Dilqəm Əhməd:
Məsələyə aydınlıq gətirmək üçün Babəkdən müsahibə aldıq
Bütün məsələlərə aydınlıq gətirmək üçün Babəkdən müsahibə aldıq:
- Sizə necə müraciət etməliyik?
- Bəzzdə 20 il mənə "ulu xaqan" dedilər. Zülmdən qaçıb gələnlər "xəlifə" də deyirdilər.
- O zaman siz türksünüz?
- Son konstitusiyaya görə azərbaycanlıyam.
- Yaxşı, ölümünüzdən 1185 il sonra yenə Azərbaycanda gündəmdə olmaq necə hissdir?
- Bilirsiniz ki, yəhudilərlə ərəblər anlaşıb məni öldürəndən sonra uzun müddət unudulmuşdum. Allah Sovet hökumətindən razı olsun. Yaxşı bir film çəkdilər, dünyaya ikinci dəfə gəldim. Bizdə tənasüx inancı var. Deyim ki, ikinci gəlişim gerçək məndən daha uğurlu oldu. Elə o vaxtdan gündəmdəyəm əslində. Ara-sıra baxıram, biri mənə gavur deyir, biri həqiqi müsəlman deyir. Atəşpərəst, məzdəki deyənlər də var. Günah özümdədir, xəzinəyə qənaət edib üç-beş mirzə tutub tarix yazdırmadım. Bilirsiniz, biz tarix yazan yox, yaradan xalqıq.
- Rasim Balayevə qarşı hücumlar var, onu necə dəyərləndirirsiniz?
- Rasim müəllimin xəbəri yoxdur ki, filmə çəkiləndə onun bədəninə mən özüm girmişdim. Tənasüx. Ona görə də film o qədər uğurlu alındı. Zira bolşevik rejimində Azərbaycanın qurtuluşundan bəhs edilməsi asan iş olmazdı. Ona görə də ona edilən hücumları özümə edilmiş sayıram.
- Bəs onun xalqa kütlə deməsi?
- Mən öz soyumdan olan ərəb sərkərdələrinin üzərinə birinci həmin kütləni (vurğunu birinci hecaya saldı - D.Ə) göndərirdim. Onların işi-gücü ara qatmaqdır. Təsəvvür elə o vaxtı biri Bəzzdə şayiə yaymışdı ki, mən xəlifənin adamıyam, konservativ müxalifətəm. O adamı asdım, məsələ bitdi.
- Ədəbiyyatımlza baxışınız necədir?
- Bircə Əli Kərimi sevirəm. Ondan başqa qədrimi bilən olmadı.
- Türk dünyasına bir sözünüz varmı?
- Türkiyənin siyasətindən narazıyam, suriyalıları geri göndərmək lazımdır. Fürsətdən istifadə edib Ümit Özdağa salam göndərirəm.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.