BDU-nun 6 tələbəsi I Beynəlxalq Proqramlaşdırma Düşərgəsində iştirak edir
Bakı Dövlət Universitetinin (BDU) tələbələri ADA Universitetinin təşəbbüsü ilə keçirilən I Beynəlxalq Proqramlaşdırma Düşərgəsində iştirak edirlər.
Düşərgədə BDU-nun Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin tələbələri - İsmayıl Zeynalov, Rüfət Talıbzadə, İzzət Məmmədov, Nicat Məcidov, Rəşid Babazadə Hüseyn Məmmədli iştirak edirlər. Ümumilikdə isə düşərgədə Belarusiya, Qazaxıstan, Gürcüstan universitetlərinin komandaları və Azərbaycan universitetlərindən komandaları yarışır. Ümumilikdə 18 komanda şəklində 50 nəfərin iştirak edəcəyi düşərgədə həm də məşqçilərdən ibarət 2 komanda fəaliyyət göstərir.
Layihənin müddətində keçirilən silsilə turnirlərin təşkilində əsas məqsəd bu ilin noyabrında Misirdə keçirilməsi planlaşdırılan universitet komandaları arasında Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin (ICPC) finalında, eləcə də 2023-2024 “ICPC” mərhələsində iştirak üçün komandaları hazırlamaqdan ibarətdir. “ICPC” kimi tanınan Beynəlxalq Proqramlaşdırma Müsabiqəsi hər il dünyanın müxtəlif universitetləri arasında keçirilən proqramlaşdırma üzrə çoxmərhələli rəqabət yarışıdır.
Düşərgə zamanı altı gündə müxtəlif müsabiqələrin keçiriləcək. Düşərgənin proqramına müsabiqələrdən əlavə, Bakı şəhər turu, dəniz kənarına səyahət və asudə vaxtların əyləncəli keçirilməsi üçün futbol və voleybol oyunlarının təşkili də daxildir.
Düşərgə avqustun 19-dək davam edəcək.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.