Tamam Cəfərova:
Şamaxıda növbəti səyyar qəbul rayonun Ərçiman və Talışnuru kəndlərində keçirilib
Millət vəkili Tamam Cəfərova və Şamaxı Rayon İcra Hakimiyyətinin Başçısı Tahir Məmmədov rayonun Ərçiman və Talışnuru kəndlərində birlikdə növbəti səyyarqəbul keçiriblər.
Qəbulda təhsil, səhiyyə, mədəniyyət idarələrinin, xidmət təşkilatlarının rəhbər işçiləri iştirak ediblər.
Sakinlərin müraciətləri əsasən kəndlərin yollarının yararsız vəziyyətdə olması, qazlaşdırma, elektrik təsərrüfatının yenidən qurulması, təhsil, səhiyyə xidmətlərinin ucqar kəndlərə çatdırılmasında mövcud olan problemlər və digər məsələləri əhatə edib.
Görüşdə iştirak edən kənd sakinlərinin arzu və istəkləri, o cümlədən qaldırmış olduqları problemlər, vətəndaşların hər bir təklif və tələbi diqqətlə dinlənilib. Vətəndaşların qaldırdıqları problemlərin həlli ilə bağlı lazımı tapşırıqlar verilib və qanun çərçivəsində öz həllini tapması üçün müvafiq qurumlar qarşısında məsələ qaldırılacağı bildirilib.
Vətəndaşlar yerlərdə kənd sakinlərinin müraciətlərinə baxılması üçün belə səyyar görüşlərin keçirilməsindən məmnunluqlarını bildirərək, göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər. Vətəndaş müraciətlərinə həssaslıqla baxılması və qaldırılan məsələlərin diqqətlə araşdırılması, eləcə də, vətəndaşların problemlərinin həllini tapması millət vəkili Tamam Cəfərovanın fəaliyyətinin prioritet istiqamətlərindən birini təşkil edir.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.