəbhədə deyil, qarşı cəbhədə yer alır. Rusiya və onun dövlət başçısı soyqırımında və hərbi cinayətlərdə ittiham olunur, Putinin həbs olunması ilə bağlı Beynəlxalq Cinayət Məhkəməsinin orderi var. Rusiya bir neçə beynəlxalq təşkilat, onlarla dövlət tərəfindən terrorizmi maliyyələşdirən ölkə kimi tanınıb.
Belə bir zamanda hər bir dövlət tərəfini müüəyyən etməlidir. Tacikistan sovet liderlərinin və tanınmış rusların adını daşıyan bir neçə min toponimin adını dəyişib. Məsələn, XIX əsrdə yaşamış rus alimi Aleksey Fedçenkonun adını daşıyan Pamirdəki ən böyük Fedçenko buzlağının adı dəyişdirilib. Tacikistan hakimiyyəti 4 mindən çox coğrafi obyektin və 802 yaşayış məntəqəsinin adının indiki reallıqlara uyğun olmadığı qənaətinə gələrək onu dəyişib.
Azərbaycanın paytaxtı Bakıda, İstiqlaliyyət küçəsində isə istiqlaliyyətin qatillərinin adlarını əbədləşdirən xatirə lövhələri hələ də divardan asılıdır.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.